Foreks bazarının həftəlik təqvimi və analitikası 28.11.2022 - 04.12.2022

Ötən həftə maliyyə bazarlarında nisbətən zəif volatillik müşahidə olunsa da,

Türkiyə bankı faiz dərəcəsini 10.50%-dən 9%-ə endirdi.

Yeni Zelandiya Ehtiyat bankı isə əksinə, 3.50%-dən 4.25%-ə yüksəltdi.

Cari həftədə bir sıra ölkələrdən İnflyasiya, həmçinin ABŞ əmək bazarından aylıq göstəricilər açıqlanacaq.

UForex cari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:

Avrozona

28 noyabr

18:00 – AMB-nın sədri Laqardın çıxışı.

29 noyabr

17:00 – Almaniya – İstehlakçı Qiymət indeksi (noyabr).

30 noyabr

12:55 – Almaniya – Məşğulluq göstəricisi;

14:00 – İstehlakçı Qiymət indeksi.

01 dekabr

12:55 – Almaniya – İstehsal sektorunda Biznes Aktivliyi indeksi (noyabr).

02 dekabr

06:40 – AMB-nın sədri Laqardın çıxışı.

03 dekabr

06:30 – AMB-nın sədri Laqardın çıxışı.

Avro ötən həftə stabilliyini qoruyub. Ötən həftə AMB-nın protokolu açıqlanıb.

Gözləntilərə görə, bank dekabr toplantısında faiz dərəcəsini 50 baza vahidi qədər yüksəldə bilər.

Eyni zamanda dekabr toplantısında Aktivlərin Alınması proqramının qismən azaldılması istiqamətində müzakirələr aparıla bilər.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.0500, 1.0650

- Eniş hədəfləri: 1.0200, 1.0070

Böyük Britaniya

29 noyabr

19:00 – İngiltərə bankının sədri Beylinin çıxışı.

01 dekabr

13:30 – İstehsal sektorunda Biznes Aktivliyi indeksi (noyabr).

İngiltərənin avtomobil sənayesində artım templəri müşahidə olunur.

Belə ki, oktyabr ayında ötən il ilə müqaisədə avtomobil istehsalı illik 7.4% artıb.

Yəni oktyabr ayı ərzində təqribən 70 000 avtomobil istehsal olunub ki, bu göstəricinin 81% artıq ölkədən ixrac olunub.

Lakin avtomobil istehsalçıları hələ də çip çatışmamazlığı və təchizat zənciri problemləri ilə üzləşirlər.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.2300, 1.2650

- Eniş hədəfləri: 1.1700, 1.1450

ABŞ

29 noyabr

19:00 – İstehlakçı Güvən indeksi (noyabr).

30 noyabr

17:15 – Qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisi - ADP (noyabr);

17:30 – Ümumi Daxili Məhsul göstəricisi (3-cü rüb);

19:00 – JOLTS əmək bazarında yeni iş yerlərinin sayı;

19:30 – Xam neft ehtiyatları;

22:30 – FES rəhbəri Pauellin çıxışı.

01 dekabr

17:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı;

19:00 – İstehsal sektorunda Biznes Aktivliyi indeksi (noyabr).

02 dekabr

17:30 – Qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisi (noyabr);

17:30 – İşsizlik səviyyəsi (noyabr).

Ötən həftə dollar indeksi 108 sərhəddinə doğru yüksəlməyə cəhd etdi.

Belə ki, həftənin ilk yarısında dollar ucuzlaşdığı halda və həftənin 2-ci yarısında Şükranlıq günü münasibətilə qeyri iş günlərinin olmasına baxmayaraq,

dövlət xəzinə istiqrazlarının dəyər qazanması dolları dəstəkləyib.

Cari həftə əmək bazarından açıqlanacaq göstəricilər dolların hərəkət dinamikasını aktivləşdirə bilər.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 108.00, 109.50

- Eniş hədəfləri: 104.60, 103.50

Kanada

29 noyabr

17:30 – Ümumi Daxili Məhsul göstəricisi (sentyabr).

02 dekabr

17:30 – Məşğulluq göstəricisi (noyabr).

USD/CAD cütlüyü ötən həftə neytrallığını qoruyub saxlayıb.

ABŞ xəzinə istiqrazlarının dəyər qazanması, neftin qiymətinin qismən bahalaşması,

digər tərəfdən FES-in növbəti addımları ilə əlaqədar pessimist gözləntilərin dollar üzərində təzyiqi cütlüyün neytrallığını dəstəkləyir.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.3500, 1.3800

- Eniş hədəfləri: 1.3200, 1.3050

Yeni Zelandiya

02 dekabr

08:30 – Yeni Zelandiya Ehtiyat bankının sədri Orranın çıxışı.

Yeni Zelandiya Ehtiyat bankı inflyasiya ilə mübarizədə aktiv olaraq faiz dərəcəsini qaldırmağa davam edir.

Lakin İstehlakçıların əhval ruhiyyəsi heç də pozitiv istiqamətdə yönlənməyib.

Bu isə öz növbəsində iqtisadiyyatın resessiyaya üz tutmasının ilkin əlaməti hesab oluna bilər.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 0.6400, 0.6580

- Eniş hədəfləri: 0.6050, 0.5850

Qızıl

Qızıl ötən həftə əhəmiyyətli səviyyə sayılan 1730$-dan enişə doğru cəhd etsə də, həftəni qeyd olunan səviyyənin üzərində tamalaya bildi.

Qızıl bazarında hazırda qeyri-müəyyənlik müşahidə olunur.

Belə ki, FES hələ də gələcək addımları ilə bağlı tərəddüdlər yaşaması qızılı təzyiq altında saxlayır.

Digər tərəfdən, Çində yoluxma hallarının çoxalması qızıla olan tələbatı zəiflədir.

Lakin investorlar üçün qızıl hələ də cəlbedici sayılır və bu, qızılın 1810-1850$ səviyyələrinədək bahalaşacağına əlverişli ortam yaradır.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1785.00, 1810.00

- Eniş hədəfləri: 1725.00, 1695.00

Neft

Neft ötən həftəni eniş istiqamətində tamamlayıb.

Belə ki, qiymətin enişini dəstəkləyən əsas səbəblər Avropanın Rusiya nefti üçün qiymət limitinin təyini ilə bağlı müzakirələrin uzanması,

Çində yoluxma sayının sürətlə artması səbəbilə tələbin azalması, həmçinin ABŞ-ın ehtiyat fondundan satışları olub.

Hətta OPEK+ ölkələrin hasilat həcminin azaldılması ilə bağlı qərarı belə noyabr ayı ərzində müşahidə olunan enişin qarşısını ala bilməyib.

Cari həftənin gözləntiləri: (Brent)

- Artım hədəfləri: 91.00, 97.00

- Eniş hədəfləri: 80.00, 70.00

Cari həftənin gözləntiləri: (WTI)

- Artım hədəfləri: 88.00, 97.00

- Eniş hədəfləri: 72.00, 62.00

Valyuta bazarında baş tutacaq bütün xəbərlərdən gündəlik olaraq məlumatlı olmaq üçün “Telegram” kanalımızı izləyin!

https://t.me/uforex_az

Foreks bazarının həftəlik təqvimi və analitikası 28.11.2022 - 04.12.2022

Thank You!

Your form has been succesufully send

Foreks bazarının həftəlik təqvimi və analitikası 28.11.2022 - 04.12.2022

Thank You!

Your form has been succesufully send

Müasir investisiya dünyasını bizimlə kəşf edin.

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 28.11.2022 - 04.12.2022

Thank You!

Your form has been succesufully send