Foreks bazarının həftəlik təqvimi və analitikası 05.06.23 - 11.06.23
Ötən həftə ABŞ əmək bazarından açıqlanan məlumatlara görə,
Məşğulluq Göstəricisi gözləntinin üzərində açıqlansa da,
işsizlik səviyyəsində kəskin yüksəliş (3.4%-dən 3.7%) müşahidə olundu.
Cari həftə diqqət mərkəzində Avstraliya və
Kanada Banklarının uçot faiz dərəcəsi ilə bağlı qərarları olacaq.
UForexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:
05 iyun
12:30 – Xidmət sektorunda Biznes Aktivliyi İndeksi (may).
06 iyun
12:30 – Tikinti sektorunda Biznes Aktivliyi İndeksi (may).
İngiltərə Bankının tərəddüdlü mövqeyi hazırda funtun dəyərini təzyiq altında saxlayır.
Ehtimallara görə, bu gedişat yaxın rüblərdə də davam edə bilər.
Qeyd edək ki, İngiltərə Bankı hazırda faiz dərəcəsi üçün 5.5% sərhəddini uyğun görür.
Funtun dəyəri növbəti il də ucuzlaşmağa davam edə bilər.
Belə ki, inflyasiyanın zəifləməsi fonunda bank faiz dərəcəsini azaltma qərarına gələ bilər.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.2600, 1.2750
- Eniş hədəfləri: 1.2350, 1.2200
05 iyun
17:45 – Xidmət sektorunda Biznes Aktivliyi İndeksi (may).
07 iyun
18:30 – Xam neft ehtiyatları.
08 iyun
16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı.
Dollar indeksi ötən həftə may ayında 3 həftə ardıcıl artımdan sonra 0.65% dəyər itirib.
ABŞ senatı borc limitinin yüksəldilməsi haqqında qanun layihəsini qəbul edib ki,
bu da texniki defoltun qarşısını ala bilər. Bu da öz növbəsində dolları təzyiq altında saxlayır.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 104.70, 105.40
- Eniş hədəfləri: 103.30, 102.80
06 iyun
18:00 – Biznes Aktivliyi İndeksi- İVEY (may).
07 iyun
18:00 – Kanada Bankının uçot faiz dərəcəsi ilə bağlı qərarı.
Kanadada inflyasiyanın zəifləməsi Kanada Bankının faiz dərəcəsinin azalması istiqamətində
ilk addım atacaq bank olacağı ehtimalını yaradır və bu proses artıq 2024-cü ilin ilk rübünə təsadüf edə bilər.
Bu isə öz növbəsində Kanada Dollarının öz rəqibləri ilə müqayisədə geriləyəcəyi ehtimalını gücləndirir.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.3550, 1.3670
- Eniş hədəfləri: 1.3300, 1.3200
06 iyun
08:30 – Avstraliya Ehtiyat Bankının faiz dərəcəsi ilə bağlı açıqlaması (iyun).
07 iyun
05:30 – ÜDM Göstəricisi (1-ci rüb).
Cari həftə Avstraliya Ehtiyat Bankı faiz dərəcəsi ilə bağlı qərar qəbul edəcək.
Əmək haqqı və məşğulluq göstəricilərinə əsaslanaraq ehtimal olunur ki,
bank faiz dərəcəsini olduğu kimi saxlayacaq.
Digər tərəfdən, inflyasiyanın hələ də uyğun səviyyədə olmaması,
bankın sonuncu dəfə artıma gedə biləcəyi ehtimalını nəzərdə saxlayır.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 0.6700, 0.6800
- Eniş hədəfləri: 0.6500, 0.6380
08 iyun
03:50 – ÜDM Göstəricisi (1-ci rüb).
Ötən həftə Yaponiya maliyyə naziri Sudzuki açıqlamasında bildirib ki,
hazırda valyutanın volatilliyinə bazar dinamikası və digər faktorlar təsir göstərir.
Zəif yena isə Yaponiya iqtisadiyyatına, xüsusilə də idxal və ixrac qiymətlərinə fərqli təsir göstərir.
Qeyd edək ki, USD/JPY cütlüyü ötən həftə 141 səviyyəsinədək yüksəlib.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 142.50, 144.00
- Eniş hədəfləri: 138.00, 136.50
09 iyun
14:30 – Rusiya Bankının uçot faiz dərəcəsi ilə bağlı qərarı.
Rubl ötən həftə sürətlə dəyər itirib.
Bu enişin əsas səbəbi kimi may ayının sonlarında vergi öhdəliklərinin ödənilməsi göstərilir.
Cari həftə Rusiya Bankı faiz dərəcəsi ilə bağlı qərar qəbul etməlidir və
ehtimallara görə bank faiz dərəcəsini olduğu kimi 7.5% sərhəddində saxlayacaq.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 82.50, 83.50
- Eniş hədəfləri: 80.00, 79.00
Ötən həftə qızıl dəyər itirməkdə davam edib.
Belə ki, FES-in iyun toplantısında qəbul edəcəyi qərarlarda qeyri-müəyyənlik davam etdiyi üçün,
qızıl təzyiq altında qalmaqdadır.
Lakin digər tərəfdən, Dünya Qızıl Birliyinin açıqlamasına görə,
Mərkəzi banklar cari ildə də qızıl ehtiyatlarını artırmaqda davam edirlər.
Eyni zamanda, İsveçrə 2023-cü ilin aprel ayında iri həcmli qızıl satışını icra edib.
Alıcılar arasında ilk sıralarda ÇİN (52 ton) və ABŞ (26 ton) durur.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1990.00, 2020.00
- Eniş hədəfləri: 1925.00, 1895.00
OPEK+ üzv ölkələr neft hasilatını 2024-cü ilədək azaltmağı davam etdirəcək.
Lakin hasilat həcminin dəqiq göstəriciləri təyin olunmayıb.
Belə ki, OPEK+ ölkə iştirakçıları arasında razılıq əldə olunmayıb.
Səudiyyə Ərəbistan və Afrika ölkə təmsilçiləri arasında fikir ayrılığı yaransa da,
Səudiyyə Ərəbistan öz tərəfindən hasilat həcmini azaltma qərarını qəbul edib.
Cari həftənin gözləntiləri: (Brent)
- Artım hədəfləri: 79.00, 83.00
- Eniş hədəfləri: 73.00, 70.00
Cari həftənin gözləntiləri: (WTI)
- Artım hədəfləri: 74.00, 77.00
- Eniş hədəfləri: 68.00, 64.00
Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital Investment Company OJSC.
Bütün hüquqlar qorunur.