Foreks bazarının həftəlik təqvimi və analitikası 05.02.2024 - 11.02.2024

UForexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:

ABŞ

05 fevral

18:45 – Xidmət sektorunda Biznes Aktivliyi İndeksi (yanvar).

07 fevral

19:30 – Xam neft ehtiyatları.

08 fevral

17:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı.

Dollar cümə gününü sürətli artımla tamamladı.

Belə ki, bazar iştirakçıları ABŞ əmək bazarından zəif göstəricilər gözlədikləri halda,

açıqlanan rəqəmlər dolların sürətli bahalaşmasına (0.3%) səbəb oldu.

Eyni zamanda, 2 illik xəzinə istiqrazları üzrə gəlirlilik də 4.37%-ə qədər yüksəlib.

Qeyd edək ki, ötən həftə FES faiz dərəcəsini dəyişməz olaraq saxladı.

Pauel çıxışında növbəti faiz artımı ilə əlaqədar mövqe açıqlamasa da,

inflyasiyanın stabilləşməsi istiqamətində mübarizənin davam etdiyini qeyd edib.

Bu da mart toplantısında FES-in geriyə doğru addım atacağı ehtimalını azaldır.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 104.25, 105.30

- Eniş hədəfləri: 102.70, 101.80

Avstraliya

06 fevral

07:30 – Avstraliya Ehtiyat Bankının Uçot faiz dərəcəsi ilə bağlı qərarı (fevral).

Avstraliya Dolları inflyasiya bağlı açıqlanan göstəricilərdən sonra təzyiq altında qalıb.

Belə ki, açıqlamalara görə, rüblük inflyasiya gözləniləndən daha çox geriləyib ki (0.6%),

bu da Avstraliya Ehtiyat Bankının inflyasiya ilə bağlı planlarına uyğun gedişatdır.

Bank cari ilin ilk rübü üçün inflyasiya göstəricilərini nəzərə alaraq,

pul-kredit siyasətində geriyə doğru qərarlı addımlar ata bilər.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 0.6620, 0.6730

- Eniş hədəfləri: 0.6450, 0.6350

Qızıl

Dünya Qızıl Birliyinin 2023-cü il üçün dünya üzrə qızıl bazarının ümumi hesabatını təqdim edib.

Ötən il qızıl üzrə ümumi tələb 4448 ton təşkil edib.

Bu, 2022-ci il ilə müqayisədə tələbin 5% aşağı olduğunu göstərir.

Almaniya tərəfindən tələb həcmi analitikləri məyus edib.

Qızıl külçələrə investisiya həcmi ümumilikdə 3% azalıb.

Almaniyada tələb 2022-ci il ilə müqayisədə 75% azalıb.

Bunun əksi olaraq, Çində bu göstərici 27%, Türkiyədə 88%, ABŞ-da 5% yüksəlib.

Qızıl üzrə ümumi təklif həcmi 3%, hasilat həcmi 1% yüksəlib.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 2065.00, 2090.00

- Eniş hədəfləri: 2020.00, 1995.00

Neft

Ötən həftə 30 yanvar tarixinədək neft fyuçersləri və

opsionları üzrə spekulyativ alış həcmləri 4 aylıq maksimum səviyyəyə yüksəlib.

Lakin həftənin 2-ci yarısında Qırmızı dəniz regionundakı

gərginlik nisbətən zəifləməsi neftin qiymətinə təzyiq göstərə bilib.

Cümə günü WTI markalı neft 74 $ üzərinə yüksəlsə də,

həftəlik nəticədə 5% ucuzlaşma müşahidə olunub.

OPEK+ təşkilatı son toplantısında neftin qiymətini sabitləşdirmək üçün

neft hasilat həcmini günlük olaraq 490 000 barel olaraq təyin etmişdi.

Cari həftənin gözləntiləri: (Brent)

- Artım hədəfləri: 80.00, 85.00

- Eniş hədəfləri: 75.00, 71.00

Cari həftənin gözləntiləri: (WTI)

- Artım hədəfləri: 76.00, 80.00

- Eniş hədəfləri: 69.00, 66.00

Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!

https://t.me/uforex_az

For consultation please leave a request

Your request has been sent successfully.

Foreks bazarının həftəlik təqvimi və analitikası 05.02.2024 - 11.02.2024

Thank You!

Your form has been succesufully send

Foreks bazarının həftəlik təqvimi və analitikası 05.02.2024 - 11.02.2024

Thank You!

Your form has been succesufully send

Müasir investisiya dünyasını bizimlə kəşf edin.

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 05.02.2024 - 11.02.2024

Thank You!

Your form has been succesufully send