Tələb və öhdəliklər
İş barəsində məlumat
- Qrupun işini təşkil etmək və ona rəhbərlik etmək, işçilərin işə davamiyyətinə və əmək intizamına, onların öz vəzifə təlimatlarında nəzərdə tutulmuş qaydalara riayət etməsinə nəzarət etmək;
- Cəmiyyətin korporativ və institutsional müştərilər üçün nəzərdə tutulmuş məhsul və xidmətlərinin satışını təşkil etmək;
- Cəmiyyətin müştəriləri qarşısında müsbət korporativ imicini formalaşdırmaq;
- Korporativ və institutsional müştəri bazarını araşdırmaq, yeni məhsullar haqqında məlumatları toplamaq və uyğun yeni təkliflər vermək;
- Korporativ və institutsional VİP müştəri xidmətini təşkil etmək və bu istiqamətdə birbaşa satış prosesini həyata keçirmək;
- Mövcud məhsul xidmət şərtlərinin bazara uyğunluğunu qiymətləndirmək və tələbata uyğun olaraq yeni kampaniyaların keçirilməsi ilə bağlı təkliflər hazırlayaraq Rəhbərliyə təqdim etmək;
- Potensial müştərilərlə görüşlərin, təqdimatların keçirilməsi və zəruri hallarda birbaşa satış prosesinin həyata keçirilməsi;
- Korporativ və institutsional məhsullar üzrə yeni partnyorların cəlb olunması. Həmin partnyorlar üzrə iş prosesinə nəzarətin edilməsi;
- Cəlb edilmiş müştərilərin xidmət nöqtələri üzrə bölgüsü və xidmətin sona qədər aparılmasını təqib etmək;
- Öz fəaliyyət sahəsi üzrə daxili elektron müştəri bazasının (CRM) idarə edilməsi işinin təşkili və ona nəzarət;
- Qrupun icraatında olan işlərin həcmini və sayını nəzərə alaraq onları əməkdaşlar arasında bölüşdürmək, işin keyfiyyətli təşkil olunmasını təmin etmək və vaxtında icra olunmasını tələb etmək;
- Tabeliçiyində olan işçilərin işinə və funksional öhdəliklərinin yerinə yetirilməsinə nəzarət etmək və gündəlik fəaliyyətini idarə etmək;
- Müvafiq sənədlərinin saxlanılmasını təmin etmək;
- Xidmət istiqamətinə uyğun olaraq əlaqəli kontragentlərlə kommunikasiyanı təşkili etmək;
- Məlumatların uçot sistemində düzgünlüyünü mütəmadi üzləşmələr yolu ilə yoxlamaq;
- Müxtəlif işçi qrupların tərkibində fəaliyyət sahəsi üzrə iştirak etmək;
Namizəd tələbləri
- Ali iqtisadi təhsil;
- Müvafiq sahə üzrə minimum 2 il;
- İnvestisiya fəaliyyətinin və iqtisadi nəzəriyyənin əsaslarını bilmək;
- Danışıqlar aparmaq bacarığı və problemli vəziyyətlərin həlli təcrübəsi;
- Müştəri əlaqələrinin idarə edilməsi (CRM) platformaları ilə iş vərdişləri;
- Azərbaycan dili üzrə sərbəst bilik;
- İngilis (upper-intermediate) səviyyədə bilik və Rus dili arzuolunandır;
Əlavə məlumat
- Əmək münasibətləri Əmək Məcəlləsinə uyğun tənzimlənir.
- İş saatları: 5 gün 9:00-dan 18:00-dək
- İşçi könüllü tibbi sığorta ilə təmin olunur.