• SOCAR (istiqraz) Alış: 1011.00 USD | Satış: 1030.00 USD
  • Holcim Azərbaycan ASC (səhm) Alış: 29.00 AZN | Satış: 30.45 AZN
  • Cənubtikintiservis ASC (səhm) Alış: 22.00 AZN | Satış: 23.10 AZN
  • Bakı ixtisaslaşdırılmış mexanizasiya - 7 ASC (səhm) Alış: 2.40 AZN | Satış: 2.52 AZN
  • Bakıinşaatsənaye ASC (səhm) Alış: 2.40 AZN | Satış: 2.52 AZN
  • Bakı tikinti materialları ASC (səhm) Alış: 2.40 AZN | Satış: 2.52 AZN
  • AZENCO ASC (səhm) Alış: 2.60 AZN | Satış: 2.73 AZN
  • Sumqayıt çörək ASC (səhm) Alış: 2.40 AZN | Satış: 2.52 AZN
  • Savalan ASC (səhm) Alış: 2.70 AZN | Satış: 2.83 AZN
  • Evraskon (səhm) Alış: 20.00 AZN | Satış: 21.00 AZN
  • Dərnəgülsənayetikinti ASC (səhm) Alış: 2.60 AZN | Satış: 2.73 AZN
Haqqımızda

Unicapital İnvestisiya Şirkəti ASC 19 dekabr 2007-ci ildə yaranıb, təsisçisi və yeganə səhmdarı “Unibank“ Kommersiya Bankı ASC-dir.  Şirkət  açıq səhmdar cəmiyyəti kimi yaradılmışdır və onun nizamnamə kapitalı 300 000.00 manat təşkil edir. 10 il ərzində Unicapital dəfələrlə fond bazarının peşəkar iştirakçıları reytinqində aparıcı yerləri tutub. 2008-ci ildən etibarən Unicapital Bakı Fond Birjasının təsisçilərindən biridir. 15 may 2015-ci il tarixində qiymətli kağızlar bazarında yeni qanun qüvvəyə mindikdən sonra, Unicapital 8 yanvar 2016-ci ildə investisiya xidmətlərinin göstərilməsi üçün müddətsiz lisenziya əldə edib.

Unicapital ASC öz müştərilərinə aşağıdakı xidmətləri göstərir:

a) investisiya xidmətləri – dövlət və korporativ qiymətli kağızlarının birjalarda və ya zərurət olduqda, birjadan kənarda satın alınması və satılması. Şirkət, sərmayə məsələlərinin həllində müştərilərə yardım üçün məsləhət xarakterli xidmətlər göstərir.

b) anderrayter xidmətləri – müştərilərə onların öz qiymətli kağızlarının buraxılmasında yardım. Bunlara səhmdar cəmiyyətlərin səhmlərinin buraxılması, hüquqi və ya fiziki şəxslər tərəfindən veksellərin və ya digər qiymətli kağızların buraxılması aid edilə bilər. Şirkət, bizim müştərilərimiz tərəfindən qiymətli kağızların buraxılışının tam yerləşdirilməsinə yardım etmək üçün potensial sərmayədarların tapılması üzrə səylərini əsirgəmir.

Biz Sizə həmçinin qiymətli kağızlar bazarında aşağıdakı xidmətləri təklif etməyə hazırıq:

  • Müvəqqəti sərbəst vəsaitin öz dəyərinin artırılması potensialına malik olan maliyyə alətlərinə yerləşdirilməsi üzrə Sizin tapşırıqlarınızın yerinə yetirilməsi;
  • Sizin fond bazarına girişinizin təmin edilməsi. Bununla biz Sizi qiymətli kağızlarla işləmək üçün öz lisenziyanızı almaq zərurətindən azad edərik;
  • Qiymətli kağızların satışı və ya satın alınması zamanı Sizin üçün əlverişli olan istənilən vaxt pul vəsaitinin geri çağırılması və ya artırılması;
  • Fond bazarında işlə bağlı məsələlər üzrə məsləhətlər;
  • Korporativ qiymətli kağızların (İPO) ilkin yerləşdirilməsi məsələləri üzrə məsləhətlər;
  • Korporativ qiymətli kağızların Bakı Fond Birjasının (BFB) kotirovka vərəqinə daxil edilməsində yardım;
  • Biz Sizin üçün səhmdarı və iştirakçısı olduğumuz Bakı Fond Birjasının vasitəsi ilə qiymətli kağızlar üzrə bütün əməliyyatları yerinə yetirərik.

İnkişaf Siyasəti