• SOCAR (istiqraz) Alış: 1011.00 USD | Satış: 1030.00 USD
  • Holcim Azərbaycan ASC (səhm) Alış: 29.00 AZN | Satış: 30.45 AZN
  • Cənubtikintiservis ASC (səhm) Alış: 22.00 AZN | Satış: 23.10 AZN
  • Bakı ixtisaslaşdırılmış mexanizasiya - 7 ASC (səhm) Alış: 2.40 AZN | Satış: 2.52 AZN
  • Bakıinşaatsənaye ASC (səhm) Alış: 2.40 AZN | Satış: 2.52 AZN
  • Bakı tikinti materialları ASC (səhm) Alış: 2.40 AZN | Satış: 2.52 AZN
  • AZENCO ASC (səhm) Alış: 2.60 AZN | Satış: 2.73 AZN
  • Sumqayıt çörək ASC (səhm) Alış: 2.40 AZN | Satış: 2.52 AZN
  • Savalan ASC (səhm) Alış: 2.70 AZN | Satış: 2.83 AZN
  • Evraskon (səhm) Alış: 20.00 AZN | Satış: 21.00 AZN
  • Dərnəgülsənayetikinti ASC (səhm) Alış: 2.60 AZN | Satış: 2.73 AZN
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

12 noyabr 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;

Dövlət istiqrazının növü Faizli, ortamüddətli dövlət istiqrazları
Qiymətli kağızın ISIN kodu AZ0105021759
Emissiya həcmi 10 000 000 AZN
Nominal dəyəri 100 AZN
İstiqrazların tədavül müddəti 728  gün
Faiz ödənişləri (olduqda) 12 may 2020-ci il, 10 noyabr 2020-ci il, 11 may 2021-ci il, 09 noyabr 2021-ci il
Faiz gəliri 7.5 %
Ödəmə tarixi 09.11.2021
Anderrayter Paşa Kapital İŞ

QSC

 

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.