Foreks bazarının həftəlik təqvimi və analitikası 17.07.23 - 23.07.23
Ötən həftə maliyyə bazarlarında yüksək volatillik müşahidə olundu.
Belə ki, Yeni Zelandiya Ehtiyat Bankı faiz dərəcəsini dəyişməsə də,
Kanada Bankı əksinə, faiz dərəcəsini 25 baza vahidi qədər yüksəltdi.
Eyni zamanda ABŞ-da inflyasiya göstəriciləri gözləntinin altında açıqlandı ki,
bu da öz növbəsində inflyasiyanın ləng addımlarla gerilədiyinin göstəricisidir.
Cari həftə Rusiya Bankı faiz dərəcəsi ilə bağlı qərarını açıqlayacaq.
UForexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:
19 iyul
13:00 – İstehlakçı Qiymət İndeksi (iyun).
EUR/USD cütlüyü ötən həftə dəyər qazanaraq 2022-ci ilin mart ayından ən yüksək səviyyəsinə çatıb.
Və beləliklə, 1.1200 sərhəddi üzərində qərarlaşa bilib.
Lakin bir sıra proqnozlara görə, avronun ilin sonunadək bu mövqeyini qoruyub saxlaya bilməsi sual altındadır.
Belə ki, AMB-nın faiz dərəcəsi ilə artım qərarlarında fasilə yaranacağı ehtimal olunur.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.1370, 1.1480
- Eniş hədəfləri: 1.1110, 1.1020
Böyük Britaniya
19 iyul
10:00 – İstehlakçı Qiymət İndeksi (iyun).
GBP/USD cütlüyü ötən həftəni artım mövqeyində tamamlayıb.
Belə ki, 6 gün ard-arda davam edən artım nəticəsində cütlük təqribən 150 point bahalaşıb.
Beləliklə də, 2022-ci ilin aprel maksimumu olan 1.3100 sərhəddini test edib.
Rəsmilərin açıqlamasına görə, iqtisadi göstəricilər müsbət istiqamətdə irəliləsə də,
yüksək inflyasiya hələ də iqtisadi artımı ləngidir.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.3300, 1.3600
- Eniş hədəfləri: 1.2880, 1.2680
18 iyul
16:30 – Pərakəndə Satış Həcmi (iyun).
19 iyul
18:30 – Xam neft ehtiyatları.
20 iyul
16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı.
Dollar indeksi ötən həftə 2.5% dəyər itirərək son 8 ayın ən zəif nəticələrini sərgilədi.
Ötən həftə açıqlanan inflyasiya göstəriciləri istehsalçı və
istehlakçı maraqlarının zəif templə inkişafa doğru irəlilədiyinin nəticəsidir.
Eyni zamanda, ötən həftə İşsizlik müavinətləri üzrə müraciətlərdə qismən azalma müşahidə olunsa da,
əmək bazarında gərginlik hələ də davam etməkdədir.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 100.20, 101.00
- Eniş hədəfləri: 98.60, 97.70
21 iyul
14:30 – Rusiya bankının Uçot faiz dərəcəsi ilə bağlı qərarı (iyul).
Rusiya Bankı cari həftə faiz dərəcəsi ilə bağlı qərar qəbul edəcək və ehtimallara görə,
bank 1%-lik (100 baza vahidi) artıma gedə bilər.
Rəsmilərin açıqlamasına görə, bank pul-kredit siyasətini artım istiqamətində davam etdirdiyi halda,
inflyasiya cari ildə 4.5%-6.5% çərçivəsində qala bilər.
Eyni zamanda, sərt addımlar növbəti il inflyasiyanın tələb olunan 4% sərhəddinə qayıtmasını dəstəkləyə bilər.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 91.30,93.70
- Eniş hədəfləri: 88.30, 86.30
Ötən həftə Dünya Qızıl Birliyi may ayı üzrə qızıl ehtiyatlarının dinamikası haqda hesabat təqdim edib.
Hesabata görə, may ayı ərzində qızıl ehtiyatlarına mərkəzi banklar tərəfindən maraq qismən azalıb.
Azalmanın əsas səbəbi kimi Türkiyə Mərkəzi Bankının may ayı ərzində 63 ton qızıl ehtiyatının satışı göstərilir.
Qeyd edək ki, Türkiyə Bankı öncəki aylarda da (martda 15 ton, apreldə 81 ton) qızıl ehtiyatlarının satışını icra edib.
Qızıl ehtiyatlarının satışı üzrə hesabata görə 2-i yerdə Özbəkistan (10.9 ton), 3-cü yerdə isə Kazaxıstan (2.4 ton) tutur.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1970.00, 1990.00
- Eniş hədəfləri: 1935.00, 1905.00
Neftin qiyməti 100$ üzərində qərarlaşa bilər.
Belə ki, Afrikada təchizatda yaranan fasilələr, eləcə də
Rusiya və Səudiyyə Ərəbistan tərəfindən hasilat həcminin azaldılması neftin qiymət artımını dəstəkləyir.
Beynəlxalq Energetika Agentliyi və OPEK+ hesabatlarına görə,
cari ilin 2-ci yarısında neftin qiymətində bahalaşma müşahidə oluna bilər.
Buna əsas olaraq, makroiqtisadi gərginliyin davam etməsinə baxmayaraq,
neftə olan tələbatın (xüsusilə ÇİN tərəfindən) yüksələcəyi ehtimalı göstərilir.
Cari həftənin gözləntiləri: (Brent)
- Artım hədəfləri: 83.00, 87.00
- Eniş hədəfləri: 77.50, 75.00
Cari həftənin gözləntiləri: (WTI)
- Artım hədəfləri: 79.00, 82.00
- Eniş hədəfləri: 73.00, 70.00
Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!
Ətraflı məlumat üçün sorğu göndərin
Sizin sorğunuz uğurla göndərildi
© 2024 Unicapital İnvestisiya Şirkəti ASC.
Bütün hüquqlar qorunur.