Daxili auditor

Unicapital "Daxili auditor" vakansiyasına müraciətlərin qəbulunu açıq elan edir!

AZ

Vəzifə öhdəlikləri

  1. İnvestisiya şirkətinin audit komitəsi tərəfindən təsdiq edilmiş audit planına uyğun olaraq fəaliyyətinin və daxili nəzarət mexanizmlərinin qiymətləndirilməsini həyata keçirmək;
  2. Audit planına uyğun olaraq həyata keçirilmiş yoxlama üzrə tövsiyələr vermək;
  3. Verilən tövsiyələrin icrasına nəzarəti təmin etmək;
  4. Auditin nəticələrinə dair hesabatlar hazırlamaq;
  5. Daxili audit üzrə hesabatları müvafiq idarəetmə orqanlarına təqdim etmək;
  6. Cəmiyyətin bütün fəaliyyət sahələri (kənar xidmətdən istifadə edilməklə icra edilən fəaliyyətlər daxil olmaqla) üzrə audit funksiyasını həyata keçirmək;
  7. Daxili audit fəaliyyətini qanunvericiliyə, daxili audit xidmətinin əsasnaməsinə, Daxili Auditorlar İnstitutu tərəfindən müəyyən edilmiş peşə standartlarına, prinsiplərə, təlimatlara, qaydalara uyğun təşkil etmək;
  8. Daxili audit xidmətinin illik audit planının layihəsini hazırlamaq;
  9. Şirkətdaxili təşəbbüslər və layihələr, təkmilləşmələr, xidmətlər və əməliyyat dəyişiklikləri barədə məlumatları mütəmadi təhlil etmək;
  10. Daxili audit yoxlamasının nəticələrinə əsasən daxili audit hesabatı hazırlamaq.
  11. Audit hesabatı ilə bağlı icra orqanı tərəfindən görülən tədbirlərin nəticələrini izləmək və ildə azı 2 (iki) dəfə tövsiyələrin icra vəziyyəti barədə Audit Komitəsinə və Müşahidə Şurasına hesabat vermək;
  12. Aşağıdakılar üzrə qiymətləndirmələr aparmaq:

- daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin effektivliyi və səmərəliliyi;

- risklərin idarəedilməsi funksiyası üzrə resursların (məsələn, əməkdaşlar, proqram təminatı və s.) keyfiyyəti və adekvatlığı;

- daxili və xarici hesabatlılıq üzrə istifadə olunan məlumatların uyğunluğu, dəqiqliyi, tamlığı, əlçatanlığı, məxfiliyi və hərtərəfliliyi;

- investisiya şirkətinin fəaliyyətinin qanunvericiliyə və investisiya şirkətinin daxili qaydalarına uyğunluğu;

- aktivlərin qorunması və təhlükəsizliyi;

- investisiya şirkətinin İT, kiber və informasiya təhlükəsizliyi sahələrinin effektivliyi və səmərəliliyi.

Vəzifəyə dair tələblər

  1. Ali iqtisadi və ya hüquqi təhsilə malik olaraq audit fəaliyyəti üzrə 1 il iş təcrübəsinə malik olmaq.
  2. Texniki bilik və təcrübə tələb edən sahələr üzrə (məs. İT, ödəniş xidmətləri, modelləşmə və s.) təcrübəyə malik olmaq.

Join our team!

Please send your CV to the following address: [email protected]

Thank You!

Your form has been succesufully send

Daxili auditor

Thank You!

Your form has been succesufully send

Daxili auditor

Thank You!

Your form has been succesufully send

Müasir investisiya dünyasını bizimlə kəşf edin.

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Daxili auditor

Thank You!

Your form has been succesufully send