Foreks bazarının həftəlik təqvimi və analitikası 04.11.2024 -10.11.2024
UForexcari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:
Bu həftə bütün gözlər ABŞ-dən gələcək xəbərlərə yönəlib.
Tramp son anketlərdə rəqibi Kamala Harrisi üstələyir.
Son təxminlər FED-in 25 faiz bəndlik bir endirimini dəstəkləyir.
Bu cür qeyri-stabil vəziyyət qızıl və neft qiymətlərinə təsir göstərir.
Dolların əsas rəqibləri olan Avro və Funt bu cür bazar şəraitində dəyər qazanmağa davam edirlər.
Bütün gözlər bu həftə ABŞ-dən gələcək xəbərlərə yönəlib. Həm prezident seçkilərinin nəticəsi,
həm də FED-in faiz qərarı treyderlərin gələcək planları üçün həlledici rol oynayır.
Son anket nəticələrinə görə, Trampın Harrisi üstələdiyi görünür.
Trampın qələbəsinin Dolların yüksəlməsinə gətirib çıxaracağı ehtimal edilir.
Digər tərəfdən, bu həftə Xidmət sektorunda biznes aktivliyinin indeksi göstəricisi dərc olunacaqdır.
Cümə axşamı FED-in qərarına əsasən, 25 faiz bəndlik bir endirimin tətbiq edilməsi ehtimalı yüksək olaraq qalır.
5 noyabr
14:00 – Prezident seçkiləri
18:45 – Xidmət sektorunda biznes aktivliyinin indeksi (PMI) (oktyabr)
19:00 – ISM-dən qeyri-istehsal sektorunda biznes aktivliyinin indeksi (oktyabr)
19:00 – ISM-dən qeyri-istehsal sektorunda qiymət indeksi (oktyabr)
22:00 – 10 illik xəzinə notlarının yerləşdirilməsi üzrə hərrac
6 noyabr
19:30 – Xam neft ehtiyatları haqqında məlumatın açıqlanması
22:00 – 30 illik xəzinə istiqrazlarının yerləşdirilməsi üzrə hərrac
7 noyabr
17:30 –İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı
22:00 – FED-in uçot faiz dərəcəsi ilə bağlı qərarı
23:00 –Federal Açıq Bazar Komitəsinin (FOMC) açıqlaması
23:30 –Federal Açıq Bazar Komitəsinin (FOMC) mətbuat konfransı
Seçkiqabağı qeyri-sabitlik hökm sürür. Avronun taleyi 5 noyabr ABŞ seçkiləri və
7 noyabr FED-in faiz qərarından asılıdır. Avrozonanın son iqtisadi artımı
və müsbət inflyasiya rəqəmlərindən sonra Avropa Mərkəzi Bankının (ECB) “göyərcinli” ehtimalları azaldı.
Lakin Trampın hakimiyyətə gəlməsi ECB-nin siyasəti üçün risklərin artmasına səbəb olacağı görünür.
Belə olan halda, il sonuna kimi faiz endirimi təxminləri güclənə bilər.
Hazırda Avro USD-nin zəifliyi fonunda həftəyə artımla davam edir.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1,0951;1.1088; 1,1254,
- Eniş hədəfləri: 1,0803; 1,0794; 1,0755
Funt Sterlinq cümə axşamı İngiltərə Bankının (BoE) faiz qərarı ilə bağlı açıqlamasından öncə həftəyə artımla başladı.
BoE-nin sədri Endryu Beylinin daha öncəki “göyərçinli” açıqlamaları İngiltərə Bankının siyasətini nümayiş etdirir
və bu da 25 faiz bəndlik azalma təxminlərini güclü olaraq saxlayır. Bu vəziyyət Funtun digər rəqiblərinə
qarşı bir qədər zəifləməsinə səbəb ola bilər. Digər yandan, eyni gün FED-in faiz qərarının açıqlanması
bazarın qeyri-müəyyənliyini yüksək olaraq saxlayır.
7 noyabr
16:00 – Uçot faiz dərəcəsi ilə bağlı qərar (noyabr)
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.3214; 1.3304; 1.3368
- Eniş hədəfləri: 1.2934; 1.2906; 1,2882
West Texas Intermediate (WTI) neftinin qiyməti bazar ertəsi günü 1%-dən çox bahalaşaraq,
Asiya saatlarında bir barel üçün 70,20 dollara satılıb. Xam neft qiymətlərinin son artımını
Neft İxrac Edən Ölkələr Təşkilatı və onun Rusiya kimi müttəfiqlərinin daxil olduğu
OPEC+ koalisiyasının planlaşdırılan hasilat artımının gecikdirilməsi ilə əlaqələndirmək olar.
Çində Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsi noyabrın 4-dən 8-dək toplanır
və bu müddət ərzində yavaşlayan iqtisadiyyatı gücləndirməyə yönəlmiş əlavə stimullaşdırıcı
tədbirlərin təsdiqlənməsi gözlənilir. Çinin dünyanın ən böyük neft idxalçısı olduğunu nəzərə alsaq,
görülən hər hansı əlavə tədbir neftin qiymətlərinə müsbət təsir göstərə bilər.
Cari həftənin gözləntiləri: (WTI)
- Artım hədəfləri: 72,32;78.83; 82.11
- Eniş hədəfləri: 65.32; 64.97; 63.55
Cari həftənin gözləntiləri: (Brent)
- Artım hədəfləri: 75,15; 77,96; 80,66
- Eniş hədəfləri: 69,31; 67,55; 65,78
Qızılın qiyməti ötən həftənin sonundan başlayaraq, eniş trendinə davam etməkdədir.
ABŞ-də prezident seçkiləri riskləri və Yaxın Şərqdə davam edən geosiyasi gərginlik,
yaxın perspektivdə ənənəvi təhlükəsiz sığınacaq aktivi olan sarı metalı dəstəkləyir.
Digər tərəfdən, Greenback tələbi və daha yüksək ABŞ istiqrazlarının gəlirliliyi
qızılılın qiymətində yüksəlişi məhdudlaşdıra bilər. Digər yandan, treyderlərin
diqqəti məhz cümə günü açıqlanacaq olan FED-in faiz qərarındadır. Son təxminlər
25 faiz bəndlik bir endirimi dəstəkləyir ki, bu da qızılın qiymətinə təsir göstərəcək.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 2.748,78; 2.761,45; 2.783,29
- Eniş hədəfləri: 2.702,74; 2.685,74; 2.669,94;
Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital Investment Company OJSC.
Bütün hüquqlar qorunur.