Foreks bazarının həftəlik təqvimi və analitikası 15.05.23 - 21.05.23
Ötən həftə uzun müddətli enişdən sonra dollar üçün uğurlu həftə hesab oluna bilər.
İngiltərə Bankı gözlənildiyi kimi faiz dərəcəsini 25 baza vahidi qədər yüksəltdi.
ABŞ inflyasiya göstəriciləri isə gözləntilərin altında açıqlandı.
Cari həftə bazar iştirakçılarını önəmli göstəricilər və bank sədrlərinin çıxışları gözləyir.
UForexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:
16 may
13:00 – Almaniya – İqtisadi əhval-ruhiyyə indeksi ZEW (may);
18:00 – AMB-nın sədri Laqardın çıxışı.
17 may
13:00 – İstehlakçı Qiymət İndeksi (aprel).
19 may
23:00 – AMB-nın sədri Laqardın çıxışı.
Avro ötən həftə zəif mövqe sərgiləyib.
Lakin bu müvəqqəti eniş ola bilər.
Belə ki, AMB hələ də pul-kredit siyasətində sərt mövqe tərəfdarıdır və
iyun toplantısında da faiz dərəcəsində artım gözlənilir.
Avronu artım istiqamətində təkcə monetar siyasət deyil,
eləcə də inflyasiyada müşahidə olunan dinamika dəstəkləyir.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.1100, 1.1260
- Eniş hədəfləri: 1.0750, 1.0550
Böyük Britaniya
16 may
10:00 – İşsizlik müavinətləri üzrə müraciətlərin sayı (aprel);
17 may
13:50 – İngiltərə Bankının sədri Beylinin çıxışı.
İngiltərə iqtisadiyyatı gözlənilmədən ləngimə sərgiləyib.
Belə ki, ÜDM göstəricisi 0.3%-ə enib.
İngiltərə Bankının nümayəndələri bildiriblər ki,
inflyasiya artıq maksimum səviyyəsini göstərib və gələcəkdə geriləyə bilər.
Bazar iştirakçıları iyun ayında bankın faiz dərəcəsində artıma gedəcəyini gözləyir.
Funt ötən həftə ərzində 1.4% ucuzlaşıb.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.2650, 1.3000
- Eniş hədəfləri: 1.2250, 1.2080
16 may
16:30 – Pərakəndə Satış Baza İndeksi (aprel);
16:30 – Pərakəndə Satış Həcmi (aprel).
17 may
18:30 – Xam neft ehtiyatları.
18 may
16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı.
19 may
19:00 – FES rəhbəri Pauellin çıxışı.
Dollar ötən həftə 2022-ci ilin sentyabr ayından ən yaxşı artım həftəsini sərgiləyib.
Belə ki, dollar indeksi ötən həftəni 1.5% bahalaşma ilə tamamlayıb.
Bazar iştirakçıları ötən həftə açıqlanan inflyasiya göstəricilərinə əsasən
FES-in hələ də sərt siyasəti davam etdirəcəyini gözləyirlər.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 103.00, 104.00
- Eniş hədəfləri: 101.50, 100.50
16 may
16:30 – İstehlakçı Qiymət Baza İndeksi (aprel).
19 may
16:30 – Pərakəndə Satış Baza İndeksi (mart).
USD/CAD cütlüyü ötən həftəni artım istiqamətində tamamlayıb ki,
bu da ayın ən yüksək artımı hesab olunur.
Belə ki, dolların dəyər qazanması, eləcə də neftin qiymətinin təqribən
1.5% dəyər itirməsi cütlüyü artım istiqmətində dəstəkləyib.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.3680, 1.3850
- Eniş hədəfləri: 1.3400, 1.3250
16 may
05:30 – Pul-kredit siyasəti ilə bağlı toplantı protokolu.
18 may
05:30 – Məşğulluq Göstəricisi (aprel).
Avstraliya höküməti ötən həftə 2023-2024-cü illər üçün büdcəsini elan edib.
Açıqlamaya görə, hazırda 7% təşkil edən inflyasiyanın növbəti il 3.25% enəcəyi proqnozlaşdırılır.
Eləcə də, ÜDM göstəricisinin 2024-cü ildə 2.25% təşkil edəcəyi gözlənilir.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 0.6770, 0.6880
- Eniş hədəfləri: 0.6550, 0.6380
17 may
03:50 – Ümumi Daxili Məhsul Göstəricisi (1-ci rüb).
Ötən həftə Yaponiya Bankının yeni sədri Ueda bildirib ki,
Yaponiyanın bank sistemində böyük problemlər müşahidə olunmur, maliyyə sistemi stabildir.
Gözləntilərə görə Yapon Yeni ilin sonuna doğru güclənməyə başlayacaq.
Hazırda Yaponiyada inflyasiya göstəricisi 3.5% sərhəddində stabil qalmaqdadır.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 137.00, 140.00
- Eniş hədəfləri: 132.50, 130.00
Ümumdünya Qızıl Birliyi ötən həftə cari ilin ilk rübü üçün qızıla olan tələb-təklif tendensiyasını açıqlayıb.
Ötən ilin ilk rübü ilə müqayisədə qızıla olan tələb 13%,
zinət əşyalarına tələb 2%, investisiya yönümlü tələb isə 51% azalıb.
Lakin qızıl külçələrə olan tələb isə 5% yüksəlib.
Mərkəzi Banklar qızıl ehtiyatları 228.4 tona yüksəlib ki,
bu da ötən ilin eyni periodu ilə müqayisədə 176% artımı sərgiləyir.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 2035.00, 2060.00
- Eniş hədəfləri: 1995.00, 1970.00
Neft artıq 4-cü həftədir ki, eniş sərgiləyir.
Ötən həftə ərzində hər iki markalı neftin qiyməti təqribən 1% dəyər itirib.
ABŞ və Çin iqtisadiyyatında müşahidə olunan gərginlik yanacağa olan tələbi təzyiq altında saxlayır.
ABŞ höküməti bildirib ki, nefti yalnız qiymət sərhəddi 67-72 $ və daha aşağı sərhəddə almağı planlaşdırır.
Cari həftənin gözləntiləri: (Brent)
- Artım hədəfləri: 78.00, 83.00
- Eniş hədəfləri: 73.00, 68.00
Cari həftənin gözləntiləri: (WTI)
- Artım hədəfləri: 74.00, 79.00
- Eniş hədəfləri: 67.00, 63.00
Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital Investment Company OJSC.
Bütün hüquqlar qorunur.