Foreks bazarının həftəlik təqvimi və analitikası 03.07.23 - 09.07.23

Ötən həftə maliyyə bazarlarında qeyri-stabil dinamika müşahidə olundu.

Dollar makroiqtisadi göstəricilər və FES rəhbəri Pauelin çıxışı əsasında dəstək qazanaraq bahalaşdı.

Cari həftə bütün diqqətlər ABŞ əmək bazarından açıqlanacaq göstəricilərə yönələcək.

Eləcə də, Avstraliya Ehtiyat Bankı uçot faiz dərəcəsi ilə bağlı qərarını bildirəcək.

UForexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:

Avrozona

03 iyul

11:55 – Almaniya – İstehsal sektorunda Biznes Aktivliyi İndeksi (iyun).

Avro ötən həftə demək olar ki, eyni qiymət sərhəddində ticarət olunub.

İspaniya və Almaniyadan açıqlanan yüksək inflyasiya göstəriciləri avronu təzyiq altında saxlayır.

Eyni zamanda, ötən həftə dərc olunan AMB-nin iqtisadi,

maliyyə və pul kredit siyasəti ilə bağlı hesabatında göstərildiyi kimi enerji daşıyıcılarının yüksək qiyməti və

təchizat zəncirində mövcud problemlər inflyasiyanın eniş tempini ləngidir.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.0980, 1.1100

- Eniş hədəfləri: 1.0800, 1.0690

Böyük Britaniya

03 iyul

12:30 – İstehsal sektorunda Biznes Aktivliyi İndeksi (iyun).

Ötən həftə funtda geriləmə müşahidə olunub.

GBP/USD cütlüyü 13 iyun tarixindən ilk dəfə yenidən 1.2600 səviyyəsinin altında qərarlaşıb.

Belə ki, İngiltərədə əmək və əmlak bazarında müşahidə olunan gərginlik inflyasiyanın

ləng şəkildə geriləyəcəyinə əsas verir ki, bu da öz növbəsində İngiltərə Bankını çətin seçim qarşısında qoyur.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.2830, 1.3000

- Eniş hədəfləri: 1.2600, 1.2460

ABŞ

03 iyul

18:00 – İstehsal sektorunda Biznes Aktivliyi İndeksi (iyun).

05 iyul

22:00 – FOMS protokolunun dərci.

06 iyul

16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı;

17:45 – Xidmət sektorunda Biznes Aktivliyi İndeksi (iyun);

18:00 – JOLTS əmək bazarında yeni vakansiyaların sayı;

19:00 – Xam neft ehtiyatları.

07 iyul

16:30 – Qeyri-kənd təsərrüfatı sektorunda yeni iş yerlərinin sayı (iyun);

16:30 – İşsizlik səviyyəsi (iyun).

Dollarindeksi ötən həftə güclənərək 103 səviyyəsi üzərində güclənib.

İndeksin bahalaşmasını ABŞ-ın açıqlanan güclü makroiqtisadi göstəriciləri dəstəkləyib.

Eyni zamanda, ötən həftə FES rəhbəri Pauelin çıxışı zamanı ilin sonuna qədər daha 2 dəfə

faiz dərəcəsinin artırılması ehtimalı ilə bağlı açıqlaması dollara marağı yüksəldib.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 103.40, 104.40

- Eniş hədəfləri: 102.00, 101.00

Avstraliya

04 iyul

08:30 – Uçot faiz dərəcəsi ilə bağlı açıqlama (iyul).

Ötən həftə Avstraliya Dolları artım mövqeyində qərarlaşıb.

Belə ki, ötən həftə açıqlanan güclü Pərakəndə Satış Həcmi göstəricisi Avstraliya Dollarını dəstəkləyib.

Cari həftə Avstraliya Ehtiyat Bankı faiz dərəcəsi ilə bağlı qərar qəbul edəcək və

ehtimallara görə bank faiz dərəcəsini 25 baza vahidi qədər yüksəltmək niyyətindədir.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 0.6720, 0.6850

- Eniş hədəfləri: 0.6570, 0.6450

Qızıl

Ötən həftə maliyyə bazarlarında qızılın qiymətində qeyri-stabillik davam edib.

Belə ki, həftənin ilk yarısında qızıl 1%-dək dəyər itirib.

Lakin həftə sonuna doğru qiymət stabilləşib.

Qeyd edək ki, qızıl cari ilin may ayının əvvəlindən 150$ dəyər itirib və

beləliklə 1900$ qiymət sərhəddində ticarət olunub. FES-in pul-kredit siyasəti ilə bağlı proqnozları

yaxın gələcək üçün qızılın qiymətini təzyiq altında saxlasa da, bu enişin korrektiv xarakter daşıdığı ehtimal olunur.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1935.00, 1970.00

- Eniş hədəfləri: 1895.00, 1870.00

Neft

Neft ötən həftə azalan təklif fonunda ilkin artım ayını sərgiləyir.

Ötən həftə hər iki markalı neftdə 0.1% bahalaşma müşahidə olunsa da,

iyun ayında ümumilikdə 2%-dən çox artım sərgiləyib.

Rüblük göstəricilərdə isə Brent markalı neftdə 6%, WTI matkalı neftdə isə 7% eniş qeydə alınıb.

Neftin bahalaşmasını dəstəkləyən əsas göstəricilər kimi ABŞ-da neft ehtiyatlarının həcminin azalması,

OPEK+ təşkilatının, eyni zamanda Səudiyyə Ərəbistanın əlavə olaraq iyul ayı üçün hasilat həcmini azaltmaq qərarları qeyd olunur.

Cari həftənin gözləntiləri: (Brent)

- Artım hədəfləri: 77.00, 80.00

- Eniş hədəfləri: 71.00, 68.00

Cari həftənin gözləntiləri: (WTI)

- Artım hədəfləri: 75.00, 79.00

- Eniş hədəfləri: 67.00, 63.00

Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!

https://t.me/uforex_az

For consultation please leave a request

Your request has been sent successfully.

Foreks bazarının həftəlik təqvimi və analitikası 03.07.23 - 09.07.23

Thank You!

Your form has been succesufully send

Foreks bazarının həftəlik təqvimi və analitikası 03.07.23 - 09.07.23

Thank You!

Your form has been succesufully send

Müasir investisiya dünyasını bizimlə kəşf edin.

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 03.07.23 - 09.07.23

Thank You!

Your form has been succesufully send