Foreks bazarının həftəlik təqvimi və analitikası 07.10.2024 - 13.10.2024
UForexcari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:
Qızıl həftəyə artımla başlayaraq 2650 səviyyəsinin üstündə seyr edilir.
Yaxın Şərqdəki geosiyasi risklər fonunda, bazarda neft və qızıla olan tələb artır.
İngiltərə Mərkəzi Bankının (BoE) sədri Endryu Beylinin açıqlamalarından sonra Funt Dollar qarşısında müqavimətə məruz qalır.
Avrozona qarışıq iqtisadi göstəricilər fonunda stabil hərəkətini qoruyur.
Bu həftə ABŞ-də FED-in növbəti qərarına təsir edəcək vacib xəbərlər bizi gözləyir.
Bu xəbərlərin bazar dinamikasına təsiri əhəmiyyətli ola bilər.
Dollar ötən həftə müsbət iqtisadi göstəricilər fonunda bütün cütlüklər qarşısında dəyər qazandı.
Belə ki, qeyd olunan göstəricilər fonunda, treyderlər FED-in növbəti faiz qərarının minimum
səviyyədə olacağına dair gözləntilərini artırdılar. Bu həftə çərşənbə günü açıqlanacaq
Federal Açıq Bazar Komitəsinin (FOMC) iclas protokolları xəbərinə kimi bazarın hərəkəti olduqca ehtiyatlı olacaqdır.
Həmçinin cümə axşamı və cümə günü uyğun olaraq açıqlanması gözlənilən
İstehlakçı Qiymətləri İndeksi (CPI) və İstehsalçı Qiymətləri İndeksi (ÜFE) böyük önəm daşıyır.
9 oktyabr
18:30 - Xam neft ehtiyatları haqqında məlumatın açıqlanması
21:00 - 10 illik xəzinədarlıq notlarının yerləşdirilməsi üzrə hərrac
22:00 - Federal Açıq Bazar Komitəsinin (FOMC) protokollarının dərci
10 oktyabr
16:30 – İstehlakçı qiymətlərinin baza indeksi (Sentyabr)
16:30 – İstehlakçı qiymətlərinin indeksi (İllik) (Sentyabr)
16:30 – İstehlakçı qiymətlərinin indeksi (Aylıq) (Sentyabr)
16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı
21:00 – 30 illik xəzinədarlıq istiqrazlarının yerləşdirilməsi üzrə hərrac
11 oktyabr
16:30 – İstehsalçı qiymətlərinin indeksi (Sentyabr)
Avro ötən həftə ABŞ-də açıqlanan iqtisadi xəbərlər fonunda dəyər itirdi.
Bu gün erkən saatlarda açıqlanan Avrozonada illik pərakəndə satışlar
iyulda 0,1% azaldıqdan sonra, avqustda 0,8% artıb. Amma bu artımın 1% olan
gözləntilərdən az olması qiymət dəyişikliyinə səbəb olmadı.
İqtisadi xəbərlər baxımından bu həftə olduqca sakit olan Avrozona,
ABŞ-dən gələn xəbərlər fonunda qiymət dəyişikliyinə məruz qalacaqdır.
Digər yandan, həftənin sonuna yaxın açıqlanacaq Almaniyada aylıq
istehlakçı qiymətlərinin indeksi bazarın hərəkətinə səbəb ola bilər.
11 oktyabr
10:00 – Almaniyada İstehlakçı Qiymətlərinin indeksi (Sentyabr)
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.1210, 1.1233, 1.1305
- Eniş hədəfləri: 1.0891, 1.0684, 1.1008
BoE-nin sədri Endryu Beylinin ötən həftə faiz endirimi ilə bağlı daha fəal olacaqlarını ifadə etməsi
və ABŞ-dən gələn müsbət iqtisadi göstəricilər fonunda Funt dəyər itirdi.
Növbəti günlərdə ABŞ-də dərc olunacaq Qeyri-kənd təsərrüfatı sektorunda əməkhaqqının (NFP)
140,000 artacağı və İşsizlik nisbətinin 4,2% səviyyəsində dəyişməyərək qalacağı gözlənilir ki,
bu da Funtun Dollar qarşısında dəyər itirməsinə səbəb olacaqdır.
11 oktyabr
10:00 – Ümumi Daxili Məhsul göstəricisi (Avqust)
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.3345, 1.3428, 1,3512
- Eniş hədəfləri: 1.3002, 1.2864, 1.2668
Neft ötən həftə Yaxın Şərqdəki geosiyasi risklər şəraitində dəyər qazandı.
Həmçinin İsrailin İranın neft infrastrukturuna zərbə endirməsi ehtimalının güclənməsi və
İranın Hörmüz boğazını bağlaması təhdidləri fonunda qiymətin artım ehtimalı artmaqdadır.
Digər yandan, OPEC+ bloku daxilindəki ölkələrin neft tədarükünü nəzərdə tutulan səviyyədə
qoruyacağı bəyanları qiymət artımını məhdudlaşdırır.
Cari həftənin gözləntiləri: (WTI)
- Artım hədəfləri: 76.99, 79.57, 80.12
- Eniş hədəfləri: 72.16, 69.15, 65.09
Cari həftənin gözləntiləri: (Brent)
- Artım hədəfləri: 80.53, 81.64, 84.95
- Eniş hədəfləri: 76.49, 66.08, 61.55
Qızıl ötən həftə ABŞ-də müsbət əməkhaqqı məlumatlarından sonra nisbətən dəyər itirdi.
Buna səbəb kimi açıqlanan iqtisadi göstəricilərin FED-in növbəti faiz endiriminin
minimum olacağına dair gözləntiləri artırması olmuşdur.
Həftənin sonunda təqdim ediləcək istehlak qiymətləri indeksi inflyasiya məlumatları
Qızılın qiymət dəyişkənliyinə böyük təsir edə bilər.
Digər yandan, Yaxın Şərqdə geosiyasi münaqişələrin kəskinləşməsi etibarlı liman olan
Qızılın dəyər itirməsinin qarşısını almaqdadır.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 2664.24, 2671.09, 2685.58
- Eniş hədəfləri: 2640.16, 2632.11, 2616.89
Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün “Telegram” kanalımızı izləyin!
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital Investment Company OJSC.
Bütün hüquqlar qorunur.