Foreks bazarının həftəlik təqvimi və analitikası 03.04.2023 - 09.04.2023
Ötən həftə maliyyə bazarlarında stabil dinamik hərəkət müşahidə olunub.
Həftənin ən zəif halqası kimi ABŞ dolları çıxış edib.
Cari həftə dinamikanın yüksələcəyi gözlənilir.
Belə ki, diqqətlər Avstraliya və Yeni Zelandiyadan faiz dərəcəsi ilə bağlı açıqlamalara,
eləcə də ABŞ əmək bazarının göstəricilərinə yönlənəcək.
UForexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:
03 aprel
11:55 – Almaniya-İstehsal sektorunda Biznes Aktivliyi İndeksi (mart)
Avro son 2 ay ərzində dollara nisbətdə ən güclü səviyyəsinə doğru yüksəlir.
Ümumilikdə Avropada inflyasiyanın hələ də yüksək olmasına baxmayaraq,
Almaniyada cüzi də olsa bu istiqamətdə geriləmə müşahidə olunub.
Buna əsas səbəb kimi təbii qazın qiymətinin ucuzlaşması göstərilir.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.1030, 1.1200
- Eniş hədəfləri: 1.0700, 1.0520
Böyük Britaniya
03 aprel
12:30 – İstehsal sektorunda Biznes Aktivliyi İndeksi (mart).
05 aprel
12:30 – Xidmət sektorunda Biznes Aktivliyi İndeksi (mart).
06 aprel
12:30 – Tikinti sektorunda Biznes Aktivliyi İndeksi (mart).
Funt ötən həftənin sonuna doğru 0.4% ucuzlaşsa da, cari ilin ilk rübündə 2.5% dəyər qazanıb.
Yüksək inflyasiya ilə mübarizədə İngiltərə bankının faiz dərəcəsini davamlı artırma ehtimalı güclənməkdədir.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.2565, 1.2700
- Eniş hədəfləri: 1.2150, 1.1950
03 aprel
18:00 – İstehsal sektorunda Biznes Aktivliyi İndeksi (mart).
04 aprel
18:00 – JOLTS əmək birjasında yeni vakansiyaların sayı (fevral).
05 aprel
16:15 – Qeyri-kənd təsərrüfatı sektorunda yeni iş yerlərinin sayı – ADP (mart);
18:30 – Xam neft ehtiyatları.
06 aprel
16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı.
07 aprel
16:30 – Qeyri-kənd təsərrüfatı sektorunda yeni iş yerlərinin sayı (mart);
16:30 – İşsizlik səviyyəsi (mart).
Dollar ardıcıl olaraq 2-ci rübdür ki, dəyər itirir.
Belə ki, ötən ilin 4-cü rübündə 7.7% dəyər itirən dollar cari ilin ilk rübündə davamı olaraq 1.2% ucuzlaşıb.
Ötən il artımı dəstəkləyən faiz dərəcəsi artımı gözləntiləri cari ildə dolların əksinə təsir göstərir.
FES-in may ayı toplantısında faiz dərəcəsi ilə bağlı qərarında hər hansı dəyişikliyin olması ehtimalı 50/50% bərabərdir.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 102.80, 103.60
- Eniş hədəfləri: 101.60, 100.80
06 aprel
16:30 – Məşğulluq Göstəricisi (mart);
18:00 – Biznes Aktivliyi İndeksi- İVEY (mart).
Kanada Dolları ötən həftə ABŞ Dollarına qarşı əsaslı yüksəliş sərgiləyib.
Belə ki, ABŞ dollarının ardıcıl olaraq bir neçə həftədir ki, dəyər itirməsi,
eləcə də neftin qismən dəyər qazanması Kanada dollarını dəstəkləyib.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.3680, 1.3800
- Eniş hədəfləri: 1.3380,1.3250
03 aprel
05:30 – Pərakəndə Satış Həcmi.
04 aprel
08:30 – Uçot faiz dərəcəsi ilə bağlı açıqlama (aprel).
Avstraliya Dolları ötən həftə dollara nisbətdə öz stabilliyini qoruyub saxlaya bilib.
Avstraliya Dolları əsasən Çinlə artan ticarət əlaqələri sayəsində dəstək tapır.
Cari həftə Avstraliya Ehtiyat Bankı faiz dərəcəsini 25 baza vahidi qədər yüksəltməyi planlaşdırır.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 0.6780, 0.6900
- Eniş hədəfləri: 0.6530, 0.6400
05 aprel
06:00 – Uçot faiz dərəcəsi ilə bağlı açıqlama.
Yeni Zelandiya Dolları yaxın qonşusu kimi öz stabilliyini qoruyub saxlaya bilib.
Cari həftə eyni qayda ilə Yeni Zelandiya Ehtiyat Bankı da faiz dərəcəsi qərarını açıqlayacaq və
gözləntilərə görə, artım 25 baza vahidi təşkil edəcək.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 0.6300, 0.6400
- Eniş hədəfləri: 0.6080, 0.5950
03 aprel
03:50 – Tankan-iri istehsalçıların əhval-ruhiyyə indeksi(1-ci rüb);
03:50 – Tankan-iri qeyri-istehsalçıların əhval-ruhiyyə indeksi(1-ci rüb).
Dollar indeksi ümumi fonda qismən zəifləsə də, Asiya bazarına nisbətdə stabilliyini qoruyub saxlaya bilib.
Yapon Yenası mart ayı ərzində dollara nisbətdə 2.5% bahalaşsa da, ötən həftə təqribən 1.7% dəyər dəyər itirib.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 135.00, 137.50
- Eniş hədəfləri: 130.00, 128.00
Mart ayı qızıl üçün 2020-ci ilin iyul ayından ən yaxşı periodu hesab olunur.
Bank sektorunda mövcud silkələnmə qızıla olan tələbatı yüksəldib.
Qızıl artıq 2-ci rübdür ki, davamlı artım sərgiləyərək, təqribən 8.6% bahalaşıb.
Cari həftə dollarla bağlı açıqlanacaq göstəricilər qızılın artım istiqamətində hərəkətində fasilə yarada bilər.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1990.00, 2015.00
- Eniş hədəfləri: 1930.00, 1890.00
Dünya bazarında neftin qiyməti cari ilin ilk rübündə 6-7% dəyər itirib.
Aylıq göstəricilərə görə, mart ayında Brent markalı neftin qiymət 5.16 %, WTI markalı neft isə 2.1% ucuzlaşıb.
Dünyanın ən böyük neft istehlakçısı sayılan Çin iqtisadiyyatının COVİD19-dan sonra bərpa dönəmində olması və
ölkənin ÜMD göstəricisinin gözləntilərdən aşağı olması (5%) neftin mövqeyini zəiflədir.
Cari həftənin gözləntiləri: (Brent)
- Artım hədəfləri: 86.64, 87.00
- eniş hədəfləri 76.00, 71.00
Cari həftənin gözləntiləri: (WTI)
- Artım hədəfləri: 81.00, 82.42
- Eniş hədəfləri: 67.00, 72.00
Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital Investment Company OJSC.
Bütün hüquqlar qorunur.