Foreks bazarının həftəlik təqvimi və analitikası 12.12.2022 - 18.12.2022

Ötən həftə maliyyə bazarlarında nisbi aktivlik müşahidə olunub.

Belə ki, dollar indeksinin ucuzlaşması ilə yanaşı, neftdə də enişləri müşahidə etmişik.

Cari həftə ilin ən aktiv həftəsi hesab oluna bilər.

Belə ki, cari həftədə bir çox ölkələrin Mərkəzi Bankları uçot faiz dərəcəsi ilə bağlı ilin son qərarlarını qəbul edəcəklər.

Eləcə də, bir sıra digər önəmli göstəricilər açıqlanacaq.

UForexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:

Avrozona

13 dekabr

11:00 – Almaniya – İstehlakçı Qiymət indeksi (noyabr);

14:00 – Almaniya – İqtisadi əhval-ruhiyyə indeksi ZEW(dekabr).

15 dekabr

17:15 – AMB-nın Uçot faiz dərəcəsi ilə bağlı açıqlaması (dekabr);

17:45 – AMB-nın mətbuat konfransı.

16 dekabr

12:30 – Almaniya – İstehsal sektorunda Biznes Aktivliyi indeksi (dekabr);

14:00 – İstehlakçı Qiymət indeksi (noyabr).

Ötən həftə Avrozonanın dövlət istiqrazları üzrə gəlirliyi bir neçə aylıq minimumlardan sonra yüksələ bilib.

Avro artım istiqamətini davam etdirə bilib.

Lakin cari həftə avro üçün çətin həftə olacaq.

Bir tərəfdən AMB-nın pul-kredit siyasəti,

digər tərəfdən isə FES-in növbəti açıqlamaları avronun növbəti hərəkət istiqamətini bəlli edəcək.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.0630, 1.0800

- Eniş hədəfləri: 1.0400, 1.0200

Böyük Britaniya

12 dekabr

11:00 – Təkrar emal sektorunda istehsal həcmi (oktyabr);

11:00 – Ümumi Daxili Məhsul göstəricisi.

13 dekabr

11:00 – İşsizlik müavinətləri üzrə müraciətlərin sayı (noyabr).

14 dekabr

11:00 – İstehlakçı Qiymət indeksi (noyabr).

15 dekabr

16:00 – Uçot faiz dərəcəsi ilə bağlı açıqlama (dekabr).

16 dekabr

11:00 – Pərakəndə Satış Həcmi (noyabr);

13:30 – İstehsal sektorunda Biznes Aktivliyi indeksi;

13:30 – Xidmət sektorunda Biznes Aktivliyi indeksi;

Cari həftə funtun artım sürətində fasilə yarana bilər.

Belə ki, İngiltərə iqtisadiyyadı yüksək ipoteka kreditləri və işçilərin tətilləri səbəbiylə təzyiq altındadır.

İpoteka kreditlərinin yüksək olması səbəbilə noyabr ayında mənzil qiymətləri 2.3% ucuzlaşıb ki,

bu da əmlak bazarına olan marağı zəiflədir.

Cari həftə İngiltərə bankı uçot faiz dərəcəsi ilə bağlı qərar qəbul edəcək.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.2600, 1.3100

- Eniş hədəfləri: 1.1900, 1.1600

ABŞ

13 dekabr

17:30 – İstehlakçı Qiymət indeksi (noyabr).

14 dekabr

19:30 – Xam neft ehtiyatları;

23:00 – FES-in uçot faiz dərəcəsi ilə bağlı açıqlaması;

23:00 – FOMS-un İqtisadi proqnozları;

23:30 – FOMS-un mətbuat konfransı.

15 dekabr

17:30 – Pərakəndə Satış həcmi (noyabr);

17:30 – İşsizlik müavinətləri üzrə müraciətlərin sayı.

Ötən həftə ABŞ-da İnflyasiyanın əsas tərkib hissəsi olan İstehsalçı Qiymət İndeksi açıqlandı və göstəricilər gözləntinin üzərində 0.3% qeyd olundu.

Hesabat göstəricilərinə görə, noyabr ayı ərzində məhsulların qiymətində 0.1%,

xidmətlərin qiymətində son 3 ayın ən yüksək göstərici olan 0.4% bahalaşma müşahidə olunub.

Bu göstəricilər FES-in uçot faiz dərəcəsi ilə bağlı qərar qəbuluna təsir göstərə bilər.

Xatırladaq ki, cari həftə FES-in 2022-ci ilin son toplantısı keçiriləcək.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 105.80, 107.00

- Eniş hədəfləri: 104.00, 103.00

Avstraliya

15 dekabr

04:30 – Məşğulluq göstəricisi (noyabr).

