Treyderlər üçün “UTrader-də İnnovativ Qazanc İmkanları” təlimi

24 Noyabr tarixində “Unicapital İnvestisiya Şirkəti” ASC-nın təqdimatında Uniplazada “UTrader-də İnnovativ Qazanc İmkanları” mövzusunda təlim baş tutdu!

Unicapital cari ay ərzində “UTrader” xidməti üzrə təşkil etdiyi kampaniya əsasında ilkin depozit 1000 USD-dan 100 USD-ya endirildi və bu kampaniya çərçivəsində hesab açan müştərilərə pulsuz təlimdə iştirak fürsəti təqdim edildi.

Müştərilərin bir hissəsi üçün təlim artıq keçirilib. Təlim nəzəri və praktiki hissələrdən ibarət olub. Nəzəri hissəni “Unicapital İnvestisiya Şirkəti”nin direktoru Vüqar Namazov təqdim edib, praktiki hissə isə şirkətin Elektron Ticarət şöbəsinin rəhbəri Tofiq Həsənovun təqdimatında oldu. 50-dən çox iştirakçı olan təlimdə hər bir treyder üçün önəmli olan mövzulara toxunuldu: investisiya edərkən ilk öncə nələrə diqqət yetirilməlidir. Həmçinin, “UTrader” platformasının təqdim etdiyi hədsiz ticarət imkanları platforma üzərindən müştərilərə nümayiş etdirildi.

“Unicapital” 2007-ci ildən qiymətli kağızlar bazarında böyük təcrübəyə sahib olan və Azərbaycan qiymətli kağızlar bazarında aparılan əməliyyatların həcminə görə ilk sıralarda yer tutan şirkətlərdən biridir.

“Unicapital İnvestisiya Şirkəti” ASC Azərbaycanda ən yaxşı investisiya xidmətləri təminatçısı və innovativ nailiyyətlərinə görə çoxsaylı beynəlxalq mükafatlara, o cümlədən, Böyük Britaniyanın “International Finance” jurnalının araşdırmasına görə “Azərbaycanın Ən İnnovativ Maliyyə Təşkilatı – 2021”, mükafatına layiq görülüb.

Şirkətin əsas məqsədi xidmət göstərdiyi bazarlara dəstək üçün ən yenilikçi və peşəkar maliyyə həlləri göstərərək, müştəri məmnuniyyətini və mükəmməl reputasiyanı qorumaqdır.

“Unicapital İnvestisiya Şirkəti” hal-hazırda Bakı Fond Birjasında ən uzunmüddətli üzvlüyə sahibdir və Birjanın standart listinqinə daxildir. Bu isə şəffaflığının və listinq qaydalarına uyğunluğunun birbaşa göstəricisidir.

Platforma haqqında daha ətraflı məlumat əldə etmək üçün: https://utrader.az/

Treyderlər üçün “UTrader-də İnnovativ Qazanc İmkanları” təlimi

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Treyderlər üçün “UTrader-də İnnovativ Qazanc İmkanları” təlimi

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

"UTrader"də daha sərfəli komissiyalarla ticarətə başlayın!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Treyderlər üçün “UTrader-də İnnovativ Qazanc İmkanları” təlimi

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi