Foreks bazarının həftəlik təqvimi və analitikası 12.02.2024 - 18.02.2024
UForexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:
14 fevral
11:00 – İstehlakçı Qiymət İndeksi (yanvar).
15 fevral
11:00 – ÜDM göstəricisi (4-cü rüb).
Funt Sterlinq yanvar ayı ərzində G10 seqmentində ən uğurlu valyuta hesab olunur.
İngiltərə Bankının fevral toplantısı göstərdi ki,
bank faiz dərəcəsini çox zəif templərlə azaltmağa gedə bilər.
Buna əsas olaraq xidmət sektorunda və əmək haqqı ilə bağlı inflyasiya göstəricilərinin
hələ də yüksək olaraq qalması göstərilir.
Bankın faiz dərəcəsində geriyə addım atması may-iyun ayına proqnozlaşdırılır.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.2780, 1.3000
- Eniş hədəfləri: 1.2500, 1.2350
13 fevral
17:30 – İstehlakçı Qiymət İndeksi (yanvar).
14 fevral
19:30 – Xam neft ehtiyatları.
15 fevral
17:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı;
17:30 – Pərakəndə Satış Həcmi (yanvar).
16 fevral
17:30 – İstehsalçı Qiymət İndeksi (yanvar).
Dollar 2024-cü ilin 6 həftəsi boyunca durmadan yüksəlişdədir.
Cari həftə gözlənilən inflyasiya göstəriciləri açıqlandığı halda
7-ci yüksəliş həftəsinin müşahidə ediləcəyi ehtimal olunur.
Dollar indeksi ötən həftə 0.15% dəyər qazanıb.
Dolları artım istiqamətində dəstəkləyən digər
göstərici xəzinə istiqrazlarının gəlirlilik faizinin yüksəlməsidir.
FES-in faiz endirimində gözləmə mövqeyini tutması da
dolların geriyə doğru hərəkətini məhdudlaşdırır.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 104.50, 105.80
- Eniş hədəfləri: 103.50, 102.70
15 fevral
03:50 – ÜDM göstəricisi (4-cü rüb).
Ötən həftə Yaponiya Bankının sədri Ueda öz çıxışında bildirib ki,
əgər pul-kredit siyasətində faiz dərəcəsinin artırılması ilə bağlı
addım atıldığı halda ilk öncə bankın balans vəziyyəti nəzərə alınacaq.
Belə ki, bütün dünya banklarının faiz dərəcəsində geriyə dönüş dönəminə keçid
yaşadığı bir mühitdə Yaponiya Bankının mənfi faiz dərəcəsindən
artım siyasətinə keçid mərhələsinin necə baş verəcəyini təsəvvür etmək çətindir.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 150.00, 151.80
- Eniş hədəfləri: 147.50, 146.00
2024-cü ilin yanvar ayının nəticələrinə görə qızıl 2040 usd sərhədində ticarət olunub ki,
bu göstərici dekabr ayı ilə müqayisədə 1.1% aşağıdır.
Qızılın qiyməti 2000 usd-də qərarlaşsa da,
yaxın gələcəkdə qızılı artım istiqamətində dəstəkləyə biləcək əsaslı səbəb yoxdur.
Lakin FES-in ilin 2-ci yarısına planlaşdırılan faiz düşüşü planı qızılın artımını yenidən dəstəkləyə bilər.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 2045.00, 2065.00
- Eniş hədəfləri: 2010.00, 1990.00
Neftin qiymətində ötən həftə artım müşahidə olunub.
Belə ki, İsrailin barışmaz mövqe tutması husidlər tərəfindən növbəti hücumların davam etməsi,
neft tankerlərinin Qırmızı dəniz ərazisindən yan keçməsi,
həmçinin ABŞ və İran arasında gərginliyin yüksəlməsinə təkan verir.
Qiymət hər iki markalı neft üçün təqribən 5% yüksəlib.
Digər tərəfdən, OPEK+ təşkilatına daxil olmayan Norveç və Qayanada hasilat,
eləcə də daşınmada və neftemalı zavodlarında çətinliklərlə üzləşən Rusiyadan idxal həcmi yüksəlib.
Cari həftənin gözləntiləri: (Brent)
- Artım hədəfləri: 85.00, 88.00
- Eniş hədəfləri: 79.00, 76.00
Cari həftənin gözləntiləri: (WTI)
- Artım hədəfləri: 79.50, 83.50
- Eniş hədəfləri: 74.00, 71.00
Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital Investment Company OJSC.
Bütün hüquqlar qorunur.