Avstraliya Ehtiyat Bankı ötən həftə uçot faiz dərəcəsini 25 baza vahidi qaldıraraq 10 ilin maksimum səviyyəsi olan 3.10% çatdırıb.

Bankın rəsmiləri qeyd ediblər ki, bu artım istiqamətində son addım deyil.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 0.6900, 0.7030

- Eniş hədəfləri: 0.6630, 0.6500

Yeni Zelandiya

15 dekabr

01:45 – Ümumi Daxili Məhsul göstəricisi (3-cü rüb).

NZD/USD cütlüyü ötən həftəni də artım istiqamətində tamamlayıb.

Beləliklə, cütlük artıq 8-ci həftədir ki yüksəlişi davam etdirir.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 0.6500, 0.6700

- Eniş hədəfləri: 0.6250, 0.6000

Yaponiya

14 dekabr

03:50 – Tankan -iri istehsalçı şirkətlərin əhval-ruhiyyəsi indeksi (4-cü rüb).

03:50 – Tankan -iri qeyri- istehsalçı şirkətlərin əhval-ruhiyyəsi indeksi (4-cü rüb).

Proqnozlara görə, 2023-cü ilin ilk rübündə Yapon yenasında stabillik müşahidə olunsa da, 2-ci rübdə yenanın bahalaşması müşahidə oluna bilər.

Buna səbəb kimi, aprel ayında Yaponiya Bankının sədri Kurodanın vəzifə səlahiyyələrinin müddətinin bitməsi və yeni pul-kredit siyasətinin müzakirə olunması qeyd olunur.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 140.00, 142.00

- Eniş hədəfləri: 133.00, 130.50

İsveçrə

15 dekabr

12:30 – İsveçrə Mərkəzi Bankının uçot faiz dərəcəsi ilə bağlı açıqlaması (4-cü rüb).

İsveçrə Mərkəzi Bankı cari həftə uçot faiz dərəcəsi ilə bağlı qərar qəbul edəcək.

Gözləntilərə görə, faiz dərəcəsi 50 baza vahidi qədər artırıla bilər.

Ehtimallara görə, növbəti ilin ilk aylarında İsveçrə frankı avroya nisbətdə daha güclü mövqe sərgiləyə bilər.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 0.9450, 0.9550

- Eniş hədəfləri: 0.9280, 0.9140

Qızıl

Cari ilin noyabr ayında qızıla olan marağın yüksəlməsi, onun qiymətinin psixoloji baryer sayılan 1800$ sərhəddini keçməsini dəstəkləyib.

Ötən ay ərzində qızılın dəyi 8% dən çox bahalaşıb. Mərkəzi bankların qızılsevgisi yüksəlməkdədir.

Belə ki, cari ilin son rübü ərzində, xüsusilə oktyabr ayında 31 ton qızıl alınıb.

Qeyd edək ki, Avropa ölkələrindən təkcə Almaniya və İtaliyanın Mərkəzi Banklarının qızıl ehtiyatları müvafiq olaraq 65.4% və 62.4% təşkil edir.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1830.00, 1880.00

- Eniş hədəfləri: 1765.00, 1735.00

Neft

Ötən həftə neft təqribən 10% dəyər itirib.

Buna əsas səbəb kimi Çində COVİD-lə bağlı mübarizə tədbirlərini zəif olması və eləcə də ABŞ xam neftinin təchizat zəncirində baş verən fasilələr qeyd olunur.

Digər tərəfdən neft bazarında tələbin yüksək olması neftin qiymətində yüksək volatilliyə səbəb olur.

Cari həftənin gözləntiləri: (Brent)

- Artım hədəfləri: 82.00, 90.00

- Eniş hədəfləri: 70.00, 64.00

Cari həftənin gözləntiləri: (WTI)

- Artım hədəfləri: 77.00, 83.00

- Eniş hədəfləri: 66.00, 62.00

Valyuta bazarında baş tutacaq bütün xəbərlərdən gündəlik olaraq məlumatlı olmaq üçün “Telegram” kanalımızı izləyin!

https://t.me/uforex_az

For consultation please leave a request

Your request has been sent successfully.

Foreks bazarının həftəlik təqvimi və analitikası 12.12.2022 - 18.12.2022

Thank You!

Your form has been succesufully send

Foreks bazarının həftəlik təqvimi və analitikası 12.12.2022 - 18.12.2022

Thank You!

Your form has been succesufully send

Müasir investisiya dünyasını bizimlə kəşf edin.

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 12.12.2022 - 18.12.2022

Thank You!

Your form has been succesufully send