Foreks bazarının həftəlik təqvimi və analitikası 12.06.23 - 18.06.23

Ötən həftə Avstraliya Ehtiyat Bankı və Kanada Bankı gözlənildiyi kimi

Uçot faiz dərəcəsini 25 baza vahidi qədər yüksəltdi.

Həmkarlarından fərqli olaraq, Rusiya Bankı faiz dərəcəsini olduğu kimi saxladı.

Cari həftə maliyyə bazarlarında yüksək volatillik müşahidə oluna bilər.

Belə ki, FES, Yaponiya Bankı və AMB Uçot faiz dərəcəsi ilə bağlı qərarlarını açıqlayacaq.

Eyni zamanda, bir sıra ölkələr üzrə inflyasiya və ÜDM Göstəriciləri də açıqlanacaq.

UForexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:

Avrozona

13 iyun

10:00 – Almaniya – İstehlakçı Qiymət İndeksi (may).

15 iyun

16:15 – AMB-nın Uçot faiz dərəcəsi ilə bağlı qərarı;

16:45 – AMB-nın mətbuat konfransı.

16 iyun

13:00 - İstehlakçı Qiymət İndeksi (may).

Cari həftə Avropa Mərkəzi Bankı faiz dərəcəsi ilə bağlı qərarını açıqlayacaq və ehtimallara görə,

faiz dərəcəsi 25 baza vahidi qədər artırılacaq. Bu qərar avronu dəstəkləyə bilər.

FES-in cari həftə faiz dərəcəsi ilə bağlı qərarında fasilə ehtimalı gözlənilsə də,

avro üzrə alışlarda ehtiyatlı davranmaq məqsədəuyğundur.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.0850, 1.0950

- Eniş hədəfləri: 1.0650, 1.0530

Britaniya

14 iyun

10:00 – ÜDM Göstəricisi (aprel).

Cari həftə funt üçün uğurlu hesab oluna bilər.

Belə ki, funt, 4 həftəlik maksimum səviyyəsinə çataraq,

yaxın gələcəkdə may ayının pik səviyyəsini test etmək istiqmətində hərəkət edəcəyi ehtimalını gücləndirir.

Lakin uzun müddətli perspektivdə İngiltərənin iqtisadi artım tempi

funtun artım mövqeyini qoruyub saxlaması ehtimalını təzyiq altında saxlayır.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.2680, 1.3000

- Eniş hədəfləri: 1.2400, 1.2290

ABŞ

13 iyun

16:30 - İstehlakçı Qiymət İndeksi (may).

14 iyun

16:30 – İstehsalçı Qiymət İndeksi (may);

18:30 – Xam neft ehtiyatları;

22:00 – FOMS-un iqtisadi proqnozları;

22:00 – FOMS-un açıqlaması;

22:00 – FES-in Uçot faiz dərəcəsi ilə bağlı açıqlaması;

22:30 – FOMS-un mətbuat konfransı.

15 iyun

16:30 – Pərakəndə Satış Baza İndeksi (may);

16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı;

16:30 – Pərakəndə Satış Həcmi (may).

ABŞ-da dolları təzyiq altında saxlayan borc limiti sərhəddinin artırılması Dollar İndeksini dəstəkləyib.

Ehtimallara görə, gələcək aylarda ABŞ-da işsizlik səviyyəsi artmaqda davam edəcək və

kommersiya banklarında kredit şərtləri sərtləşdiriləcək.

Gözləntilər əsasında FES 2024-cü ilin ilk rübünədək faiz dərəcəsi ilə bağlı qərarlarında dəyişiklik etməsə də,

sonrakı mərhələdə faizin enişinə doğru addımlar ata bilər.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 104.20, 105.40

- Eniş hədəfləri: 102.90, 102.00

Yeni Zelandiya

15 iyun

02:45 – ÜDM Göstəricisi (1-ci rüb).

Yeni Zelandiya Dolları bazarda öz mövqeyini qoruyub saxlamağa çalışır.

Cari həftə iqtisadi artımın əsas göstəricilərindən sayılan ÜDM Göstəricisi açıqlanacaq və

nəticələrdən asılı olaraq yaxın gələcək üçün NZD/USD cütlüyünün aqibətini müəyyən edəcək.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 0.6180, 0.6300

- Eniş hədəfləri: 0.6030, 0.5920

Yaponiya

16 iyun

07:00 – Yaponiya Bankının pul-kredit siyasəti ilə bağlı hesabatı;

10:30 – Yaponiya Bankının mətbuat konfransı;

21:20 – Uçot faiz dərəcəsi ilə bağlı açıqlama.

Yaponiyada açıqlanan zəif əmək haqqı göstəriciləri çox güman ki,

Yaponiya Bankını cari həftə faiz dərəcəsi ilə bağlı sərt qərarlar qəbul etməyə sövq etməyəcək.

Bu da Yapon Yenasının ucuzlaşmasına təkan verə bilər.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 142.00, 145.00

- Eniş hədəfləri: 138.00, 135.00

Qızıl

May ayının nəticələrinə görə, öncəki ay ilə müqayisədə qızıl 1.3% dəyər itirib.

Lakin buna baxmayaraq, Mərkəzi Bankların qızıla olan marağı artmaqda davam edir.

Ehtimallara görə cari ilin sonunadək qızılın qiyməti 2100$ səviyyəsinədək yüksələ bilər.

Digər tərəfdən, FES-in növbəti addımları istiqamətində davam edən

qeyri-müəyyənlik qızılın qiymətini təzyiq altında saxlayır.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1990.00, 2015.00

- Eniş hədəfləri: 1930.00, 1900.00

Neft

İyunun 4-də keçirilən OPEK+ üzv ölkələrin toplantısında iştirakçılar cari ilin

3-cü və 4-cü rübündə hasilat həcmini azaltmaq qərarına gəliblər.

Eyni zamanda, Səudiyyə Ərəbistan gözlənilmədən şəxsi qərarı əsasında əlavə olaraq

hasilat həcmini azaldacağı qərarını açıqlayıb.

Neft bazarı cari periodda bu xəbərlərə zəif reaksiya versə də,

yaxın gələcəkdə neftin qiymətinin 90$ sərhəddində ticarət olunacağı ehtimal olunur.

Cari həftənin gözləntiləri: (Brent)

- Artım hədəfləri: 78.00, 83.00

- Eniş hədəfləri: 72.00, 69.00

Cari həftənin gözləntiləri: (WTI)

- Artım hədəfləri: 73.00, 77.00

- Eniş hədəfləri: 67.00, 63.00

Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!

https://t.me/uforex_az

For consultation please leave a request

Your request has been sent successfully.

Foreks bazarının həftəlik təqvimi və analitikası 12.06.23 - 18.06.23

Thank You!

Your form has been succesufully send

Foreks bazarının həftəlik təqvimi və analitikası 12.06.23 - 18.06.23

Thank You!

Your form has been succesufully send

Müasir investisiya dünyasını bizimlə kəşf edin.

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 12.06.23 - 18.06.23

Thank You!

Your form has been succesufully send