Foreks bazarının həftəlik təqvimi və analitikası 02.09.2024 - 08.09.2024

UForexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:

ABŞ Dolları indeksi şəxsi istehlak xərcləri və güclü ÜDM məlumatlarının dəstəyi ilə bərpa olunur ki,

bu da ABŞ iqtisadiyyatının bərpasını göstərir və resessiya narahatlıqlarını azaldır.

Bununla belə, bu artım müvəqqəti də ola bilər,

çünki Federal Ehtiyat Sistemi-nin (FED) faiz dərəcələrini endirəcəyi gözləntiləri Dollar üzərində təzyiq yaradır.

Avqust ayında ABŞ-ın Michigan Universiteti tərəfindən 1 illik inflyasiya gözləntilərinin 2.9%-dən 2.8%-ə endirilməsi və

deflyasiya meyilləri FED-in Sentyabr ayında öz siyasətini yumşalda biləcəyini gücləndirir.

Bundan əlavə, bazar hələ də yaxınlaşan Noyabr seçkilərinə diqqət yetirir ki,

bu da dollar üçün əlavə dəyişkənlik və qeyri-sabitlik yarada bilər.

ABŞ

Keçən həftənin əsas məqamları arasında ABŞ-ın ÜDM-i və PCE (şəxsi istehlak xərcləri) diqqət mərkəzində olub.

ABŞ-ın ikinci rüb üzrə ÜDM artımının ilkin qiymətləndirmədən sonra 2.8%-dən 3%-ə düzəliş edilməsi istehlak xərclərindəki düzəlişlərə bağlı idi.

Bununla belə, bu düzəlişlər FED-in Sentyabr ayındakı qərarlarına təsir etməməlidir,

çünki onların diqqət mərkəzində əsasən əmək bazarı dayanır.

2 sentyabr

Əmək günü - bayram

3 sentyabr

17:45 – Sənaye sektorunda aktivlik (PMI);

18:00 – "ISM" biznes aktivliyi indeksi (PMI);

4 sentyabr

18:00 – Boş iş yerləri hesabatı (JOLTS);

5 sentyabr

16:15 – "ADP"-dən qeyri-kənd təsərrüfatında məşğulların sayındakı dəyişikliklər;

16:30 – İşsizlik müavinətı üzrə ərizələrin sayı (Həftəlik);

17:45 – Xidmət sektorunda biznes aktivliyi indeksi (PMI);

18:00 – "ISM" xidmət sektorunda biznes aktivliyi (PMI);

19:00 – Neft ehtiyatında dəyişiklik (Həftəlik);

6 sentyabr

16:30 – Orta saatlıq gəlir;

16:30 – Qeyri-kənd təsərrüfatı sektorunda çalışanların sayı;

16:30 – İşsizlik nisbəti;

Neft

Cümə günü neftin qiyməti aşağı düşdü, çünki investorlar “OPEC+”un Oktyabr ayında təchizatı artıracağını gözləyirdilər,

bu isə Liviyada istehsalın dayandırılması və zəif tələbat fonunda kəsinti öhdəlikləri arasında balans yaradır.

ABŞ-da istehlak xərcləri üzrə məlumatlar İyul ayında sabit artım göstərərək, iqtisadiyyatın sabit olduğunu və

bu ay FED-in faiz dərəcələrini əhəmiyyətli dərəcədə azaltma ehtimalını zəiflətdiyini nümayiş etdirdi.

Lakin, xüsusilə Çindən gələn zəif tələbat artımı neftin qiymətinə təzyiq göstərməyə davam edir.

Tələbatla bağlı qeyri-müəyyənliklər mövcud olsa da,

hər hansı bir faiz dərəcəsinin azaldılmasının iqtisadi artımı stimullaşdıracağı və neft bazarına dəstək verəcəyi ümidləri var.

Cari həftənin gözləntiləri: (WTI)

- Artım hədəfləri: 77.08, 79.08, 80.56

- Eniş hədəfləri: 72.08, 70.60, 67.84

Cari həftənin gözləntiləri: (Brent)

- Artım hədəfləri: 80.70, 82.60, 84.60

- Eniş hədəfləri: 76.80, 74.80, 72.90

Qızıl

Qızılın qiyməti ABŞ-ın müsbət iqtisadi göstəricilərini həzm edən bazarların fonunda sakit hərəkət edir.

Bu göstəricilər, istehlak tələbatının bərpa olunduğunu və

ABŞ iqtisadiyyatının sərt enişi ilə bağlı narahatlıqları azaltdığını göstərir.

Həmçinin, mərkəzi banklar inflyasiyanın azalması fonunda yumşaltma dövrünə başladıqca,

aşağı faiz dərəcələrinin perspektivi qızılın artımını dəstəkləməyə davam edə bilər.

Digər tərəfdən, Yaxın Şərqdə artan geosiyasi gərginliklər,

ABŞ seçkiləri ətrafında qeyri-müəyyənliklər və ticarət tarifləri qızılın qiymətini daha da yüksəldə bilər.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 2552.36, 2577.13, 2590.01

- Eniş hədəfləri: 2491.81, 2489.00, 2477.06

Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!

https://t.me/uforex_az

For consultation please leave a request

Your request has been sent successfully.

Foreks bazarının həftəlik təqvimi və analitikası 02.09.2024 - 08.09.2024

Thank You!

Your form has been succesufully send

Foreks bazarının həftəlik təqvimi və analitikası 02.09.2024 - 08.09.2024

Thank You!

Your form has been succesufully send

Müasir investisiya dünyasını bizimlə kəşf edin.

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 02.09.2024 - 08.09.2024

Thank You!

Your form has been succesufully send