Foreks bazarının həftəlik təqvimi və analitikası 21.08.2023 – 27.08.2023

Ötən həftə maliyyə bazarlarında yüksək volatillik müşahidə olundu.

Belə ki, YZEB faiz dərəcəsini dəyişməsə də, əksinə Rusiya Bankı gözlənilmədən faiz dərəcəsini

8.5%-dən 12%-ə qaldırsa da, bazarın dinamikasına təsir edən əsas göstərici FOMS toplantı protokolunun dərci oldu.

Cari həftə ABŞ bazarında inflyasiya göstəricisi açıqlanacaq, eyni zamanda FES rəhbəri Pauelin çıxışı gözlənilir.

UForexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:

Avrozona

25 avqust

10:00 – Almaniya - ÜDM Göstəricisi (2-ci rüb).

EUR/USD cütlüyü ötən həftəni zəif mövqedə tamamlayıb.

Belə ki, dolları dəstəkləyən göstəricilər fonunda bahalaşması avronu təzyiq altında saxlayaraq

1.0840 səviyyəsinədək enişinə təsir edib.

Almaniyada İqtisadi əhval-ruhiyyə indeksi avqust ayında gözləntilərin üzərində açıqlansa da,

ümumi qiymətləndirmə indeksi geriləyib.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.1060, 1.1160

- Eniş hədəfləri: 1.0780, 1.0680

ABŞ

23 avqust

17:45 – Xidmət sektorunda Biznes Aktivliyi İndeksi (avqust);

18:30 – Xam neft ehtiyatları.

24 avqust

16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı.

25 avqust

18:05 – FES rəhbəri Pauelin çıxışı.

Dollar 15 aylıq fasilədən sonra 5-ci həftədir ki, yüksəlişdədir və beləliklə,

103.00 səviyyəsi üzərində qərarlaşa bilib.

Dolları bahalaşma istiqamətində dəstəkləyən səbəblər kimi FES-in

pul-kredit siyasətində geri addım atmağa hələ hazır olmaması,

müsbət makroiqtisadi göstəricilər, uzunmüddətli xəzinə istiqrazlarının yeni maksimumlara yaxınlaşması,

eləcə də Çin iqtisadiyyatında artan risklər göstərilir.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 103.80, 104.50

- Eniş hədəfləri: 102.70, 102.00

Qızıl

Qızıl ötən həftəni zəif mövqedə tamamlayaraq 1880$ səviyyələrinə qədər eniş edib.

Qızılın dəyər itirməsinə təsir edən əsaslı göstəricilər kimi dolların makroiqtisadi göstəricilər əsasında güclənməsi

və Çindən gələn məyusedici xəbərlər qeyd olunur.

Çinin iyul ayı üçün açıqlanan ticarət əlaqələri və inflyasiya göstəriciləri, ölkənin iqtisadiyyatının zəif artım tempinin əsas mənbəyidir.

Digər tərəfdən, fiziki qızıla olan tələbat artmaqda davam edir.

Belə ki, Türkiyənin 2023-cü ilin 2-ci rübü ərzində qızıl külçələrə olan tələbatı 5 dəfə artıb və beləliklə, tələb 98 tona çatıb.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1935.00, 1970.00

- Eniş hədəfləri: 1860.00, 1825.00

Neft

Neft ötən həftə Çinin qeyri-stabil iqtisadiyyatı fonunda geriləyib.

Proqnozlara görə, eniş qısamüddətli xarakter daşıya bilər.

Belə ki, qara qızıl bazarında davam edən gərginlik neftin qiymətini hələ də dəstəkləyir və

cari ilin sonunadak neftin qiymətinin 95$-dək bahalaşacağı ehtimal olunur.

Səudiyyə Ərəbistan və Rusiyanın tətbiq etdiyi məhdudiyyətlər fonunda cari ayda günlük hasilat həcmi təqribən 2mln barel,

sentyabr ayı üçün isə 1.5 mln barel təşkil edə bilər.

Cari həftənin gözləntiləri: (Brent)

- Artım hədəfləri: 88.00, 92.00

- Eniş hədəfləri: 82.00, 78.00

Cari həftənin gözləntiləri: (WTI)

- Artım hədəfləri: 84.00, 88.00

- Eniş hədəfləri: 77.00, 73.00

For consultation please leave a request

Your request has been sent successfully.

Foreks bazarının həftəlik təqvimi və analitikası 21.08.2023 – 27.08.2023

Thank You!

Your form has been succesufully send

Foreks bazarının həftəlik təqvimi və analitikası 21.08.2023 – 27.08.2023

Thank You!

Your form has been succesufully send

Müasir investisiya dünyasını bizimlə kəşf edin.

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 21.08.2023 – 27.08.2023

Thank You!

Your form has been succesufully send