Foreks bazarının həftəlik təqvimi və analitikası 27.03.23 - 02.04.23

Ötən həftə maliyyə bazarlarında dinamik hərəkətlilik müşahidə olunub.

Belə ki, ABŞ, İngiltərə, İsveçrə və Türkiyədə faiz dərəcəsi ilə bağlı qərarlar qəbul olunub.

Nəticə olaraq, ABŞ faiz dərəcəsini 25, İngiltərə 25,

İsveçrə 50 baza vahidi qədər yüksəltdiyi halda, Türkiyə heç bir dəyişikliyə getmədi.

Cari həftə bir sıra ölkələrdə ÜDM göstəricisi dərc olunacaq.

UForexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:

Avrozona

27 mart

12:00 – Almaniya – Biznes Əhval-ruhiyyəsi İndeksi İFO (mart).

28 mart

17:15 – AMB-nın sədri Laqardın çıxışı.

30 mart

16:00 – Almaniya - İstehlakçı Qiymət İndeksi (mart).

31 mart

11:55 – Almaniya - İşsizlik Göstəricisi(mart);

13:00 – İstehlakçı Qiymət İndeksi (mart);

19:00 – AMB-nın sədri Laqardın çıxışı.

Avro ötən həftəni neytral mövqedə tamamlayıb.

Həftənin ilk yarısında əsaslı şəkildə yüksəlsə də,

sonlarına doğru öz mövqeyindən geriləməyə başlayıb.

Qeyd edək ki, Avropada hazırda inflyasiya göstəricisi 8.5 % təşkil edir ki,

bu da norma sayılan 3%-dən əsaslı şəkildə fərqlənir.

AMB inflyasiyanın gərəkli səviyyəyə enməsi üçün pul-kredit siyasətində sərt addımlarını davam etdirməyə niyyətlidir və

ehtimal olunur ki, faiz dərəcəsi artımı 5.30%-dək aktual olaraq qalacaq.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.1030, 1.1220

- Eniş hədəfləri: 1.0500, 1.0300

Böyük Britaniya

27 mart

21:00 – İngiltərə Bankının sədri Beylinin çıxışı.

28 mart

12:45 – İngiltərə Bankının sədri Beylinin çıxışı.

31 mart

10:00 – Ümumi Daxili Məhsul Göstəricisi (4-cü rüb).

Dünyada bank sektorunda hökm sürən qeyri-stabillik İngiltərədən də yan keçmir.

Belə ki, İngiltərə Mərkəzi Bankı yüksək inflyasiya ilə mübarizə apardığı dönəmdə belə neqativ təsirlər investorların güvənini sarsıdır.

Qeyd edək ki, ötən həftə İngiltərə Bankı faiz dərəcəsini 25 baza vahidi qədər yüksəltdi.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.2450, 1.2800

- Eniş hədəfləri: 1.1900, 1.1700

ABŞ

28 mart

18:00 – İstehlakçı Güvən İndeksi (mart).

29 mart

18:30 – Xam neft ehtiyatları.

30 mart

16:30 – Ümumi Daxili Məhsul Göstəricisi (4-cü rüb);

16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı.

Dollar indeksi ötən həftə fevralın 3-dən ən minimum səviyyəyə qədər eniş yaşadı.

Belə ki, FES gözlənildiyi kimi faiz dərəcəsini 25 baza vahidi yüksəltsə də,

Pauel öz çıxışında bildirdi ki, faiz dərəcəsi artımı istiqamətində müəyyən fasilə yarana bilər.

Ehtimallara görə, hazırda bank sektorunda hökm sürən xaos FES-in yüksək inflyasiyaya qarşı mübarizədə diqqətini yayındırır və

bu müvəqqəti xarakter daşıya bilər.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 103.50, 104.20

- Eniş hədəfləri: 102.30, 101.50

Avstraliya

28 mart

04:30 – Pərakəndə Satış Həcmi (fevral).

Avstraliyada hal-hazırda inflyasiya pik səviyyəsinə çatıb və ehtimallara görə,

tələb olunan 2-3% sərhəddinə yalnız 2025-ci ildə yaxınlaşa bilər.

Hazırda Avstraliya iqtisadiyyatı zəif artım tempində yüksəlməkdədir ki,

buna təsir edən əsas faktor ölkənin ən böyük ticarət tərəfdaşı olan Çinin iqtisadiyyatının bərpa mərhələsində olmasıdır.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 0.6750, 0.6850

- Eniş hədəfləri: 0.6580, 0.6400

Kanada

31 mart

16:30 – Ümumi Daxili Məhsul Göstəricisi (yanvar).

Ötən həftə USD/CAD cütlüyü neytrallığını qoruyub saxlayıb.

Belə ki, neftin qiyməti ilə düz mütənasiblik təşkil edən Kanada Dolları ABŞ dollarına nisbətdə dəyər itirsə də

(neft 75$ altında ticarət olunurdu), həftə sonuna doğru itkiləri bərpa edə bilib.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.3830, 1.3970

- Eniş hədəfləri: 1.3550,1.3400

Qızıl

Maliyyə bazarlarında qızılın dəyəri aramla artmaqda davam edir.

Belə ki, bank sektorunda yaşanan problemlə,

eləcə də dolların təzyiq altında qalması qızılın mövqeyini gücləndirib.

Digər tərəfdən, cari ilin fevral ayı ərzində İsveçrə tərəfindən qızılın həm idxal,

həm də ixracında dinamika yüksək olub.

Belə ki, ümumilikdə 10 mld avro dəyərində 183.06 t qızıl Çin, Türkiyə, Hindistan və Honkonq kimi ölkələrə satılıb.

Eyni zamanda, tətbiq olunan sanksiyalara baxmayaraq, 18.9 t Rusiya qızılı isə alınıb.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1960.00, 2005.00

- Eniş hədəfləri: 1930.00, 1890.00

Neft

Asiya ölkələrində neft məhsullarına tələbat azalıb.

Belə ki, hazırda neft məhsulları ehtiyatları 49.8 mld barelə çatıb ki,

bu da 2021-ci ilin iyun ayından ən yüksək göstərici hesab olunur.

Digər tərəfdən isə, Cənubi Amerika ölkələrində,

həmçinin ABŞ-da əksinə, benzin və dizel yanacağına tələbat yüksəlib.

Cari həftənin gözləntiləri: (Brent)

- Artım hədəfləri: 77.50, 83.00

- Eniş hədəfləri: 72.00, 68.00

Cari həftənin gözləntiləri: (WTI)

- Artım hədəfləri: 73.00, 80.00

- Eniş hədəfləri: 64.00, 60.00

Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!

https://t.me/uforex_az

Ətraflı məlumat üçün sorğu göndərin

Sizin sorğunuz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 27.03.23 - 02.04.23

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 27.03.23 - 02.04.23

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

"UTrader"də daha sərfəli komissiyalarla ticarətə başlayın!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 27.03.23 - 02.04.23

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi