Foreks bazarının həftəlik təqvimi və analitikası 18.12.2023 - 24.12.2023

UForexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:

Avrozona

19 dekabr

14:00 – İstehlakçı Qiymət İndeksi (noyabr).

Ötən həftə AMB uçot faiz dərəcəsi ilə bağlı qərarında dəyişikliyə getmədi.

AMB rəsmilərinin açıqlamasına görə, inflyasiya növbəti ildə aramla geriləyəcək və

gərəkli 2% səviyyəsinə yalnız 2025-ci ildə çata bilər.

Belə ki, proqnozlara görə hazırda 5.4% təşkil edən inflyasiya 2024-cü ildə 2.7%-ə qədər geriləyə bilər.

Həmçinin yaxın gələcəkdə iqtisadi artım tempinin nisbi sabit qalacağı proqnozlaşdırılır.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.1060, 1.1150

- Eniş hədəfləri: 1.0800, 1.0720

Böyük Britaniya

20 dekabr

11:00 – İstehlakçı Qiymət İndeksi (noyabr).

22 dekabr

11:00 – ÜDM Göstəricisi (3-cü rüb).

İngiltərə Bankı ötən həftə faiz dərəcəsini dəyişməz saxladı.

Məlumat açıqlandığı zaman GBP/USD cütlüyü avqust maksimumuna qədər yüksəlib.

Bank sədri Beylinin açıqlamasına görə, faiz dərəcəsi maksimum səviyyəsinə yüksəlib.

Lakin geriyə doğru bank hələ addım atmağı planlaşdırmır.

Belə ki, inflyasiya göstəricisi hələ ki, gərəkli səviyyəyə çatmayıb.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.2800, 1.3000

- Eniş hədəfləri: 1.2500, 1.2350

ABŞ

20 dekabr

19:00 – İstehlakçı Güvən İndeksi (dekabr);

19:30 – Xam neft ehtiyatları.\

21 dekabr

17:30 – ÜDM Göstəricisi (3-cü rüb);

17:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı.

Ötən həftə FES faiz dərəci ilə bağlı qərarına dəyişiklik etmədi.

Beləliklə, dollara tələb 3 illik minimum səviyyəsinə qədər eniş edib.

2021-ci ilin martından ilk dəfə idi ki,

FES faiz dərəcəsinin növbəti artımı ilə bağlı hər hansı proqnoz irəli sürmədi,

bu da bazar iştirakçıları tərəfindən FES-in bu istiqamətdə

son addımları olduğunun təsdiqi kimi qəbul olundu.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 102.90, 103.60

- Eniş hədəfləri: 101.50, 100.60

Qızıl

Qızıl ötən həftəni 2000$ səviyyəsi üzərində tamamlayıb.

Dünya Qızıl Birliyinin 2024-cü il üçün qızıl ilə bağlı proqnozlarına görə,

Mərkəzi Bankların faiz dərəcəsi ilə bağlı qərarları və

qlobal geoiqtisadi göstəricilər fonunda qızıl yenə də diqqət mərkəzində olacaq.

Belə ki, qızılın artım istiqamətində dəstəkləyən 2 faktor – geosiyasi gərginlik və

Mərkəzi bankların qızıla olan marağı hələ də gündəmdədir.

Qeyd edək ki, oktyabr ayında mərkəzi banklar tərəfindən 42 ton qızıl alınıb.

Ümumilikdə isə 2023-cü il ərzində banklar tərəfindən qızılın alış həcmi 10% üzərində göstərilir.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 2040.00, 2070.00

- Eniş hədəfləri: 2000.00, 1980.00

Neft

Neft ötən həftə oktyabr ayından etibarən ilk dəfədir ki,

həftəni artım istiqamətində tamamlayıb.

Brent markalı neft hazırda ilin əvvəli ilə müqayisədə təqribən

10% aşağı qiymət sərhədində ticarət olunur.

OPEK+ tərəfindən hasilat həcminin azaldılması növbəti ilin ilk rübündə

Brent markalı neftin qiymətinin təqribən 80$ üzərində qalmasını dəstəkləyə bilər.

İkinci rübdə artan tələb və bazarda yaranacaq defisit səbəbilə qiymət 90$ səviyyəsinə yüksələ bilər.

Müvafiq olaraq WTI markalı neftin qiyməti 2024-cü ilin 1-ci rübündə

75$, 2-ci rübündə isə 85$ üzərində olacağı proqnozlaşdırılır.

Cari həftənin gözləntiləri: (Brent)

- Artım hədəfləri: 79.00, 85.00

- Eniş hədəfləri: 73.00, 70.00

Cari həftənin gözləntiləri: (WTI)

- Artım hədəfləri: 75.00, 80.00

- Eniş hədəfləri: 68.00, 65.00

Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!

https://t.me/uforex_az

For consultation please leave a request

Your request has been sent successfully.

Foreks bazarının həftəlik təqvimi və analitikası 18.12.2023 - 24.12.2023

Thank You!

Your form has been succesufully send

Foreks bazarının həftəlik təqvimi və analitikası 18.12.2023 - 24.12.2023

Thank You!

Your form has been succesufully send

Müasir investisiya dünyasını bizimlə kəşf edin.

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 18.12.2023 - 24.12.2023

Thank You!

Your form has been succesufully send