Foreks bazarının həftəlik təqvimi və analitikası 04.09.2023 - 10.09.2023
Ötən həftə maliyyə bazarlarının dinamikası qeyri-stabil idi.
Həftənin ilk yarısı ABŞ dolları üçün qismən zəif keçsə də, ikinci yarısı valyutanı dəstəkləyib.
ABŞ əmək bazarından açıqlanan göstəricilər ziddiyyət yaratsa da, həftə sonunda dolların bahalaşmasına təkan verib.
Cari həftə bazar iştirakçılarını yüksək dinamikli həftə gözləyir.
Belə ki, Avstraliya və Kanada bankları faiz dərəcəsi ilə bağlı qərarlarını açıqlayacaqlar.
UForexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:
08 sentyabr
10:00 – Almaniya - İstehlakçı Qiymət İndeksi (avqust).
Avro ötən həftə geriləyərək həftəni 1.0800 səviyyəsi altında tamamlayıb.
Bazar araşdırmalarına görə, AMB-nın sentyabr toplantısında faiz dərəcəsini qaldırma ehtimalı 40% altındadır.
Statistik açıqlamalara görə, avqust ayında Avrozonada inflyasiya göstəricisi dəyişməz qalaraq 5.3% təşkil edib.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.1000, 1.1150
- Eniş hədəfləri: 1.0650, 1.0500
06 sentyabr
17:45 – Xidmət sektorunda Biznes Aktivliyi İndeksi (avqust).
07 sentyabr
16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı
19:00 – Xam neft ehtiyatları
Ötən həftə FES üçün önəmli sayılan əmək bazarı göstəriciləri açıqlandı.
Nəticələr görə, yeni iş yerlərinin sayında qismən artım müşahidə olunsa da, işsizlik səviyyəsi yüksəlib.
Artıq 3 aydır ki ard-arda yeni iş yerləri göstəricisi 200 mini keçə bilmir.
Lakin buna baxmayaraq, işsizlik göstəricisi 0.3% yüksəlib ki, bu da işçi qüvvəsinin artımı fonunda baş verir.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 104.60, 105.40
- Eniş hədəfləri: 103.00, 102.20
06 Sentyabr
18:00 – Uçot faiz dərəcəsi ilə bağlı açıqlama.
Kanada dolları ötən həftəni neytrallıqda bitirib.
Ötən həftə açıqlanan 2-ci rüb üçün ÜDM göstəricisinə əsasən Avstraliya iqtisadiyyatı qismən geriləyib.
Belə ki, illik proqnozlar fonunda 1-ci rüb ilə müqayisədə 2-ci rübdə göstərici 0.2% geriləyib.
Cari həftə Kanada bankı faiz dərəcəsi ilə bağlı qərar qəbul etməlidir və ehtimallara görə göstərici dəyişilməz olaraq saxlanılacaq.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.3670, 1.3800
- Eniş hədəfləri: 1.3400, 1.3280
05 sentyabr
08:30 – Uçot faiz dərəcəsi ilə bağlı açıqlama.
Ötən həftə yeni təyin olunan Avstraliya Ehtiyat Bankının sədri Mişel Ballok çıxışında bildirib ki,
bank yenə də faiz artımına gedə bilər, lakin istənilən halda əsas iqtisadi göstəricilər nəzarət altındadır.
Ölkədə hələ də inflyasiya göstəriciləri yüksək olduğu üçün bankın əsas prioriteti bu məsələnin həlli yollarını tapmaqdır.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 0.6550, 0.6700
- Eniş hədəfləri: 0.6350, 0.6200
08 sentyabr
03:50 – ÜDM göstəricisi (2-ci rüb)
Yaponiyanın Maliyyə naziri ötən həftə müsahibəsində bildirib ki, valyutada kəskin hərəkətlilik arzuolunan deyil.
Valyutanın dinamikası bazar şəraitindən aslı olaraq dəyişməlidir və fundamental göstəriciləri nəticəsini əks etdirməlidir.
Yaponiya bankının sərt addımlara keçməsi üçün Yaponiya iqtisadiyyatının bərpa olunması gərəklidir.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 149.00, 152.00
- Eniş hədəfləri: 144.00, 141.00
Qızıl ötən həftəni artıma meyilli olsa da, neytrallıqda bitirib.
Belə ki, qızılın neytral fonda hərəkəti bankların faiz dərəcəsi ilə bağlı qərarlarının müvəqqəti xarakterli olmasından qaynaqlanır.
Ümumilikdə, yay aylarında adətən qızıla olan tələbatın zəifləməsi və qiymət enişi müşahidə olunur.
Digər tərəfdən, bankların fiziki qızıla olan marağı artmaqda davam edir.
Belə ki, iyul ayında Sinqapul qızıl ehtiyatlarını 2 t artıraraq, 227 tona çatdırıb.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1970.00, 1990.00
- Eniş hədəfləri: 1920.00, 1900.00
ABŞ neft Ehtiyatları tükənmək üzrə olduğu üçün neftin qiymətinin yüksəlməsinə təkan verir.
İyul ayında ABŞ-ın kommersiya təyinatlı neft ehtiyatları 34 mln barel azalıb.
ABŞ-da ehtiyatların azalması iyul və avqust aylarında Səaudiyyə Ərəbistan və
Rusiyanın hasilat həcmini təqribən 75 mln barel azaltma qərarı ilə eyni vaxta təsadüf edib.
Eyni zamanda, Səudiyyə Ərəbistan Asiya ölkələri ilə müqaisədə ABŞ alıcıları üçün buraxılacaq neftin qiymətində də yüksəlməyə getmək niyyətindədir.
Cari həftənin gözləntiləri: (Brent)
- Artım hədəfləri: 91.00, 94.00
- Eniş hədəfləri: 85.00, 82.00
Cari həftənin gözləntiləri: (WTI)
- Artım hədəfləri: 88.00, 92.00
- Eniş hədəfləri: 82.00, 79.00
Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital Investment Company OJSC.
Bütün hüquqlar qorunur.