• SOCAR (istiqraz) Alış: 1011.00 USD | Satış: 1030.00 USD
  • Holcim Azərbaycan ASC (səhm) Alış: 29.00 AZN | Satış: 30.45 AZN
  • Cənubtikintiservis ASC (səhm) Alış: 22.00 AZN | Satış: 23.10 AZN
  • Bakı ixtisaslaşdırılmış mexanizasiya - 7 ASC (səhm) Alış: 2.40 AZN | Satış: 2.52 AZN
  • Bakıinşaatsənaye ASC (səhm) Alış: 2.40 AZN | Satış: 2.52 AZN
  • Bakı tikinti materialları ASC (səhm) Alış: 2.40 AZN | Satış: 2.52 AZN
  • AZENCO ASC (səhm) Alış: 2.60 AZN | Satış: 2.73 AZN
  • Sumqayıt çörək ASC (səhm) Alış: 2.40 AZN | Satış: 2.52 AZN
  • Savalan ASC (səhm) Alış: 2.70 AZN | Satış: 2.83 AZN
  • Evraskon (səhm) Alış: 20.00 AZN | Satış: 21.00 AZN
  • Dərnəgülsənayetikinti ASC (səhm) Alış: 2.60 AZN | Satış: 2.73 AZN
Azərbaycan Respublikasının Mərkəzi Bankının Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

4 dekabr 2019-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır. Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Dövlət qeydiyyat №-si 50103576S
Hərraca çıxarılan həcm 170 000 000 AZN
Notun nominal dəyəri 100 АZN
Notların tədavül müddəti  29 gün
Ödəmə tarixi  03.01.2020

 

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən  (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır. Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Hərrac nəticəsində bağlanılan əqdlər üzrə hesablaşmalar T+1 rejimində həyata keçiriləcəkdir.

Azərbaycan Respublikasının Mərkəzi Bankının qısa müddətli notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.