Foreks bazarının həftəlik təqvimi və analitikası 16.09.2024 - 22.09.2024

UForexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:

Qızılın qiyməti rekordları qırmağa davam edir, Çərşənbə günü FED-in faiz qərarı bu vəziyyətdə böyük önəm daşıyır.

Səhmlər və əmtəələr üçün ötən həftə olan dəyişkən vəziyyət davam etməkdədir,

Bu həftə ABŞ və Böyük Britaniyada mühüm faiz qərarları gözlənilir.

Neftdə bu həftəyə olan ABŞ-dəkı neft ehtiyatlarının məlumatı da qiymətlərə təsir göstərə bilər.

ABŞ

ABŞ və bütün investorlar bu həftə FED-in faiz qərarını gözləməkdədir. Statistik məlumatlar endirimin 0.25 faiz bəndi çərçivəsində olacağını desə də, 29%-lik bir qrup daha böyük faiz endiriminin ola biləcəyini düşünürlər.

Kamala Harris və Donald Trump arasındakı ilk debatının nəticəsində anketlərdə Harris öndə görünür ki, bu da Trump-ın Ağ evə gəlməsi ilə Dolların dəyər qazanacağı düşüncələrini puç edir.

Belə olan halda bu həftə olacaq xəbərlər, xüsusilə “ABŞ Federal Açıq Bazar Komitəsinin İqtisadi Proqnozları”, “Fed-in Faiz Dərəcəsi Qərarı” və neft ehtiyatları kimi əsas məlumatlar böyük önəm daşıyır.

17 sentyabr

16:30 – ABŞ-ın Əsas Pərakəndə Satışları (Aylıq);

16:30 – ABŞ Pərakəndə Satış (Aylıq);

18 sentyabr

18:30 – Xam neft ehtiyatları;

22:00 – ABŞ Federal Açıq Bazar Komitəsinin (FOMC) İqtisadi Proqnozları;

22:00 – ABŞ Federal Açıq Bazar Komitəsinin (FOMC) bəyanatı;

22:00 – Fed-in Faiz Dərəcəsi Qərarı;

22:30 – ABŞ Federal Açıq Bazar Komitəsinin (FOMC) mətbuat konfransı;

19 sentyabr

16:30 – İlkin işsizlik müraciətləri;

16:30 – ABŞ Philadelphia Fed İstehsal İndeksi (Aylıq);

18:00 – ABŞ Mövcud Ev Satışları (Aylıq);

Avrozona

Avrozonada bu həftə İstehlak Qiymətləri İndeksi üzrə xəbər böyük diqqətlə gözlənilir.

Ötən həftə Avropa Mərkəzi Bankı (AMB) artan inflyasiya və iqtisadi çağırışların mürəkkəb mənzərəsini seyr etməsinə baxamayaraq, faiz endirimini minimal tutub ki, 0,25 faiz bəndi azaladaraq 3,75 faizdən 3,50 faizə endirib

Bununla da, Avro öz itkilərini nisbətən bərpa edəcək kimi görünür.

18 sentyabr

13:00 – Avrozona İstehlak Qiymətləri İndeksi CPI (İllik);

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.1150, 1.1218, 1.1280

- Eniş hədəfləri: 1.1020, 1.0958, 1.0891

Böyük Britaniya

Bu həftə Böyük Britaniyada iqtisadi göstəricilər də diqqət mərkəzindədir.

Xüsusilə İstehlak Qiymətləri İndeksi və İngiltərə Bankının uçot faiz dərəcəsi ilə bağlı qərarı haqqında məlumatlar böyük önəm daşıyır. Təxminlər faiz dərəcəsinin sabit qalacağını desə də,

əgər faiz dərəcəsi enərsə, Funt Sterlinqin qiyməti də nisbətən enə bilər.

18 sentyabr

10:00 – Böyük Britaniya İstehlak Qiymətləri İndeksi CPI (İllik);

19 sentyabr

15:00 – Böyük Britaniya Faiz Dərəcəsi Qərarı;

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.3266, 1.3304, 1.3368

- Eniş hədəfləri: 1.3060, 1.2996, 1.2906

Neft

Neft qiymətləri bu həftə də dəyişkən ola bilər.

Qlobal iqtisadi artım zəifləməsi, xüsusilə də Çinin xam neftə olan tələbənin azalması əsas göstəricidir.

Beynəlxalq Enerji Agentliyi (IEA), ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) və OPEC də daxil olmaqla böyük təşkilatlar 2024 və 2025-ci illər üçün neft istehlakı proqnozlarını azaldıblar.

Bu həftəyə olan ABŞ-dəkı neft ehtiyatlarının məlumatı da qiymətlərə təsir göstərə bilər.

Əgər ehtiyatlar çoxdursa, qiymətlər enə bilər, əksinə, ehtiyatlar azdırsa, qiymətlər arta bilər.

Cari həftənin gözləntiləri: (WTI)

- Artım hədəfləri: 72.33, 76.99, 79.57

- Eniş hədəfləri: 65.09, 62.51, 57.85

Cari həftənin gözləntiləri: (Brent)

- Artım hədəfləri: 75.59, 80.12, 82.61

- Eniş hədəfləri: 68.57, 66.08, 61.55

Qızıl

Qızılın qiyməti bu həftə də artımla davam edə bilər,

ABŞ-də Federal Açıq Bazar Komitəsinin açıqlamaları və

faiz endirimi gözləntiləri qızılın qiymətinə təsir göstərə bilər.

Əgər ABŞ-da faizlər enərsə, qızılın qiyməti arta bilər,

çünki investorlar təhlükəsiz aktivlərə yönələ bilər.

Cari həftənin gözləntiləri: -

- Artım hədəfləri: 2595.42, 2612.46, 2620.32

- Eniş hədəfləri: 2501.28, 2485.23, 2471.93

Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!

https://t.me/uforex_az

For consultation please leave a request

Your request has been sent successfully.

Foreks bazarının həftəlik təqvimi və analitikası 16.09.2024 - 22.09.2024

Thank You!

Your form has been succesufully send

Foreks bazarının həftəlik təqvimi və analitikası 16.09.2024 - 22.09.2024

Thank You!

Your form has been succesufully send

Müasir investisiya dünyasını bizimlə kəşf edin.

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 16.09.2024 - 22.09.2024

Thank You!

Your form has been succesufully send