Hüquq və ümumi işlər şöbəsinin müdiri

Unicapital "Hüquq və ümumi işlər şöbəsinin müdiri" vakansiyasına müraciətlərin qəbulunu açıq elan edir!

Tələb və öhdəliklər

Tələblər:
- Ali hüquqi təhsil (magistr və ya ona uyğun təhsilə üstünlük veriləcək);
- Korporativ hüquq və ya hüquqi konsaltinq sahəsi üzrə minimum 3 il iş təcrübəsi;
- Layihə və ya işçi qrup tərkibində minimum 1 il iş təcrübəsi;
- Maliyyə sektoru qanunvericiliyini bilmək;
- Danışıqlar aparmaq (tərəf müqabilləri və dövlət orqanları ilə) bacarığı və problemli vəziyyətlərin həlli təcrübəsi;
- Fəaliyyət/layihə planları və ona uyğun icra müddətləri çərçivəsində sərbəst işləmə bacarığı;
- Azərbaycan dili üzrə sərbəst bilik;
- İngilis dili üzrə yaxşı, Rus dili üzrə orta səviyyədə danışıq və yazı vərdişləri;
- Kompüterdən normal istifadəçi səviyyəsində istifadə etmək bacarığı (Windows, MS Office (Excel, Word, Outlook), İnternetdə işləmə bacarığı);
- Digər komanda üzvləri ilə əlaqədə işləmək bacarığı;
- Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı;
- Qanunvericilikdə baş verən və şirkətin əsas fəaliyyətinə və iştirak/icra etdiyi layihələrə təsir edə biləcək dəyişiklikləri müntəzəm izləmək;
- Eyni/oxşar vəzifədə daha öncə çalışmış namizədlərə üstünlük veriləcək.

Əsas vəzifə öhdəlikləri:
- Cəlb edildiyi biznes istiqamətlər və layihələr üzrə zəruri hüquqi dəstəyi təmin etmək;
- Həyata keçirilən biznes layihələri ilə bağlı dövlət orqanlarında qeydiyyat, ləğv, lisenziyalaşdırma və s. işləri bilavasitə həyata keçirmək;
- Sənədlərin hüquqi ekspertizasını həyata keçirmək, zəruri olduqda hüquqi sənəd formalarını hazırlamaq;
- Cəlb edildiyi biznes istiqamətlər və layihələr üzrə hüquqi tənzimlənməni hazırlamaq, icrasını həyata keçirmək və qanunauyğunluğunu təmin etmək;
- Müvafiq istiqamətlər üzrə hüquqi risklər barədə rəhbərliyi mütəmadi olaraq məlumatlandırmaq və zəruri məsləhətlər vermək;
- Müxtəlif işçi qrupların və layihələrin tərkibində iştirak etmək, həmçinin tələb edildikdə müstəqil (fərdi) olaraq tapşırıqları icra etmək;
- Şirkətin törəmə müəssisələri ilə hüquqi işin təşkili və icrası;
- Ümumi hüquqi dəstəyi təmin etmək;
- Audit yoxlaması nəticələri əsasında effektiv fəaliyyət planları hazırlamaq və icra etmək.

İş saatları: 9:00 - 18:00
Müraciət mövzusunda “Hüquqi və ümumi işlər şöbəsinin müdiri” qeyd edilməsi tələb edilir.
e-mail: [email protected]

Son müraciət tarixi: 30.09.2022

Sizinlə işləmək istəyirəm

“CV”niz qeyd olunan ünvana göndəriləcəkdir: [email protected]

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Hüquq və ümumi işlər şöbəsinin müdiri

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Hüquq və ümumi işlər şöbəsinin müdiri

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

İnvestisiya qərarlarını ekspertlərə həvalə edib, stabil gəlir əldə edin.

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi