• SOCAR (istiqraz) Alış: 1011.00 USD | Satış: 1030.00 USD
  • Holcim Azərbaycan ASC (səhm) Alış: 29.00 AZN | Satış: 30.45 AZN
  • Cənubtikintiservis ASC (səhm) Alış: 22.00 AZN | Satış: 23.10 AZN
  • Bakı ixtisaslaşdırılmış mexanizasiya - 7 ASC (səhm) Alış: 2.40 AZN | Satış: 2.52 AZN
  • Bakıinşaatsənaye ASC (səhm) Alış: 2.40 AZN | Satış: 2.52 AZN
  • Bakı tikinti materialları ASC (səhm) Alış: 2.40 AZN | Satış: 2.52 AZN
  • AZENCO ASC (səhm) Alış: 2.60 AZN | Satış: 2.73 AZN
  • Sumqayıt çörək ASC (səhm) Alış: 2.40 AZN | Satış: 2.52 AZN
  • Savalan ASC (səhm) Alış: 2.70 AZN | Satış: 2.83 AZN
  • Evraskon (səhm) Alış: 20.00 AZN | Satış: 21.00 AZN
  • Dərnəgülsənayetikinti ASC (səhm) Alış: 2.60 AZN | Satış: 2.73 AZN
İpoteka istiqrazları üzrə faiz və nominal ödənişləri barədə məlumat

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2034008683, AZ2035008682, AZ2036008681 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, 25 noyabr 2019-ci il tarixində AZ2034008683, AZ2035008682, AZ2036008681 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilmişdir. Buna əsasən, 24 noyabr 2019-ci il tarixindən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 937.75 AZN təşkil edir.

Növbəti faiz ödəniş dövründə 3%-lik faiz gəliri 937.75 AZN məbləği əsasında hesablanacaq.

Bakı Fond Birjasında AZ2034008683, AZ2035008682, AZ2036008681 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 937.75 AZN olması nəzərə alınmalıdır.