Foreks bazarının həftəlik təqvimi və analitikası 13.11.2023 - 19.11.2023

UForexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:

Avrozona

17 noyabr

14:00 – İstehlakçı Qiymət İndeksi (oktyabr).

AMB-nın rəsmi nümayəndəsinin ötən həftə açıqlamasına görə,

bank inflyasiyanın hədəf olaraq 2% sərhədinə çatdırılması istiqamətində qətiyyətlidir və

bu hədəfə 2025-ci ilin 2-ci yarısında çatacaqları planlaşdırılır.

Qeyd edək ki, Avropada iqtisadi göstəricilər hələ də ürək açan səviyyədə deyil.

Belə ki, sentyabr ayı üçün Pərakəndə Satış Həcmi göstəricisi ötən il ilə müqayisədə geriləyərək 2.9% təşkil edib.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.0770, 1.0900

- Eniş hədəfləri: 1.0620, 1.0500

Böyük Britaniya

15 noyabr

11:00 – İstehlakçı Qiymət İndeksi (oktyabr).

Ötən həftə boyu funt eniş istiqamətində olsa da,

həftəni artımla tamamlayıb.

Belə ki, həftəlik tempdə funt dollara nisbətdə 1.2% dəyər itirsə də,

cümə günü enişi 0.05% nisbətində bərpa edə bilib.

3-cü rüb üzrə ÜDM göstəricisində illik nisbətdə 0.6% artım müşahidə olunub.

Bundan əlavə, sənaye istehsalı və təkrar emal sektorunda da müvafiq olaraq

1.5% və 3% artım müşahidə olunub.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.2300, 1.2450

- Eniş hədəfləri: 1.2180, 1.2050

ABŞ

14 noyabr

17:30 – İstehlakçı Qiymət İndeksi (oktyabr).

15 noyabr

17:30 – İstehsalçı Qiymət İndeksi (oktyabr);

17:30 – Pərakəndə satış həcmi (oktyabr);

19:30 – Xam neft ehtiyatları.

16 noyabr

17:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı.

Ötən həftə dollar Pauelin və FES nümayəndələrinin

gözlənilməz açıqlaması əsasında dəyər qazana bilib.

Belə ki, rəsmilərin açıqlamasına görə, inflyasiya ilə mübarizə

faiz dərəcələrinin kifayət qədər yüksək olmadığı istiqamətində əminlik yoxdur.

Bu, FES-in faiz dərəcəsinin artırılması istiqamətində növbəti

addımlara gedəcəyi ehtimalını gücləndirib.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 106.20, 106.70

- Eniş hədəfləri: 105.20, 104.70

Yaponiya

15 noyabr

03:50 – ÜDM göstəricisi (3-cü rüb).

Ötən həftə Yaponiya Bankının sədri Kadzuo Ueda

öz çıxışında bəzi məqamları açıqlayıb.

Onun sözlərinə görə, faiz dərəcəsini qısa müddətli periodda

stabilləşdirilməsi zamanı maliyyə institutları, borclananlar və

tələb həcmini diqqətlə nəzarətdə saxlamaq lazımdır.

Hamı aşağı faiz dərəcələrinə uyğunlaşdıqları üçün ehtiyatlı addımlar atmaq lazımdır.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 151.91, 152.30

- Eniş hədəfləri: 150.70, 150.00

Qızıl

Qızıl artıq 2 həftədir ki ucuzlaşmağa davam edib.

Lakin 1900$ səviyyəsi üzərində ticarət etməsi artım istiqamətində

pozitiv ehtimalları qoruyub saxlayır.

Ötən həftə ərzində qızıl 1.85% ucuzlaşıb.

Qızılın ucuzlaşmasını ötən həftə Pauelin çıxışı və

xəzinə istiqrazları üzrə gəlirliyin artması dəstəkləyib.

Digər tərəfdən, mərkəzi banklar fiziki qızıl ehtiyatlarını artırmağa davam edirlər.

Ötən ilin 9 ayı ilə müqayisədə cari ildə mərkəzi banklar 14% daha çox qızıl alıb.

Qeyd edək ki, son 12 ay ərzində qızılın dəyəri 22% bahalaşıb.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1960.00, 1990.00

- Eniş hədəfləri: 1915.00, 1890.00

Neft

Neft ötən həftə 3 aydan sonra ilk dəfə olaraq 80$ altında ticarət olunub.

Buna səbəb olaraq, Çin və Avropada neft emalı zavodlarının gəlirliyinin aşağı düşməsi,

fiziki təchizatda ləngimə və ABŞ-ın iqtisadi inkişaf perspektivlərində qeyri-müəyyənlikdir.

Neft qiymətlərinin ucuzlaşması Səudiyyə Ərəbistan üçün təhlükə yaradıb.

Belə ki, krallıq son illərdə qiyməti dəstəkləmək üçün istehsal həcmini

ən aşağı səviyyəyə qədər azaldıb.

Cari həftənin gözləntiləri: (Brent)

- Artım hədəfləri: 85.00, 89.00

- Eniş hədəfləri: 78.00, 75.00

Cari həftənin gözləntiləri: (WTI)

- Artım hədəfləri: 81.00, 84.00

- Eniş hədəfləri: 74.00, 70.00

Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!

https://t.me/uforex_az

For consultation please leave a request

Your request has been sent successfully.

Foreks bazarının həftəlik təqvimi və analitikası 13.11.2023 - 19.11.2023

Thank You!

Your form has been succesufully send

Foreks bazarının həftəlik təqvimi və analitikası 13.11.2023 - 19.11.2023

Thank You!

Your form has been succesufully send

Müasir investisiya dünyasını bizimlə kəşf edin.

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 13.11.2023 - 19.11.2023

Thank You!

Your form has been succesufully send