Foreks bazarının həftəlik təqvimi və analitikası 10.07.23 - 16.07.23
Ötən həftə maliyyə bazarlarında dinamik hərəkətlilik müşahidə olundu.
Belə ki, Avstraliya Ehtiyat Bankında faiz dərəcəsi ilə bağlı artım gözləntisi özünü doğrultmadı
və bank faizi dəyişməz olaraq saxladı.
ABŞ əmək bazarında açıqlanan göstəricilər bazar iştirakçılarını qismən məyus etdi.
Cari həftə yüksək volatillik müşahidə oluna bilər.
Belə ki, Kanada və Yeni Zelandiya Ehtiyat Bankları
faiz dərəcəsi ilə bağlı qərarlarını açıqlayacaqlar.
Eyni zamanda, bir sıra ölkələrin inflyasiya göstəriciləri diqqət mərkəzində olacaq.
UForexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:
11 iyul
10:00 – Almaniya – İstehlakçı Qiymət İndeksi (iyun).
Ötən həftə AMB-nın sədri Laqard öz müsahibəsində bildirib ki,
pul - kredit siyasəti üzrə görüləcək işlər hələ çoxdur.
Hazırda əsas məqsəd qiymət stabilliyini qoruyub saxlamaqdır.
İnflyasiya geriləməyə başlayıb, lakin hələ də tələb olunan 2% səviyyəsindən uzaqdır.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.1040, 1.1130
- Eniş hədəfləri: 1.0830, 1.0750
Böyük Britaniya
13 iyul
10:00 – ÜDM Göstəricisi (may).
Ötən həftə funt stabil olaraq eyni sərhəd üzrə ticarət olunsa da,
cümə günü dolların zəifləməsi funtun artım istiqamətində hərəkətini dəstəkləyib.
İngiltərə bankının pul-kredit siyasəti istiqamətində uzun müddətli tərəddüdləri,
onu daha sərt addımlar atmağa sövq edə bilər. Lakin bu addımların heç də funtu dəstəkləyəcəyi anlamına gəlmir.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.2950, 1.3200
- Eniş hədəfləri: 1.2600, 1.2470
12 iyul
16:30 – İstehlakçı Qiymət İndeksi (iyun);
18:30 – Xam neft ehtiyatları.
13 iyul
16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı;
16:30 – İstehsalçı Qiymət İndeksi (iyun).
Ötən həftə dollar indeksi qeyri-stabil hərəkətlilik sərgiləyib.
Belə ki, FES-in ötən həftə dərc olunan toplantı protokolunda qeyd olunub ki,
bir sıra üzvlər faiz artımının davamını dəstəkləyir.
Eyni zamanda, xəzinə istiqrazlarının dəyərinin yüksəlməsi dollar indeksinin bahalaşmasını dəstəkləyib.
Lakin cümə günü əmək bazarında açıqlanan göstəricilər
yeni iş yerlərinin sayında kəskin azalma müşahidə olunduğunu vurğulayıb ki,
bu da dolları qismən geriləməyə məcbur edib.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 103.30, 104.00
- Eniş hədəfləri: 101.20, 100.40
12 iyul
18:00 – Kanada bankının Uçot faiz dərəcəsi ilə bağlı qərarı.
Ötən həftə Kanada əmək bazarının göstəriciləri açıqlandı.
Göstəricilərə görə, iyun ayında işsizlik göstəricisi gözləntilərdən (5.3%) fərqli olaraq 5.4%-ə yüksəlib.
Eyni zamanda, əmək haqqı üzrə illik inflyasiya göstəricisi iyun ayında 3.9% təşkil edib.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.3400, 1.3560
- Eniş hədəfləri: 1.3200, 1.3080
12 iyul
06:00 – YZE bankının Uçot faiz dərəcəsi ilə bağlı qərarı.
Yeni Zelandiya Ehtiyat Bankı cari həftə uçot faiz dərəcəsi ilə bağlı qərarını açıqlayacaq və
proqnozlara görə, faiz dərəcəsi dəyişməz olaraq saxlanılacaq.
Nəticə etibarilə NZD/USD cütlüyünün 0.60 sərhəddi çərçivəsində hərəkət edəcəyi ehtimal olunur.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 0.6250, 0.6380
- Eniş hədəfləri: 0.6100, 0.5980
Qızılın qiyməti bazarda 1900$ səviyyəsi üzərində qərarlaşıb.
ABŞ-da faiz artımının geriləməsi prosesinin qismən ləngiməsi fonunda
qızıl qısamüddətli perspektivdə hələki öz cari qiymət sərhəddi ətrafında hərəkətini davam etdirə bilər.
Ehtimallara görə, yalnız cari ilin sonuna doğru qızıl yenidən 2000$ sərhədlərini test edə biləcək.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1940.00, 1970.00
- Eniş hədəfləri: 1910.00, 1880.00
Ötən həftə neftin qiymətində qismən ucuzlaşma müşahidə olunub.
Belə ki, Səudiyyə Ərəbistan neft hasilat həcminin azalmasının tərəfdarı olsa da,
digər tərəfdən İran dünya bazarını ucuz neft ilə təmin edir.
Digər tərəfdən, ÇİN və Avropada biznes aktivliyinin zəif templərlə inkişafı
neftə olan tələbin həcminin azalmasına gətirib çıxara bilər.
Cari həftənin gözləntiləri: (Brent)
- Artım hədəfləri: 83.00, 87.00
- Eniş hədəfləri: 75.00, 71.00
Cari həftənin gözləntiləri: (WTI)
- Artım hədəfləri: 77.00, 81.00
- Eniş hədəfləri: 69.00, 65.00
Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital Investment Company OJSC.
Bütün hüquqlar qorunur.