Foreks bazarının həftəlik təqvimi və analitikası 19.06.23 - 25.06.23
Ötən həftə maliyyə bazarları üçün önəmli həftə idi.
Belə ki, cari ay üçün vacib göstəricilər açıqlandı.
FES və Yaponiya Bankı faiz dərəcəsi ilə bağlı fərqli qərar qəbul etməsələr də,
AMB faiz dərəcəsini 25 baza vahidi qədər yüksəltdi.
Cari həftə də yüksək dinamiklik müşahidə oluna bilər.
Belə ki, İngiltərə və İsveçrə bankları da faiz dərəcəsi ilə bağlı qərarlarını açıqlayacaqlar.
UForexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:
23 iyun
11:30 – Almaniya – İstehsal sektorunda Biznes Aktivliyi İndeksi (iyun).
Avro cari həftə 1.8% bahalaşıb.
Bu göstərici 2022-ci ilin noyabr ayından bəri avro üçün ən yaxşı həftə hesab oluna bilər.
Qeyd edək ki, ötən həftə AMB faiz dərəcəsini 25 baza vahidi qədər yüksəldərək 3.5% çatdırdı.
Lakin bank rəsmilərinin açıqlamasına görə cari ilin payızına qədər
bu sonuncu faiz artımı olmaya bilər və əsas hədəf kimi 4% qeyd olunur.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.1050, 1.1180
- Eniş hədəfləri: 1.0840, 1.0750
21 iyun
10:00 – İstehlakçı Qiymət İndeksi (may).
22 iyun
15:00 – İngiltərə Bankının Uçot faiz dərəcəsi ilə bağlı açıqlaması (iyun);
16:00 – İngiltərə Bankının İnflyasiya ilə bağlı məktubu.
23 iyun
12:30 –İstehsal sektorunda Biznes Aktivliyi İndeksi.
Hazırda maliyyə bazarlarında funtla bağlı risklər yüksək qiymətləndirilir.
Belə ki, dolların ucuzlaşması, eləcə də
İngiltərə Bankının faiz artımı istiqamətində addımları funtu dəstəkləsə də,
bu hal yaxın gələcəkdə iqtisadi artım üçün təhlükə yarada bilər.
Qeyd edək ki, İngiltərədə gəlirlilik göstəricisi normadan aşağı qiymətləndirilir.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.3000, 1.3300
- Eniş hədəfləri: 1.2700, 1.2500
21 iyun
18:00 – FES-in rəhbəri Pauelin çıxışı.
22 iyun
16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı;
18:00 – FES-in rəhbəri Pauelin çıxışı;
19:00 – Xam neft ehtiyatları.
23 iyun
17:45– Xidmət sektorunda Biznes Aktivliyi İndeksi.
16 iyunda açıqlanan məlumatlara görə,
ABŞ dövlət borc öhdəliyi artıq 32 trilyon dolları keçib.
Eyni zamanda FES-in açıqlamasından sonra dollar
ötən həftəni digər valyutalara nisbətdə tərəddüdlü mövqedə tamamlayıb.
FES siyasətinin pik nöqtəsi dollara mənfi təsir göstərə bilər.
Belə ki, investorlar daha riskli və gəlirli aktivlərə yatırım etməyə meylli olacaqlar.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 103.00, 103.27
- Eniş hədəfləri: 101.20, 100.70
22 iyun
11:30 – İsveçrə Mərkəzi Bankının Uçot faiz dərəcəsi ilə qərarı;
12:00 – İsveçrə Mərkəzi Bankının mətbuat konfransı.
USD/CHF cütlüyü 0.9100 səviyyəsində güclü müqavimətlə rastlaşıb.
Belə ki, dollar indeksinin zəifləməsi frankı dəstəkləyib.
Lakin digər tərəfdən cari həftə İsveçrə Mərkəzi Bankı,
faiz dərəcəsi ilə bağlı qərarını açıqlayacaq və
gözləntilərə görə bank artım istiqamətində addım atmağa tələsmir.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 0.9000, 0.9100
- Eniş hədəfləri: 0.8850, 0.8750
Qızılın qiyməti FES-in açıqlamasından sonra tərəddüdlü mövqedədir.
Belə ki, qızılda may ayının əvvəlindən sərgilənən korrektiv enişin sonu olduğu ehtimal olunur.
Qeyd edək ki, qızıl təqribən 100$ ucuzlaşaraq 3 aylıq minimum səviyyəsinə qədər eniş edib.
Qızılın artım istiqamətində bərpası FES-in növbəti aylarda
faiz artımına son qoyması qərarından sonra mümkün ola bilər.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1975.00, 1990.00
- Eniş hədəfləri: 1940.00, 1915.00
Neft ötən həftə 6 həftənin maksimum artım səviyyəsini sərgiləyib.
Belə ki, dolların zəifləməsi, eləcə də dünyanın ən böyük xam neft idxalçısı
sayılan Çin tərəfindən neft daşıyıcılarına tələbin artması neftin qiymətini dəstəkləyib.
Eyni zamanda, OPEK+ üzv ölkələrin və əlavə olaraq Səudiyyə Ərəbistanın qərarı əsasında
iyul ayında neft hasilatı həcmini azaltmaq istəyi yaxın aylarda
neftin qiymətinin 70$ üzərində möhkəmlənəcəyi ehtimalını gücləndirir.
Cari həftənin gözləntiləri: (Brent)
- Artım hədəfləri: 79.00, 83.00
- Eniş hədəfləri: 73.50, 71.00
Cari həftənin gözləntiləri: (WTI)
- Artım hədəfləri: 73.50, 77.00
- Eniş hədəfləri: 69.00, 66.00
Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital Investment Company OJSC.
Bütün hüquqlar qorunur.