Foreks bazarının həftəlik təqvimi və analitikası 07.08.23 - 13.08.23
Ötən həftə iqtisadi göstəricilərlə zəngin olsa da,
ümumilikdə maliyyə bazarlarında neytral dinamika müşahidə olunub.
Avstraliya Ehtiyat Bankı gözlənildiyi kimi faiz dərəcəsi artımına getmədiyi halda,
İngiltərə Bankı 25 baza vahidi qədər faizi artırdı.
ABŞ əmək bazarında açıqlanan göstəricilər isə ziddiyyətli şəkildə açıqlandı.
Cari həftə diqqət mərkəzində açıqlanacaq inflyasiya göstəriciləri olacaq.
UForex cari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:
08 avqust
10:00 – Almaniya – İstehlakçı Qiymət İndeksi (iyul).
Ötən həftə avro ikili mövqe sərgilədi.
Belə ki, həftənin ilk yarısında enişə keçid etsə də, həftə sonunu artımla tamamladı.
AMB-nın açıqlamasına görə, inflyasiyanın baza göstəricisi 2023-cü ilin ilk yarısında
artıq pik nöqtəsinə çatıb və sonrakı mərhələdə artıq geriləmə müşahidə oluna bilər.
Buna əsas olaraq, yanacaq böhranından sonra iqtisadiyyatın bərpa mərhələsinə keçməsi göstərilir.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.1100, 1.1250
- Eniş hədəfləri: 1.0910, 1.0810
11 avqust
10:00 – Ümumi Daxili Məhsul göstəricisi (2-ci rüb).
Funt ötən həftəni neytral mövqedə tamamladı.
Belə ki, İngiltərə Bankının faiz dərəcəsi ilə bağlı açıqlamasından sonra
funt həftə əvvəlində gerilədiyi mövqelərdən təkrar artıma keçid edə bilib.
İnflyasiyanın iyun ayında ləng geriləməsi İngiltərə Bankını
növbəti aylarda pul-kredit siyasəti ilə bağlı qərarlarında qeyri-müəyyənlik yaradır.
Bu da öz növbəsində funtu təzyiq altında saxlayır.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.2900, 1.3100
- Eniş hədəfləri: 1.2596, 1.2800
09 avqust
18:30 – Xam neft ehtiyatları.
10 avqust
16:30 – İstehlakçı Qiymət İndeksi (iyul);
16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı.
11 avqust
16:30 – İstehsalçı Qiymət İndeksi (iyul).
Dollar ötən həftəni zəif mövqedə tamamladı.
Belə ki, əmək bazarında açıqlanan göstəricilərə görə,
yeni iş yerlərinin sayında azalma qeydə alınsa da, işsizlik göstəricisində qismən geriləmə müşahidə olunub.
FES-in rəsmi nümayəndəsinin açıqlamasına görə, bank sərt pul-kredit siyasətini 2024 ilədək saxlaya bilər,
belə ki, əsas məqsəd inflyasiyanı 2% səviyyəsinə çatdırmaqdır.
Bu açıqlama belə dollar indeksini dəstəkləyə bilmədi.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 102.80, 104.50
- Eniş hədəfləri: 100.50, 99.00
Qızıl ötən həftəni neytrallıqda tamamlayıb.
Belə ki, həftənin ilk yarısında artım mövqelərindən uzaqlaşdığı halda,
ikinci yarısı itkilərini bərpa edə bilib. Lakin proqnozlara görə,
qızılın zəif mövqelərdə hərəkətliliyi 2023-cü ilin sonlarına kimi davam edə bilər və
bu mövqe yalnız 2024-cü ildən ardıma keçid edə bilər.
Belə ki, FES-in qeyri-müəyyən pul-kredit siyasəti qızılı hələ təzyiq altında saxlayır.
Digər tərəfdən qızılın qiymətinin enməsinə təsir edən əlavə səbəb kimi
dünyada 2-ci böyük qızıl alıcısı sayılan Hindistan tərəfindən tələbin azalması göstərilir.
Hindistanda zinət əşyaları və investisiya məqsədli qızılın bahalaşması səbəbilə
aprel-iyun aylarında qızıl istehlakı 7% azalıb.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1960.00, 1990.00
- Eniş hədəfləri: 1920.00, 1890.00
Neft artıq 6-cı həftədir ki, artım istiqamətində mövqeyini qoruyub saxlayır.
Buna səbəb isə Səudiyyə Ərəbistan və Rusiyanın növbəti ay üçün hasilat həcmini azaltması,
digər tərəfdən isə ABŞ ehtiyatlarının sürətlə azalması göstərilir.
WTI markalı neft son 6 həftə ərzində 18% bahalaşaraq 82$ sərhədində ticarət olunub.
ABŞ neft ehtiyatlarında tarixi ilk müşahidə olunub,
belə ki, ehtiyatların 17 mln bareldən çox azalması qeydə alınıb.
Cari həftənin gözləntiləri: (Brent)
- Artım hədəfləri: 89.00, 93.00
- Eniş hədəfləri: 83.00, 80.00
Cari həftənin gözləntiləri: (WTI)
- Artım hədəfləri: 85.00, 89.00
- Eniş hədəfləri: 78.00, 75.00
Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital Investment Company OJSC.
Bütün hüquqlar qorunur.