Yerli və ya xarici bazarlarda gəlir formalaşdırmaq istəyirsiniz?

Müştərilərimizə qlobal və yerli maliyyə bazarlarına açılan körpü rolunu oynayırıq. Unicapital vasitəsilə müştərilərimiz aşağıdaki bazarlarda ticarət edərək, vəsaitlərini dəyərləndirir:

  • Yerli bazarlar
  • Xarici bazarlar və Utrader
  • Marja ticarəti və ya UForex

Təqdim etdiyimiz xidmətə innovativ yanaşma, peşəkar ekspertiza və ictimai reputasiya Unicapital-ı 2020-ci ilin ən yaxşı broker xidməti mükafatına layiq görülməyimizdə əvəzsiz rol oynayır.

Bakı Fond Birjasında və ya birjadankənar əqdlərdə vasitəçi olaraq, alıcı və satıcıları Unicapital-da birləşdiririk.

Unicapital vasitəsilə yerli bazarlarda yatırım etdikdə:

  • 1 700-dən çox Azərbaycan şirkətinin səhmdarı ola;
  • Repo müqavilələri ilə ticarət edə;
  • Qısa və uzun müddətli korporativ və ya dövlət istiqrazlarını əldə edərək, vəsaitinizi dəyərləndirə bilərsiniz.

Müştərilərimiz yerli bazarlarda yatırım etmək, kapitalınızın dəyərini artırmaq üçün peşəkarlara müraciət edir.

Müştərilərimiz dünya maliyyə bazarlarında müxtəlif alətlərə yatırım imkanı əldə edir, vəsaitlərinin dəyərini artırırlar.

Bizim vasitəmizlə xarici bazarlarda yatırım etdikdə:

  • Dünyanın ən nüfuzlu xarici şirkətlərinin səhmdarı olmaq imkanı əldə edəcəksiniz;
  • Xarici dövlətlərin və beynəlxalq şirkətlərin istiqraz və törəmə alətlərinə yatırım edərək, gəlir əldə edə bilərsiniz.

Niyə Unicapital? Çünki investoralarlara istənilən aləti gəlir əldə etməyiniz üçün təqdim edirik!

Marja ticarəti müştərilərimizə valyutalar, neft, qızıl və indekslər kimi alətlərə yatırım etmək imkanı yaradır.

UForex - Azərbaycanda fərq müqavilələri üzərindən marja ticarəti xidmətini təqdim edən ən qabaqcıl brokerlərdən biridir. Mükəmməl reputasiya, müştəriyönümlülük və xidmətin inkişafına innovativ yanaşma bizə uğur və müştəri rəğbətini qazanmağa yardımçı olmuşdur.

Sahəmizdə yenisiniz?

Elə indi MetaTrader 4 platforması vasitəsilə təlim xarakterli, pulsuz və qeydiyyatsız demo hesab açıb, yatırım etmədən, virtual balansla sahəmizi öyrənə bilərsiniz.

Niyə UForex?

  • 5/24 ticarət;
  • Yüksək gəlir imkanı;
  • Peşəkar mütəxəssis dəstəyi;
  • Güclü ticarət platforması;
  • Komissiyasız və sürətli mədaxil / məxaric;
  • Pulsuz seminarlara və təlimlərə qatılaraq, sahəmizi öyənmək şansı.

Bu platforma vasitəsi ilə Siz dünyanın 33 ölkəsində 135-dən artıq maliyyə bazarlarında (NYSE, NASDAQ, CBOE, LSE, TSE, LME və s.) 23 valyutada ticarət apara bilərsiniz və bununla minlərlə maliyyə alətlərinə yatırım etmə imkanı əldə edirsiniz.

Beləliklə Səhmlərə, Istiqrazlara, Opsionlara, ETF-lərə, Fyuçers-lərə, İnvestisiya Fondlarına, Metallara, Indekslərə, Valyutaya, Strukturlaşmış məhsullara və sair alətlərə yatırım etmə imkanı mövcuddur.

Siz hesab açmaqla, asanlıqla dünyaca məhşur şirkətlərin səhmlərinin sahibi ola bilərsiniz. "Apple", "Coca-Cola", "Microsoft" kimi şirkətlərin pay sahibi olmaq əhəmiyyətli dərəcədə asanlaşır. Səhmləri əldə etməklə, Siz həmin şirkətin səhmdarı olursunuz və səhmlərə sahib olduğunuz müddətdə dividend (Səhm üzrə dividend ödənişi nəzərdə tutulduqda) əldə edirsiniz. Eyni zamanda səhmlər dəyər qazandıqda portfeliniz də dəyər qazanır.

Qeydlər:

  • Xidmətdən yararlanmaq üçün minimal olaraq USD 1000 məbləğındə yatırım tələb olunur. Zərurət olduqda, plastik kart sifariş edə bilərsiniz.
  • Şəxsiyyət vəsiqəsi qeydiyyat ünvanının təsdiqi üçün keçərli deyil.
  • "UTrader"da məxaric əməliyyatları komissiyasız həyata keçirilir.

Pulsuz "UTrader Workstation" təlimlərinə qatılmaq və ya görüş təyin etmək üçün müraciət edə bilərsiniz.

Daha ətraflı: +99412 5413333 daxili 7554 ([email protected])

Yerli bazarlara investisiya

Thank You!

Your form has been succesufully send

Yerli bazarlara investisiya

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Yerli bazarlara investisiya

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

İnvestisiya xidmətləri ilə maraqlanırsınız?

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi