Foreks bazarının həftəlik təqvimi və analitikası 02.12.2024 -08.12.2024

UForexcari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:

Keçən həftə maliyyə bazarlarında qarışıq nəticələr müşahidə olundu.

ABŞ fond bazarları texnologiya və pərakəndə satış sektorlarının təsiri ilə həftəni güclü artımla tamamladı,

S&P 500 yeni rekord səviyyələrə çatdı.

Federal Ehtiyat Sisteminin (FED) dekabr ayında uçot dərəcəsini endirəcəyi ilə bağlı gözləntilər dolların zəifləməsinə səbəb oldu,

bu da valyuta bazarlarında dəyişkənliyi artırdı.

Qızıl və neft qiymətləri təzyiq altında olsa da, həftənin sonunda sabitlik nümayiş etdirdi.

Geosiyasi hadisələr, o cümlədən Donald Trampın tarif təhdidləri və İsrail ilə Livan arasındakı atəşkəs,

bazarda geosiyasi riskləri artdı.

ABŞ

ABŞ fond bazarları Nvidia (+2,4%) kimi şirkətlərin səhmlərinin artması və

"Qara Cümə" zamanı onlayn satışların rekord həddə - 10,8 milyard dollara (+9,9%) çatması ilə həftəni güclü artımla tamamladı.

Lakin ABŞ dolları, FED-in uçot dərəcəsini endirə biləcəyi gözləntiləri ilə zəiflədi.

FED-in son iclasının protokolları iqtisadi yavaşlama ilə bağlı narahatlıqların artdığını göstərdi.

Gələn həftə diqqət əsasən Q/k təsərrüfatında işləyənlərin sayında dəyişikliklər hesabatına yönələcək.

Əgər məşğulluq təxminən 220 min artarsa və işsizlik səviyyəsi 4,2%-ə çatarsa,

FED-in faiz dərəcəsini endirəcəyi ehtimalı artacaq ki, bu da ABŞ dollarına əlavə təzyiq göstərə bilər.

2 dekabr

18:45 – Sənaye sektorunda aktivlik (PMI)

19:00 – "ISM" biznes aktivliyi indeksi (PMI)

3 dekabr

19:00 – Boş iş yerləri hesabatı (JOLTS)

4 dekabr

17:15 – "ADP"-dən qeyri-kənd təsərrüfatında məşğulların sayındakı dəyişikliklər

19:00 – Xidmət sektorunda biznes aktivliyi indeksi (PMI)

19:30 – "ISM" xidmət sektorunda biznes aktivliyi (PMI)

19:30 – Neft ehtiyatında dəyişiklik (Həftəlik)

22:45 – FED sədri Povelin çıxışı

5 dekabr

17:30 – İşsizlik müavinətı üzrə ərizələrin sayı

6 dekabr

17:30 – Orta saatlıq gəlir (Aylıq)

17:30 – "NFP" - Q/k təsərrüfatında işləyənlərin sayında dəyişikliklər

17:30 – İşsizlik səviyyəsi

Avrozona

Avrozona üçün keçən həftə sakit keçdi,

lakin Almaniyada inflyasiyanın illik 2,2%-ə yüksəlməsi və

iqtisadi göstəricilərin yaxşılaşması Avropa Mərkəzi Bankının (ECB) dekabr ayında sərt qərarlar qəbul etməyəcəyini göstərir.

Gələn həftə AMB prezidenti Kristin Laqardın çıxışı diqqət mərkəzində olacaq.

Bu çıxış, Avrozonanın gələcək pul-kredit siyasətinə dair əlavə siqnallar verə bilər.

Avro, hələ ki, 1.0600 səviyyəsini keçə bilmir.

4 dekabr

17:30 – AMB sədri Kristin Laqardın çıxışı

6 dekabr

17:00 – ÜDM-də dəyişiklik (İllik)

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.0534;1.0585; 1.0602,

- Eniş hədəfləri: 1.0496; 1.0459; 1.0408

Neft

Neft qiymətləri İsrail ilə Livan arasındakı atəşkəsdən sonra geosiyasi risklərin azalması ilə təzyiq altında qaldı.

Brent nefti həftəni təxminən 3,1% azalma ilə tamamladı, lakin sabit diapazonda qaldı.

Gələn həftə bazar iştirakçıları OPEC-dən gələn xəbərlər və ABŞ-dakı neft ehtiyatlarına dair məlumatları izləyəcəklər.

Əgər hasilatın azaldılmasına dair hər hansı bir işarə olsa, neft qiymətləri yenidən artım trendinə qayıda bilər.

Cari həftənin gözləntiləri: (WTI)

- Artım hədəfləri: 68.74;68.91; 69.09

- Eniş hədəfləri: 68.39; 68.21; 68.04

Cari həftənin gözləntiləri: (Brent)

- Artım hədəfləri: 72.96; 73.24; 73.50

- Eniş hədəfləri: 72.22; 72.06; 71.88

Qızıl

Qızıl həftənin əvvəlində güclü təzyiqə məruz qalaraq $2600 səviyyəsinə yaxınlaşıb,

lakin daha sonra $2650 səviyyəsinin üzərinə qayıtdı.

FED-in uçot dərəcəsini endirəcəyi ilə bağlı gözləntilər dolların zəifləməsinə və qızılın dəstəklənməsinə kömək etdi.

Buna baxmayaraq, qızıl həftəni təxminən 2% itki ilə tamamladı.

Gələn həftə ABŞ məşğulluq göstəriciləri güclü olarsa, qızıla təzyiq arta bilər,

zəif rəqəmlər isə qızılın qiymətini artıracaq.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 2670.91; 2689.61; 2702.32;

- Eniş hədəfləri: 2625.50; 2616.79; 2608.09;

Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!

https://t.me/uforex_az

For consultation please leave a request

Your request has been sent successfully.

Foreks bazarının həftəlik təqvimi və analitikası 02.12.2024 -08.12.2024

Thank You!

Your form has been succesufully send

Foreks bazarının həftəlik təqvimi və analitikası 02.12.2024 -08.12.2024

Thank You!

Your form has been succesufully send

Müasir investisiya dünyasını bizimlə kəşf edin.

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 02.12.2024 -08.12.2024

Thank You!

Your form has been succesufully send