Foreks bazarının həftəlik təqvimi və analitikası 20.11.2023 - 26.11.2023
UForexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:
24 noyabr
11:00 – Almaniya – ÜDM göstəricisi (3-cü rüb).
Avro ötən həftə artım istiqamətində əsaslı hərəkət sərgiləyib.
Əsas səbəb olaraq dolların geriləməsi göstərilir.
Digər tərəfdən, AMB-nın rəsmilərinin açıqlamasına görə,
gərəkli olduğu halda faiz dərəcəsi yenidən artırıla bilər.
Bazar iştirakçıları anlamalıdırlar ki, bu hələ son deyil
və dekabr toplantısında hər şey ola bilər.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.0980, 1.1100
- Eniş hədəfləri: 1.0820, 1.0700
21 noyabr
23:00 – FOMS toplantı protokolu.
22 noyabr
04:30 – FOMS toplantı protokolu;
17:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı;
19:30 – Xam neft ehtiyatları;
23:00 – FOMS toplantı protokolu.
24 noyabr
18:45 – Xidmət sektorunda Biznes Aktivliyi İndeksi (noyabr).\
Dollar ötən həftə sürətli eniş yaşadı.
Bununla da cari ildə 2-ci dəfədir ki,
dollar həftə ərzində 1.8% eniş sərgiləyib.
ABŞ-da ötən həftə açıqlanan inflyasiya göstəriciləri
gözləntidən zəif açıqlandı.
Bu da FES-in artıq 2024-cü ilin ilk rübündən etibarən
faiz dərəcəsini aşağı salacağını göstərir.
Eyni zamanda, 10 illik xəzinə istiqrazlarının gəlirliliyi
də 2 ayın minimumuna enib.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 104.50, 105.50
- Eniş hədəfləri: 103.00, 102.30
Qızılın qiyməti 2023-cü ilin oktyabr ayında
son 50 ilin ən yüksək artımını sərgiləyib.
Qızıl oktyabr ayında 7.3% bahalaşıb.
Buna əsas səbəb olaraq ABŞ iqtisadi göstəricilərinin,
xüsusilə inflyasiyada zəif geriləmə templəri göstərilir.
Ümumilikdə son 12 ay ərzində qızıl 22% bahalaşıb.
Digər tərəfdən, Dünya Qızıl Birliyinin açıqlamasına görə,
cari ilin 3-cü rübündə mərkəzi banklar 337 ton qızıl əldə ediblər.
Alıcı ölkələr sırasında Çin, Polşa və Türkiyə liderlik edirlər.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1995.00, 2020.00
- Eniş hədəfləri: 1965.00, 1945.00
Neftin qiyməti artıq 4 həftədir ki, eniş yaşayır.
Həm Brent, həm də WTI markalı neft 4 həftə ərzində
ümumi dəyərinin 1/6 hissəsini itirib.
Neftin ötən həftə sürətli enişinin əsas səbəbi kimi
ABŞ neft ehtiyatlarının sürətlə artması göstərilir.
Müşahidə olunan qiymət enişi Səudiyyə Ərəbistanın
2024-cü ilin əvvəlində də günlük hasilatı 1mln barel həcmində
saxlayacağı ehtimalını gücləndirir.
Cari həftənin gözləntiləri: (Brent)
- Artım hədəfləri: 84.00, 88.00
- Eniş hədəfləri: 77.00, 73.00
Cari həftənin gözləntiləri: (WTI)
- Artım hədəfləri: 80.00, 84.00
- Eniş hədəfləri: 72.00, 68.00
Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital Investment Company OJSC.
Bütün hüquqlar qorunur.