Foreks bazarının həftəlik təqvimi və analitikası 04.12.2023 - 10.12.2023

UForexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:

ABŞ

05 dekabr

18:45 – Xidmət sektorunda Biznes Aktivliyi İndeksi (noyabr);

19:00 – JOLTS əmək birjasında yeni vakansiyaların sayı (oktyabr).

06 dekabr

17:15 – Qeyri-kənd təsərrüfatı sektorunda yeni iş yerlərinin sayı ADP (noyabr);

19:30 – Xam neft ehtiyatları.

07 dekabr

17:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı.

08 dekabr

17:30 – Qeyri-kənd təsərrüfatı sektorunda yeni iş yerlərinin sayı (noyabr);

17:30 – İşsizlik səviyyəsi (noyabr).

Ötən həftə FES sədri Pauelin çıxışı diqqət mərkəzində idi.

Belə ki, o çıxışında önəmli məqamlara toxunaraq,

inflyasiyanın geriləməsinə baxmayaraq, gərəkli olduğu halda faiz artımına gediləcəyi və

əsas məqsədin son nəticə olaraq 2% səviyyəsinə nail olunmasını,

işsizlik səviyyəsinin yüksək olmasına baxmayaraq, ümumilikdə tarixi minimumlarda olduğunu açıqlayıb.

Həmçinin sədr, pandemiyanın təsirinin zəifləməsi ilə iqtisadi artım perspektivlərinin yüksəldiyini vurğulayıb.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 104.00, 105.00

- Eniş hədəfləri: 102.60, 102.00

Kanada

06 dekabr

19:00 – Kanada Bankının faiz dərəcəsi ilə bağlı açıqlaması.

Cari həftə Kanada Bankı 2023-cü ilin faiz dərəcəsi ilə bağlı son qərarını açıqlayacaq.

Belə ki, Kanada Dolları çoxları üçün neftdən asılı valyuta olsa da, zamanla bu asılılıq zəifləyir.

Hazırda USD/CAD cütlüyünə təsir edən əsas faktor dollar ilə bağlı risklər və geniş dinamikasıdır.

Belə ki, Kanadanın ABŞ ilə dayanıqlı ticarəti-iqtisadi əlaqələri olduğu üçün növbəti ildə

CAD-ın güclənəcəyi proqnozlaşdırılır.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.3630, 1.3760

- Eniş hədəfləri: 1.3400, 1.3300

Avstraliya

05 dekabr

07:30 – Avstraliya Ehtiyat Bankının faiz dərəcəsi ilə bağlı açıqlaması (dekabr).

Bir sıra proqnozlara görə, Avstraliya Dolları növbəti ildə bahalaşa bilər.

İlin ilk rübündə Çin iqtisadiyyatının qeyri-stabilliyi fonunda
Avstraliya Dollarının qismən zəifləməsi ehtimal olunsa da,

iqtisadi stabillik yerli valyutanı dəstəkləyə bilər.

Bundan əlavə, Avstraliyada inflyasiyanın yüksək olmasından qaynaqlanaraq

Avstraliya Ehtiyat Bankı faiz dərəcəsini artırmağa davam edə bilər.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 0.6700, 0.6800

- Eniş hədəfləri: 0.6600, 0.6500

Yaponiya

08 dekabr

03:50 – ÜDM göstəricisi (3-cü rüb)

Yaponiya Bankının rəsmisi ötən həftə öz açıqlamasında bildirib ki,

hazırda pul-kredit siyasəti istiqamətində əsaslı dəyişikliklərin nə zaman

ediləcəyi barədə dəqiq məlumat vermək çətindir.

Bank əmək haqqı göstəricilərinin stabil artımı fonunda və həmçinin,

Yaponiya Maliyyə Nazirliyinin iqtisadi əhval-ruhiyyə göstəriciləri haqda

rüblük hesabatı əsasında müəyyən qərarlar qəbul edə bilər.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 148.40, 150.00

- Eniş hədəfləri: 145.00, 143.00

Qızıl

Qızıl ötən həftə 6 aylıq maksimum səviyyəsini keçərək 2000$ üzərində möhkəmlənə bilib.

Lakin bu artımın uzunmüddətli xarakter daşıması sual altındadır.

Belə ki, hazırda qızılın artımını dəstəkləyən əsas səbəb FES-in

pul-kredit siyasətində geriyə doğru addım atması qeyd oluna bilər.

Digər tərəfdən, qızıla olan fiziki tələbin 50% təşkil edən Hindistan və

Çində alış həcmlərində geriləmə müşahidə olunur.

Belə ki, qızılın qiymətinin yüksəlməsini dəstəkləyən ən önəmli faktorlar-investisiya marağı,

mərkəzi banklar tərəfindən tələb həcmi və zinət əşyaları, qızıl külçələrə olan tələbin vəhdət təşkil etməsidir.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 2080.00, 2095.00

- Eniş hədəfləri: 2050.00, 2030.00

Neft

Noyabr ayında neftin qiyməti təqribən 10% dəyər itirib.

Ötən həftə OPEK+ üzv ölkələrin toplantısında Səudiyyə Ərəbistan hasilat həcmini günlük 1mln bareldən çox,

Rusiya isə 500 000 azaltmaq qərarını qəbul edib.

Qeyd edək ki, təşkilata üzv ölkələrin birlikdə günlük hasilat həcmi 43 mln barel təşkil edir.

Bu qərar qəbul olunduqdan sonra neftin qiyməti təqribən 1% azalıb.

Digər tərəfdən, mətbuatda yayılan məlumatlara görə,

BƏƏ neft ticarətində ABŞ Dollarından imtina edərək yerli valyutaya keçid qərarını qəbul edib.

Cari həftənin gözləntiləri: (Brent)

- Artım hədəfləri: 81.00, 85.00

- Eniş hədəfləri: 76.00, 73.00

Cari həftənin gözləntiləri: (WTI)

- Artım hədəfləri: 77.00, 80.00

- Eniş hədəfləri: 72.00, 69.00

Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!

https://t.me/uforex_az

For consultation please leave a request

Your request has been sent successfully.

Foreks bazarının həftəlik təqvimi və analitikası 04.12.2023 - 10.12.2023

Thank You!

Your form has been succesufully send

Foreks bazarının həftəlik təqvimi və analitikası 04.12.2023 - 10.12.2023

Thank You!

Your form has been succesufully send

Müasir investisiya dünyasını bizimlə kəşf edin.

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 04.12.2023 - 10.12.2023

Thank You!

Your form has been succesufully send