Foreks bazarının həftəlik təqvimi və analitikası 11.09.2023 - 17.09.2023
Ötən həftə maliyyə bazarlarının dinamikası dolların artımı istiqamətini dəstəkləyirdi.
Avstraliya Ehtiyat və Kanada bankları faiz dərəcələrini dəyişmədən olduğu kimi saxladılar.
Cari həftə Avropa Mərkəzi Bankı və Rusiya bankının faiz dərəcəsi ilə bağlı qərarları açıqlanacaq.
UForexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:
14 sentyabr
16:15 – Uçot faiz dərəcəsi ilə bağlı açıqlama
16:45 – AMB-nın mətbuat konfransı
Avro dollara nisbətdə ötən həftə geriləmə mövqeyində hərəkət edib və artıq 8-ci həftədir ki,
ucuzlaşmağa davam edir. İyul ayında avro 5% dəyər itirib.
Buna əsas səbəb olaraq Avropa iqtisadiyyatının kəskin zəifləməsi və əksi olaraq ABŞ iqtisadiyyatının tədricən stabilləşməsi qeyd olunur.
Rəsmi açıqlamaya görə, Avropa iqtisadiyyatı cari ilin 2-ci rübündə 0.3%-dən 0.1%-ə qədər zəifləyib.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.0800, 1.0930
- Eniş hədəfləri: 1.0600, 1.0500
13 sentyabr
10:00 – ÜDM göstəricisi
Funt ötən həftəni eniş mövqeyində tamamlayıb.
Ötən həftə Britaniyanın Maliyyə Naziri Ceremi Hant öz müsahibəsində qeyd edib ki,
cari ildə inflyasiyanı 2 dəfə azaltma istiqamətində planımıza uyğun addımlayırıq və bu səbəbdən,
bəzi sahələrə tətbiq olunan sərt addımları zəiflətmək niyyətindəyik.
Həmçinin, nazir qeyd edib ki, sentyabrda inflyasiya göstəricisində kəskin artım gözlənilsə də,
ümumilikdə 5% sərhəddinə qədər enişi gözlənilir.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.2650, 1.2800
- Eniş hədəfləri: 1.2340, 1.2200
13 sentyabr
16:30 – İstehlakçı Qiymət İndeksi (avqust)
18:30 – Xam neft ehtiyatları
14 sentyabr
16:30 – Pərakəndə Satış Baza İndeksi (avqust)
16:30 – İşsizlik müavinətləri üzrə müraciətlərin sayı
16:30 – İstehsalçı Qiymət İndeksi (avqust)
16:30 – Pərakəndə Satış Həcmi (avqust)
Dollar artıq 8-ci həftədir ki,
artım sərgiləyir və bununla da 2014-cü ildən indiyədək ardıcıl həftəlik artım maksimum sərhəddinə yaxınlaşmaqdadır.
Dollar indeksi ötən həftə təqribən 0.7% bahalaşaraq 105.00 səviyyəsi üzərində qərarlaşıb.
Dolların güclənməsinin əsas səbəbi ABŞ iqtisadi göstəricilərinin digər ölkə göstəricilərinə nisbətdə güclənməsidir.
Artım davam etdiyi halda, indeksin cari ilin maksimum sərhəddi sayılan 105.88 səviyyəsinə yüksələcəyi ehtimal olunur.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 105.30, 106.00
- Eniş hədəfləri: 104.40, 103.80
Fiziki qızıla olan tələb artmaqda davam edir.
Belə ki, Çin 10 aydır ki ard-arda öz qızıl ehtiyatlarını artırmaqda davam edir.
Dünya Qızıl Birliyinin açıqlamasına görə, cari ilin avqust ayı ərzində Çin 29 ton qızıl alıb.
Beləliklə, cari ildə Çin qızıl ehtiyatlarını 155 ton artırıb.
Ötən ayda qızıl ehtiyatlarını artıran ölkələr arasında Polşa və Türkiyə də yer alıb.
Hazırda ümumi qızıl ehtiyatlarının həcmi 35664 ton təşkil edir.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1935.00, 1960.00
- Eniş hədəfləri: 1900.00, 1880.00
Neft bazarında yenidən dalğalanma baş verəcəyi ehtimal olunur.
Belə ki, Səudiyyə Ərəbistanın şəxsi qərarı əsasında hasilat həcminin azaldılması cari ilin sonunadək davam edəcəyi gözlənilir.
Bu da öz növbəsində neftin dəyərini yüksələn istiqamətdə dəstəkləyə bilər.
ABŞ və Avropa tərəfindən enerji daşıyıcılarına olan tələb qısamüddətli periodda təzyiq altındadır.
Digər tərəfdən, OPEK+ Brent markalı neftin minimal qiymət sərhəddinin 80$ üzərində olmasını dəstəkləyir.
Cari həftənin gözləntiləri: (Brent)
- Artım hədəfləri: 93.00, 97.00
- Eniş hədəfləri: 87.00, 83.00
Cari həftənin gözləntiləri: (WTI)
- Artım hədəfləri: 90.00, 94.00
- Eniş hədəfləri: 83.00, 79.00
Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital Investment Company OJSC.
Bütün hüquqlar qorunur.