Daxili və Xarici Bazarlara Həftəlik Baxış

Daxili Bazar

  • Ötən həftə 2022-ci ilin noyabr ayından sonra ilk dəfə AR Maliyyə Nazirliyinin 5 illik istiqrazlarının hərracı keçirilmişdir. Hərracda tələb təklifi 4.5 dəfədən çox üstələmiş, orta ölçülmüş və kəsmə gəlirliliklər müvafiq olaraq, 8.71% və 9.15% (2022- ci ilin noyabrında 9.32% və 9.50%) olmuşdur. İyun və iyul aylarında da hər biri 20 milyon AZN həcmində 5 illik istiqraz hərraclarının keçirilməsi nəzərdə tutulub. Xatırladaq ki, AR Maliyyə Nazirliyi 2023-cü ildə ümumilikdə 500 milyon AZN həcmində, tədavül müddəti 5 il və daha artıq olan istiqraz emissiyası planlaşdırıb. 2022-ci ildə 335 milyon AZN həcmində 5 illik və 7 illik istiqrazlar yerləşdirilmişdir.
  • Bu həftə AR Maliyyə Nazirliyinin 2 illik istiqrazlarının hərracı keçiriləcək. Ötən hərrac 6.98% orta ölçülmüş gəlirliliklə nəticələnmişdi.
  • AR Mərkəzi Bankının notlarında gəlirliliklər artım tempini keçən həftə də davam etdirmişdir. Belə ki 1, 3, 6 və 9 aylıq not hərraclarında orta çəkili gəlirliliklər 7.55%-9.31% aralığında olmuşdur (bundan öncə 7.38%-9.05%).

Qlobal bazar

  • ABŞ-da keçən həftə aprel ayı üçün aylıq pərakəndə satış açıqlanıb. Aprel ayı üçün əlavə satışlarda gözlənti 0,8% olduğu halda, real rəqəm 0,1% olaraq açıqlanıb (əvvəlki göstərici -1% olub).
  • Həmçinin ötən həftə aprel ayı üçün sənaye istehsalı indeksi də açıqlanıb. Gözlənti 0% olduğu halda, real rəqəm 0,5% olaraq açıqlanıb.
  • Keçən həftə Avropada aprel ayı üçün son inflyasiya göstərici açıqlanıb. Aylıq əsasda aprel ayı üçün inflyasiya gözləntisi 0,7% olduğu halda, real rəqəm 0,6% olaraq açıqlanıb. Həmçinin aprel ayı üçün olan illik inflyasiya gözləntiyə uyğun olaraq 7% açıqlanıb.
  • Bloomberg məlumat verir ki, Prezident Co Bayden və Nümayəndələr Palatasının spikeri Kevin Makkarti ABŞ-ın dövlət borcu ilə bağlı tavanın artırılması məqsədilə danışıqlar aparmaq üçün bazar ertəsi görüşmək niyyətindədirlər. Belə ki, 1 iyuna az vaxt qalır və hələ də fikir ayrılıqları davam edir. Bazar günü axşam Makkartinin ABŞ-ın Kapitoliyadakı ofisində iki tərəf arasında 2 saatdan çox davam edən görüş olsa da, bu müzakirələrin statusu mediaya açıqlanmayıb. Bu baxımdan sırf bu qeyri-müəyyənlik maliyyə bazarlarında volatilliyə səbəb olan əsas amillərdən biridir.

Daxili və Xarici Bazarlara Həftəlik Baxış

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Daxili və Xarici Bazarlara Həftəlik Baxış

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

"UTrader"də daha sərfəli komissiyalarla ticarətə başlayın!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Daxili və Xarici Bazarlara Həftəlik Baxış

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi