Foreks bazarının həftəlik təqvimi və analitikası 21.10.2024 - 27.10.2024

UForexcari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:

ABŞ dolları ABŞ-də keçiriləcək prezident seçkiləri ilə bağlı bazar gözləntiləri qarşısında öz qeyri-müəyyənliyini qoruyur.

Yaxın Şərqdə qarşıdurmalar səngimir və belə olan halda Qızıl öz dəyərini artırmağa davam edir.

OPEC+ növbəti dönəm üzrə Çinin neft tələbatının artacağını gözləyir. Bunun isə Neft qiymətinə böyük təsir edəcəyi ehtimal olunur.

Digər yandan, Avrozona və İngiltərə “göyərçinli” vəziyyəti qorumağa davam edir.

ABŞ

Dollar indeksi 3-cü həftədir ki, öz artım tempini qoruyur.

Seçki öncəsi yüksək qeyri-müəyyənlik nümayiş edən Dollar, valyutalar qarşısında

üstünlüyünü qorusa da, əmtəələr qarşısında dəyər itirir. Treyderlər Federal Ehtiyat Sisteminin

(FED) faiz dərəcəsini tədricən azaltmaq yolunu izləyəcəyinə əmindirlərvə il sonuna kimi ümumi

50 baza bəndi olacağı gözləntiləri yüksəkdir. Belə olan halda təxminlər növbəti faiz endirimini,

yəni 25 faiz bəndlik bir endirimi dəstəkləyir.

Digər yandan, son milli sorğular Respublikaçılar Partiyasının namizədi və ABŞ-nin keçmiş prezidenti

Donald Trampın Demokratların namizədi və ABŞ-nin vitse-prezidenti Kamala Harrisdən üstün olduğunu göstərir.

23 oktyabr

18:00 – Təkrar mənzil bazarında satışlar (sentyabr)

18:30 – Xam neft ehtiyatları haqqında məlumatın açıqlanması

24 oktyabr

16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı

17:45İstehsal sektorunda biznes aktivliyinin indeksi (PMI) (oktyabr)

17:45Xidmət sektorunda biznes aktivliyinin indeksi (PMI) (oktyabr)

18:00Yeni ev satışları (sentyabr)

25 oktyabr

16:30 – Uzunmüddətli istifadə məhsullarının sifariş həcmi (sentyabr)

Avrozona

Avronun ötən həftə Avropa Mərkəzi Bankının (ECB) faiz dərəcələrini

25 baza bəndi azaltması ilə birlikdə dəyər itirməsi daha da artdı.

Avrozonada zəifləyən iqtisadi artım və inflyasiya təzyiqləri bankın 2%-lik hədəfindən aşağı olduğundan,

investorlar ECB-nin dekabr ayında borc faizlərini yenidən endirəcəyini gözləyirlər.

Həmçinin noyabrda FED-in faiz qərarı EUR/USD cütlüyünün gələcək taleyində böyük önəm daşıyır.

İnvestorlar çərşənbə axşamından başlayaraq iki gün ərzində ECB prezidenti Kristin Laqardın çıxışına diqqət yetirəcəklər.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1,0951;1.1088; 1,1254,

- Eniş hədəfləri: 1,0841; 1,0794; 1,0755

Böyük Britaniya

Həftənin əvvəlində Funt sterlinq “Rightmove Group” tədqiqat şirkətinin mənzil qiymətləri ilə bağlı

makroiqtisadi statistikanın açıqlanmasının təzyiqi altındadır.

Oktyabr ayında indeks illik müqayisədə 1,2%-dən 1,0%-ə qədər gerilədi.

Aylıq 0,8%-dən 0,3%-ə qədər olan geriləmə isə ölkədə inflyasiya risklərinin azaldılmasına kömək edə bilər.

Həmçinin çərşənbə axşamı İngiltərə Bankının (BoE) rəhbəri Endryu Beylinin

Nyu-Yorkda “Bloomberg” Qlobal Tənzimləmə Forumunda çıxışı gözlənilir.

Çıxışda BoE-nin növbəti faiz qərarı ilə bağlı önəmli məqamların olacağı ehtimal olunur.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.3214; 1.3304; 1.3368

- Eniş hədəfləri: 1.3012; 1.2996; 1.2906

Neft

Qara qızılın qiyməti İsrail və İran arasındakı gərginliyin nisbətən azalması ilə

birlikdə ötən həftə 7%-dən bir qədər çox azaldı. Bununla belə investorlar Çin Xalq Bankının (PBoC)

1 illik Kredit Faiz dərəcəsini (LPR) 3,35%-dən 3,10%-ə, 5 illik LPR-ni isə 3,85%-dən 3,6%-ə

endirməsinin ardından, istehsala böyük töhfə verəcəyini düşünürlər ki, bu da neftə olan tələbatı artıracaqdır.

Cari həftənin gözləntiləri: (WTI)

- Artım hədəfləri: 78.83; 82.11; 85.76

- Eniş hədəfləri: 68.25; 64.97; 63.55

Cari həftənin gözləntiləri: (Brent)

- Artım hədəfləri: 80,66; 82,31; 84,81

- Eniş hədəfləri: 74,01; 72,36 ; 72,11

Qızıl

Qızılın qiyməti Yaxın Şərqdə baş tutan qarşıdurmalar nəticəsində ötən həftə yeni rekordlar qırmağı bacardı.

İsrailin İrana qarşı açıqlamaları və mövcud vəziyyət bunun bir qədər də davam edəcəyini deyir.

Digər yandan, ABŞ iqtisadiyyatının güclü göstəriciləri Qızılın sürətli artımını məhdudlaşdırır.

ABŞ-də seçki qabağı qeyri-müəyyən şərait qiymətli metallara, əsasən də “güvənli liman”

olan Qızıla marağı artırmağa davam edir.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 2.741,78; 2.761,45; 2.783,29

- Eniş hədəfləri: 2.702,74; 2.685,74; 2.669,94;

Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!

https://t.me/uforex_az

For consultation please leave a request

Your request has been sent successfully.

Foreks bazarının həftəlik təqvimi və analitikası 21.10.2024 - 27.10.2024

Thank You!

Your form has been succesufully send

Foreks bazarının həftəlik təqvimi və analitikası 21.10.2024 - 27.10.2024

Thank You!

Your form has been succesufully send

Müasir investisiya dünyasını bizimlə kəşf edin.

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 21.10.2024 - 27.10.2024

Thank You!

Your form has been succesufully send