Foreks bazarının həftəlik təqvimi və analitikası 09.10.2023 - 15.10.2023
Ötən həftə maliyyə bazarlarında gərgin hərəkətlilik müşahidə olundu.
Belə ki, Avstraliya və Yeni Zelandiya Ehtiyat Bankları faiz dərəcəsində dəyişikliyə getmədilər.
Lakin ABŞ əmək bazarından xəbərlər qismən ziddiyyətli açıqlandı.
Yeni iş yerlərinin sayında artım müşahidə olunsa da, işsizlik səviyyəsində geriləmə qeydə alınmadı.
Eyni zamanda neftin qiymətində sürətli eniş müşahidə olundu.
UForexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:
11 oktyabr
10:00 – Almaniya – İstehlakçı Qiymət İndeksi (sentyabr).
Avro ötən həftəni neytrallıqda bitirib.
Belə ki, həftənin ilk yarısı dollara nisbətdə ucuzlaşdığı halda,
həftə sonunu üstünlükdə bitirib.
Ötən həftə Almaniya hökumətinin açıqlamasına görə,
ölkənin iqtisadiyyatı 0.4% geriləyib.
Lakin 2024-də 1.3%, 2025-ci ildə isə 1.5% artım müşahidə olunacağı ehtimal olunur.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.0740, 1.0900
- Eniş hədəfləri: 1.0440, 1.0300
12 oktyabr
10:00 – ÜDM Göstəricisi (avqust).
Funt ötən həftəni artım mövqeyində tamamlayıb.
Funt hələ də təzyiq altında qalmaqdadır.
Belə ki, inflyasiyada hələ də qeyri-stabillik müşahidə olunur.
Ölkədə son 12 ayda əmək haqqı göstəricisi sürətlə yüksəlsə də,
İngiltərə Bankının inflyasiya ilə mübarizədə atdığı addımlarda əminlik sərgilənmir.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.2400, 1.2680
- Eniş hədəfləri: 1.2000, 1.1800
11 oktyabr
16:30 – İstehsalçı Qiymət İndeksi (sentyabr);
22:00 – “FOMS” toplantı protokolunun dərci.
12 oktyabr
16:30 – İstehlakçı Qiymət Baza İndeksi (sentyabr);
16:30 – İstehlakçı Qiymət İndeksi (sentyabr);
16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı;
19:00 – Xam neft ehtiyatları.
Dollar 11 həftəlik artımdan sonra ötən həftəni korrektiv enişlə tamamladı.
Belə ki, dollar indeksi 2022-ci ilin noyabr ayından 6% bahalaşaraq,
ötən həftə yeni maksimum sayılan 107.35 sərhədinə qədər yüksəlsə də,
xəzinə istiqrazlarının dəyərinin geriləməsi valyutanı qısa müddətə təzyiq altına saldı.
Dolların yaxın müddətli növbəti hərəkət istiqaməti İstehlakçı Qiymət İndeksi göstəricisinin nəticəsi əsasında daha dəqiqləşəcək.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 106.68, 107.40
- Eniş hədəfləri: 105.40, 104.40
Qızıl ötən həftə təqribən 40$ ucuzlaşaraq cari ilin mart ayı səviyyəsi sayılan
təqribən 1810$ sərhədlərində ticarət olunsa da,
həftə sonuna doğru itkilərin bir qismini bərpa edə bilib.
Enişin davamı istiqamətində müəyyən risklər hələ də qalsa da,
bir çox investorlar üçün qızıl hazırda alış istiqamətində ən cazibədar maliyyə aləti hesab olunur.
İnvestorlarla bərabər bir sıra ölkələrdə yerli əhali üçün də qızıl hazırda əlverişli aktiv sayılır.
Belə ki, ötən həftə BƏƏ-də əhali tərəfindən alınan qızılın həcmi ilk dəfədir ki rezerv üçün əldə olunan həcm ilə bərabərləşib.
Adətən zinət əşyalarının alış həcmi rezerv ehtiyat həcminin təqribən 10%-ni təşkil edir.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1880.00, 1904.20
- Eniş hədəfləri: 1810.00, 1785.00
Neft ötən həftənin ilk yarısı sürətli eniş yaşadı.
Buna əsas səbəb kimi dünya iqtisadiyyatının geriləməsi və tələbin azalması göstərilir.
Xüsusilə də ABŞ da son 25 il ərzində benzinə ən aşağı mövsümi tələbin olması və
Kuşinq rezervlərində xam neft həcminin qismən artması qeyd olunur.
Digər tərəfdən, ötən həftə OPEK+ təşkilatının əsas üzvləri Ər-Riyad və
Moskva məhdudlaşdırılmış gündəlik təchizat həcmini ilin sonunadək öncə olduğu kimi,
yəni 1.3 mln barel olaraq saxlamaq niyyətində olduqlarını açıqlayıblar.
Cari həftənin gözləntiləri: (Brent)
- Artım hədəfləri: 88.00, 93.00
- Eniş hədəfləri: 81.00, 77.00
Cari həftənin gözləntiləri: (WTI)
- Artım hədəfləri: 89.00, 90.23
- Eniş hədəfləri: 79.00, 75.00
Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital Investment Company OJSC.
Bütün hüquqlar qorunur.