Hüquqi işlər üzrə baş menecerin müşaviri

Unicapital "Hüquqi işlər üzrə baş menecerin müşaviri" vakansiyasına müraciətlərin qəbulunu açıq elan edir!

Tələb və öhdəliklər

Tələblər:
• Ali hüquqi təhsil (magistr və ya ona uyğun təhsilə üstünlük veriləcək);
• Korporativ hüquq və ya hüquqi konsaltinq sahəsi üzrə minimum 3 il iş təcrübəsi;
• Layihə və ya işçi qrup tərkibində minimum 1 il iş təcrübəsi;
• Maliyyə sektoru qanunvericiliyini bilmək;
• Danışıqlar aparmaq (tərəf müqabilləri və dövlət orqanları ilə) bacarığı və problemli vəziyyətlərin həlli təcrübəsi;
• Fəaliyyət/layihə planları və ona uyğun icra müddətləri çərçivəsində sərbəst işləmə bacarığı;
• Azərbaycan dili üzrə sərbəst bilik;
• İngilis və Rus dilləri üzrə orta səviyyədə danışıq və yazı vərdişləri;
• Kompüterdən normal istifadəçi səviyyəsində istifadə etmək bacarığı (Windows, MS Office (Excel, Word, Outlook), İnternetdə işləmə bacarığı);
• Digər komanda üzvləri ilə əlaqədə işləmək bacarığı;
• Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı;
• Qanunvericilikdə baş verən və şirkətin əsas fəaliyyətinə və iştirak/icra etdiyi layihələrə təsir edə biləcək dəyişiklikləri müntəzəm izləmək;
• Eyni/oxşar vəzifədə daha öncə çalışmış namizədlərə üstünlük veriləcək.

Əsas vəzifə öhdəlikləri:
• Cəlb edildiyi biznes istiqamətlər və layihələr üzrə zəruri hüquqi dəstəyi təmin etmək;
• Həyata keçirilən biznes layihələri ilə bağlı dövlət orqanlarında qeydiyyat, ləğv, lisenziyalaşdırma və s. işləri bilavasitə həyata keçirmək;
• Sənədlərin hüquqi ekspertizasını həyata keçirmək, zəruri olduqda hüquqi sənəd formalarını hazırlamaq;
• Cəlb edildiyi biznes istiqamətlər və layihələr üzrə hüquqi tənzimlənməni hazırlamaq, icrasını həyata keçirmək və qanunauyğunluğunu təmin etmək;
• Müvafiq istiqamətlər üzrə hüquqi risklər barədə rəhbərliyi mütəmadi olaraq məlumatlandırmaq və zəruri məsləhətlər vermək;
• Müxtəlif işçi qrupların və layihələrin tərkibində iştirak etmək, həmçinin tələb edildikdə müstəqil (fərdi) olaraq tapşırıqları icra etmək;
• Şirkətin törəmə müəssisələri ilə hüquqi işin təşkili və icrası;
• M&A məsələləri üzrə hüquqi dəstəyi təmin etmək;
• Audit yoxlaması nəticələri əsasında effektiv fəaliyyət planları hazırlamaq və icra etmək.

İş saatları: 9:00 - 18:00
Müraciət mövzusunda “Hüquqi işlər üzrə Baş Menecerin müşaviri” qeyd edilməsi tələb edilir.
e-mail: [email protected]

Sizinlə işləmək istəyirəm

“CV”niz qeyd olunan ünvana göndəriləcəkdir: [email protected]

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Hüquqi işlər üzrə baş menecerin müşaviri

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Hüquqi işlər üzrə baş menecerin müşaviri

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi