“METAK” istiqrazlarına 8 investordan maraq - TAM SATILDI

17 may 2019-ci il tarixində Bakı Fond Birjasında “METAK” MMC-nin 3 milyon manat həcmində, 1 il tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

 

"Marja" Birjaya istinadən xəbər verir ki, yerləşdirmə zamanı hərrac qiyməti 1000 AZN olmuşdur. Sifarişlər 8 investor tərəfindən   əqdim edilmişdir.

 

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 3 milyon manat olmuşdur.  İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 3 milyon manat təşkil etmişdir.

 

İstiqrazların ödəmə tarixi 17 may 2020-ci ildir.

 

“METAK” MMC-nin istiqrazları Bakı Fond Birjasının standart bazar seqmentində listinqdədir. 

 

Qeyd edək ki, yerləşdirmənin anderrayteri  “Unicapital İnvestisiya Şirkəti” idi.

 

Source: Marja.az