AZ
Vəzifə öhdəlikləri
• Cəmiyyətin müxtəlif strukturlarında mütəmadi yoxlamalar aparmaq və strukturların fəaliyyətinin qanunvericiliyə və daxili qaydalara uyğunluğuna nəzarət etmək;
• Cəmiyyətin əməliyyatlarına nəzarət etmək;
• Əməliyyatların qanunveriliciyə və daxili qaydalara uyğunluğunun yoxlanılması və yaranmış səhvlərin aradan qaldırılması istiqamətində tədbirlər görmək;
• Cəmiyyətin fəaliyyətinin qanunvericiliyə və cəmiyyətdaxili qayda və prosedurlara uyğunluğunu təmin etmək;
• Pozuntularla bağlı dövri və növbədənkənar hesabatlar hazırlamaq;
• Nəzarət prosesini gücləndirən yeni alət və mexanizmlərin hazırlamaq və tətbiq etmək;
• Nəzarət üzrə beynəlxalq standartlar, qanunvericilik və cəmiyyətdaxili qaydalara uyğun olaraq təhlillərin aparılması və təkmilləşdirilməsi;
• Daxili nəzarət funksiyası ilə əlaqədar birbaşa rəhbərinin tapşırıqlarının icra edilməsi.
Tələblər
• Ali təhsil (İqtisadiyyat, maliyyə, idarəetmə, hüquq);
• Müvafiq sahədə 3 il iş təcrübəsi;
• Azərbaycan dili üzrə sərbəst bilik;
• İngilis və rus dillərindən ən azı biri üzrə yaxşı səviyyədə bilik
• Microsoft Office proqramlarını sərbəst istifadə etmək bacarığı.