Layihələrin idarəedilməsi və biznes prosesləri şöbəsinin mütəxəssisi

Unicapital "Layihələrin idarəedilməsi və biznes prosesləri şöbəsinin mütəxəssisi" vakansiyasına müraciətlərin qəbulunu açıq elan edir!

AZ

Vəzifə öhdəlikləri

  • Cəmiyyətin strateji planın və illik fəaliyyət planın tərtib edilməsi, koordinasiyası və icrasına dair hesabatlılığın təşkili;
  • Biznes proseslərin yaradılması, qiymətləndirilməsi, standartlaşdırılması, təkmilləşdirilməsi, o cümlədən elektronlaşdırılması/avtomatlaşdırılması işinin təşkili;
  • Fəaliyyət sahəsinə aid baş verən əhəmiyyətli dəyişiklikləri izləmək və aidiyyəti strukturları məlumatlandırmaq;
  • Təlimatlara müvafiq olaraq zəruri hesabatlar hazırlamaq və təqdim etmək;
  • Daxili uçot sisteminə giriş imkanlarının verilməsini təmin etmək və eləcə də həmin sistemə giriş icazəsinə məhdudiyyət qoymaq
  • Fəaliyyət sahəsinə uyğun olaraq biznes proseslərin yaradılmasında iştirak etmək və onların təkmilləşdirilməsi üzrə təkliflər vermək;
  • Vəzifə öhdəlikləri və səlahiyyətlərinin çərçivəsindən çıxmamaq şərtilə, fəaliyyətini mövcud Əsasnaməyə, şirkətdaxili prosedur və qaydalara uyğun həyata keçirmək;
  • Cəmiyyət tərəfindən Şöbə üçün ayrılmış ofisin və digər mülkiyyətin, habelə bilavasitə ona təhkim edilmiş Cəmiyyətə məxsus mülkiyyətin qorunmasını və lazımi səviyyədə saxlanılmasını təmin etmək;
  • Şöbənin fəaliyyətin təşkili ilə əlaqədar aidiyyəti şəxslər ilə ortaya çıxa biləcək maraqlar münaqişəsinin aşkarlanması, idarə olunması və qarşısının alınması üçün tədbirlər görmək;
  • Şöbənin fəaliyyətinin uçotunun elektron formada aparılması və obyektiv mülahizələrə əsasən əhəmiyyətli hesab edilə biləcək məlumatların arxivləşdirilməsi təşkil etmək;
  • Şöbənin fəaliyyətinə dair təkmilləşdirmələr və optimizasiya üzrə təkliflər vermək;
  • Şöbənin səlahiyyətlərinə aid olan sorğuların, şikayətlərin, məktubların araşdırılması və cavablandırılmasını təşkil etmək;
  • Rəhbər tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək.

Vəzifə üzrə tələblər

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 2 il, idarə etmə sahəsində minimum 1 il iş təcrübəsi;
  • Analitik/sistemli düşünmə və səlis ünsiyyət vərdişləri;
  • Biznes sənədlərin tərtib edilməsi və yerli mülki qanunvericilik sahəsində praktiki bilikləri nümayiş etdirmək vərdişləri;
  • Şirkətin məhsul və xidmətlərinin bütün növlərini bilmək;
  • İnvestisiya fəaliyyətinin və iqtisadi nəzəriyyənin əsaslarını bilmək;
  • Danışıqlar aparmaq bacarığı və problemli vəziyyətlərin həlli təcrübəsi;
  • Korporativ davranış normalarını bilmək;
  • Şirkətdaxili prosedurları, habelə Nəzarət orqanının rəhbər göstərişlərini bilmək;
  • Kompüterdən normal istifadəçi səviyyəsində istifadə etmək bacarığı (Windows, MS Office (Excel, Word, Outlook), internet);
  • MS Visio, ERP, Layihələrin idarə edilməsi proqramlarına bələd olmaq;
  • Azərbaycan dili üzrə sərbəst bilik;
  • İngilis və ya Rus dilləri üzrə bilik mütləqdir ;

Join our team!

Please send your CV to the following address: [email protected]

Thank You!

Your form has been succesufully send

Layihələrin idarəedilməsi və biznes prosesləri şöbəsinin mütəxəssisi

Thank You!

Your form has been succesufully send

Layihələrin idarəedilməsi və biznes prosesləri şöbəsinin mütəxəssisi

Thank You!

Your form has been succesufully send

Müasir investisiya dünyasını bizimlə kəşf edin.

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Layihələrin idarəedilməsi və biznes prosesləri şöbəsinin mütəxəssisi

Thank You!

Your form has been succesufully send