UTrader

Investor kabinetinə DAXIL OL

 

UTrader Workstation   

Windows üçün ( YÜKLƏ )   MAC üçün ( YÜKLƏ )

 

UTrader Workstation platforması Sizi beynəlxalq maliyyə bazarları ilə əlaqələndirərək, səhmlər, istiqrazlar, fyuçerslər və digər maliyyə alətləri ilə ticarət etmək imkanı yaradır.

Bu platforma vasitəsi ilə Siz dünyanın 33 ölkəsində 135-dən artıq maliyyə bazarlarında (NYSE, NASDAQ, CBOE, LSE, TSE, LME və s.) 23 valyutada ticarət apara bilərsiniz və bununla minlərlə maliyyə alətlərinə yatırım etmə imkanı əldə edirsiniz.

Beləliklə Səhmlərə, Istiqrazlara, Opsionlara, ETF-lərə, Fyuçers-lərə, İnvestisiya Fondlarına, Metallara, Indekslərə, Valyutaya, Strukturlaşmış məhsullara və sair alətlərə yatırım etmə imkanı mövcuddur.

Siz hesab açmaqla, asanlıqla dünyaca məhşur şirkətlərin səhmlərinin sahibi ola bilərsiniz. Apple, Coca-Cola, Microsoft kimi şirkətlərin pay sahibi olmaq əhəmiyyətli dərəcədə asanlaşır. Səhmləri əldə etməklə, Siz həmin şirkətin səhmdarı olursunuz və səhmlərə sahib olduğunuz müddətdə dividend (Səhm üzrə dividend ödənişi nəzərdə tutulduqda) əldə edirsiniz. Eyni zamanda səhmlər dəyər qazandıqda portfeliniz də dəyər qazanır.

 

UTrader Workstation-da real hesab açıb maliyyə bazarlarına qatılmaq üçün:

1. Doldurulmuş MüştəriFATCA anketlərini, Şəxsiyyət Vəsiqəsi və ya Xarici Pasportun sürətini, habelə qeydiyyat ünvanını təsdiq edən sənədin (məs. sürücülük vəsiqəsi və ya elektron hökümət portalından çıxarış) sürətini [email protected] elektron poçt ünvanına göndərirsiniz;

2. Bütün lazımlı sənədlər qəbul olunduqdan sonra, Sizinlə ələqə saxlanılır və Siz Unibank-ın istənilən fillialına yaxınlaşaraq Utrader hesabını açmaq üçün müraciət edirsiniz;

3. Bank əməkdaşına şəxsiyyət vəsiqəsinin əslini (sənədin qüvvədə olma tarixinə diqqət yetirin) təqdim edirsiniz. Bank əməkdaşı hesab açılması üçün ilkin prosedurları həyata keçirir və həmin zaman sənəd toplusu imza üçün Sizə təqdim olunur.

4. Müqavilə bağlandıqdan sonra UTrader hesabının açılışı prosesi başlanır. UTrader hesabının açılışı prosesi adətən 7 iş günü ərzində tamamlanır.

5. UTrader hesabı açıldıqdan sonra, hesab haqqında məlumat və ilkin prosedur elektron poçt vasitəsi ilə şəxsi e-poçt ünvanınıza göndərilir.

6. Açdığınız cari bank hesabına vəsaiti mədaxil edirsiniz.

 

Qeydlər:

* Xidmətdən yararlanmaq üçün minimal olaraq USD 1500 məbləğındə yatırım tələb olunur. Zərurət olduqda, plastik kart sifariş edə bilərsiniz.

* Şəxsiyyət vəsiqəsi qeydiyyat ünvanının təsdiqi üçün keçərli deyil.

* UTrader-da hesabın açılması, balansın artırılması və məxaric əməliyyatları komissiyasız həyata keçirilir.

 

Pulsuz UTrader Workstation təlimlərinə qatılmaq və ya görüş təyin etmək üçün bu anketi [email protected] ünvanına mövzu yerində müvafiq mövzu (Training - Ad, Soyad və ya Potential Client - Ad, Soyad) qeyd etməklə göndərmək lazımdır.

 

Daha ətrafli +99412 5413333 daxili 3332