13 may 2019-cu il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Met-Ak” MMC-nin AZ2003020271 İSİN-li, hər birinin nominal dəyəri 1000 AZN olan 3000 ədəd, sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
İstiqrazların yerləşdirilməsi 17 may 2019-cu il tarixində BFB-də birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
İstiqrazın növü |
Adlı, faizli, təmin edilməmiş |
Qiymətli kağızın ISIN kodu |
AZ2003020271 |
Hərraca çıxarılan həcm |
3 000 000 AZN |
İstiqrazın nominal dəyəri |
1000АZN |
Hərrac qiyməti |
1000 AZN |
İstiqrazın tədavül müddəti |
365 gün |
Faiz dərəcəsi |
10% |
Faiz ödənişləri müddəti |
Hər 1 (bir) təqvim ayından bir |
Geri satınalma şərti |
Emissiya prospektinin 14.14 bəndinə əsasən emitent tərəfindən təmin olunur |
Anderrayter |
“Unicapital İŞ” ASC |
İstiqrazların emissiya prospektini Bakı Fond Birjasının internet səhifəsində “Listinqdə olan şirkətlər” bölməsindən əldə edə bilərsiniz. (https://bfb.az/teqdimat/?s_issuer=9805)
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.