Foreks bazarının həftəlik təqvimi və analitikası 11.12.2023 - 17.12.2023
UForexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:
14 dekabr
17:15 – AMB-nın Uçot faiz dərəcəsi ilə bağlı qərarı;
17:45 – AMB-nın mətbuat konfransı.
Avro ötən həftəni eniş mövqeyində tamamlayıb.
Belə ki, AMB-nın proqnozlarına görə,
12 aylıq İstehlakçı Qiymət indeksi üzrə gözlənti 4% sərhədində qalıb.
Ümumi inflyasiya göstəricisi üzrə gözlənti də yaxın 3 il üçün dəyişməz olaraq 2.5% qalıb.
İqtisadi artım gözləntisi isə yaxın 12 ay ərzində
geriləyərək -1.3 % (1.2% nisbətdə ) təşkil edib.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.0850, 1.0930
- Eniş hədəfləri: 1.0700, 1.0630
13 dekabr
11:00 – ÜDM Göstəricisi.
14 dekabr
16:00 – İngiltərə Bankının Uçot faiz dərəcəsi ilə bağlı qərarı;
17:00 – İngiltərə Bankının İnflyasiya bağlı açıqlaması.
Funt Sterlinq ötən həftəni 3 həftəlik artımdan sonra enişlə tamamlayıb.
Belə ki, ABŞ iqtisadiyyatının dayanıqlı göstəriciləri digər valyutalara,
eləcə də funtu təzyiq altında saxlayıb.
Cari həftə İngiltərə Bankı faiz dərəcəsi ilə bağlı qərar açıqlayacaq.
Gözləntilərə görə, bank status-kvonu qoruyub saxlayaraq dəyişikliyə getməyəcək.
Lakin ehtimal olunur ki, bank 2024-cü il ərzində faiz dərəcəsini 80 baza vahidi qədər azalda bilər.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.2730, 1.2900
- Eniş hədəfləri: 1.2450, 1.2300
14 dekabr
12:30 – İsveçrə Bankının Uçot faiz dərəcəsi ilə bağlı qərarı;
13:00 – İsveçrə Bankının mətbuat konfransı.
USD/CHF cütlüyü ötən həftə dolların bahalaşması fonunda 0.80% dəyər qazanıb.
İsveçrədə “İşsizlik Göstəricisi” noyabr ayı ərzində 2.1% yüksəlib (oktyabr 2%).
Cari həftə İsveçrə Bankı faiz dərəcəsi ilə bağlı qərarını açıqlayacaq və ehtimallara görə,
dəyişiklik gözlənilmir.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 0.8890, 0.9020
- Eniş hədəfləri: 0.8670, 0.8550
12 dekabr
17:30 – İstehlakçı Qiymət İndeksi (noyabr).
13 dekabr
17:30 – İstehsalçı Qiymət İndeksi (noyabr);
19:30 – Xam neft ehtiyatları;
22:00 – FES-in Uçot faiz dərəcəsi ilə bağlı qərarı;
23:00 – FOMS-un İqtisadi proqnozlarla bağlı açıqlaması;
23:30 – FOMS-un mətbuat konfransı.
14 dekabr
17:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı;
17:30 – Pərakəndə Satış Həcmi (noyabr).
15 dekabr
18:45 – Xidmət sektorunda Biznes Aktivliyi İndeksi (dekabr).
Ötən həftə açıqlanan əmək bazarı göstəriciləri dolların sürətli artımını dəstəklədi.
Göstəricilər açıqlandıqdan sonra səhmlərin dəyəri düşsə də,
istiqrazların gəlirliyi yüksəldi.
Ötən həftə “Pauel”in açıqlamasından sonra dollar 3% dəyər itirdikdən
sonra cümə günü əmək bazarından gələn müsbət göstəricilər bir daha
növbəti ildə FES-in geriyə doğru addım atacağı ehtimalını gücləndirir.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 104.50, 105.00
- Eniş hədəfləri: 103.40, 103.00
14 Dekabr
01:45 - ÜDM Göstəricisi.
NZD/USD cütlüyü həftəni eniş mövqeyində tamamlayıb.
Belə ki, dolların bahalaşması ilə yanaşı Yeni Zelandiya iqtisadiyyatından ürəkaçıcı xəbərlər açıqlanmır.
Yeni Zelandiya Ehtiyat Bankının rəsmisinin açıqlamasına görə yüksək və
dayanıqlı inflyasiya hər hansı səhv addımlar atmağa heç bir şans vermir.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 0.6220, 0.6300
- Eniş hədəfləri: 0.6050, 0.5980
Cari ilin noyabr ayının yekunlarına görə,
qızıl ayı 2036.50$səviyyəsində tamamlayıb ki,
bu da öncəki ay ilə müqayisədə 2.6% daha yüksək göstəricidir.
Ötən həftə isə FES sədri Pauelin açıqlamasından sonra
qızılın qiyməti yeni maksimum sayılan 2100$ üzərində ticarət olundu.
Proqnozlara görə, 2024cü il ərzində qızılın orta qiymətinin 2019 $ olacağı gözlənilsə də,
2-ci rübdə qiymətin yenidən 2100$ səviyyələrinə yüksələcəyi ehtimal olunur.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 2030.00, 2060.00
- Eniş hədəfləri: 1990.00, 1960.00
Neftin qiyməti dünya bazarında artıq 75$ sərhədi ətrafında ticarət olunur.
30 noyabr maksimumlarından sonra neft 12.5% dəyər itirib.
Bu ucuzlaşmaya bir neçə səbəb göstərilir.
Belə ki, məlumata görə ABŞ-da neft və neft məhsulları ehtiyatlarının həcmində artım müşahidə olunur.
Hazırda ABŞ-ın kommersiya məqsədli xam neft ehtiyatları təqribən 4.6 mln barel təşkil edir.
ABŞ-da neft hasilatı və ixracı həcmi tarixi maksimum səviyyələrindədir.
Digər tərəfdən, Səudiyyə Ərəbistan Asiyaya satış üçün nəzərdə tutulan neftin dəyərini aşağı salıb.
OPEK+ təşkilatı isə neft bazarında balansı təmin etmək üçün kifayət qədər səy göstərməməkdə iddiham olunur.
Cari həftənin gözləntiləri: (Brent)
- Artım hədəfləri: 79.00, 85.00
- Eniş hədəfləri: 73.00, 70.00
Cari həftənin gözləntiləri: (WTI)
- Artım hədəfləri: 75.00, 80.00
- Eniş hədəfləri: 68.00, 65.00
Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital Investment Company OJSC.
Bütün hüquqlar qorunur.