Foreks bazarının həftəlik təqvimi və analitikası 23.09.2024 - 29.09.2024

UForexcari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:

Qızıl 2600 səviyyəsini ötüb, yeni rekordlara doğru irəliləməkdədir.

Yaxın Şərqdəki qeyri-müəyyən şərait və FED-in uçot faiz dərəcəsindəki kəskin eniş ilə bağlı açıqlamalar bazarda neft və qızıla olan tələbi artırır.

Bu həftə bütün diqqət Avrozonaya, Böyük Britaniyaya və ABŞ-dəki “S&P Global”ın İstehsalat və Xidmətlər üzrə PMI məlumatlarına yönəlmişdir.

Tənəzzül narahatlıqları fonunda qlobal iqtisadi vəziyyətə dair yeni göstəricilər ortaya çıxır.

Eyni zamanda, FED-in siyasətçiləri Rafael Bostik, Ostan Qulsbi və Nil Kaşikarinin çıxışları da diqqət cəlb edir.

Həmçinin bazarlar FED-in sədri Cerom Pauelin çıxışını və bu həftəsonu açıqlanacaq ABŞ PCE inflyasiya məlumatlarını gözləyir.

Bu xəbərlərin bazar dinamikasına təsiri əhəmiyyətli ola bilər.

ABŞ

FED-in ötən həftəki uçot faiz dərəcəsi qərarından sonra,

ABŞ-də bu həftə açıqlanması gözlənilən xəbərlər dolların necə hərəkət edəcəyində böyük önəm daşıyır.

Avrozona üzrə biznes aktivliyinin indeksinin mənfi nəticələri qarşısında nisbətən artım göstərən dollar,

Nyu-York bazar açılışı ərəfəsində açıqlanması gözlənilən biznes aktivliyinin indeksinin nəticələrinə fokuslanıb.

Uzunmüddətli uçot faiz dərəcəsi gözləntiləri isə FED-in daha 75 faiz bəndlik bir endirim ehtimalını istisna etmir.

23 sentyabr

17:45 - İstehsal sektorunda biznes aktivliyinin indeksi (PMI) (Sentyabr)

17:45 - Xidmət sektorunda biznes aktivliyinin indeksi (PMI) (Sentyabr)

24 sentyabr

18:00 – İstehlakçı güvən indeksi (Sentyabr)

25 sentyabr

18:00 – Yeni Ev Satışları (Avqust)

18:30 – Xam neft ehtiyatları haqqında məlumatın açıqlanması

26 sentyabr

16:30 – Ümumi Daxili Məhsul (ÜDM) (rüblük) (2-ci rüb)

16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı

17:20 – FED-in sədri C.Pauelin çıxışı

27 sentyabr

16:30 – Əsas Şəxsi İstehlak Xərcləri Qiymət İndeksi (İllik) (Avqust)

16:30 – Əsas Şəxsi İstehlak Xərcləri Qiymət İndeksi (Aylıq) (Avqust)

Avrozona

Avro ötən həftə FED-in qərarının qeyri-müəyyənliyi nəticəsində bir qədər dollar qarşısında dəyər qazansa da,

1.1200 səviyyəsini qırmağa nail ola bilmədi. Məqalənin dərc olunduğu saatlarda,

Avrozona və Almaniyada yayımlanan biznes aktivliyinin indeksinin nəticəsi EUR/USD cütlüyü üzrə artım gözləyən treyderləri məyus etdi və

Avro həftənin əvvəlində nisbətən dəyər itirməyə başladı.

Digər yandan, cütlüyün qiymətinə böyük təsir edə biləcək ABŞ-də açıqlanması gözlənilən biznes aktivliyinin indeksi (PMI) böyük diqqətlə izlənilir.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.1210, 1.1233, 1.1305

- Eniş hədəfləri: 1.0891, 1.0684, 1.1008

Böyük Britaniya

BoE-nin uçot faiz dərəcəsini 5%-də sabit saxlaması və Böyük Britaniyadakı inflyasiya məlumatlarının avqust ayında illik 2.2% səviyyəsində sabit qalması,

Funtun son iki ilin ən yüksək səviyyəsinə çatmasına səbəb oldu.

Böyük Britaniya kansleri Reyçel Rivzin bazar ertəsi Leyboristlər Partiyasının konfransındakı çıxışı Böyük Britaniyanın PMI məlumatları ilə birlikdə diqqətlə izləniləcək.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.3345, 1.3428, 1,3512

- Eniş hədəfləri: 1.3266, 1.3060, 1.2996

Neft

Yaxın Şərqdə artan gərginlik fonunda mümkün tədarük zəncirinin pozulması ilə WTI markalı neftin qiymətinin nisbətən bahalaşacağı güman edilir.

İsrail və Livan arasındakı qarşıdurmanın səngiməməsi şəraitində, neftin qiymətinin artım trendini qoruyacağını demək olar.

Ötən həftə FED-in uçot faiz dərəcəsini endirməsi və 2024-cü ilin sonuna kimi əlavə faiz endirimi gözləntiləri ABŞ-də mümkün iqtisadi artımı sürətləndirə bilər ki,

bunun da ən böyük neft istehlakçısı olan ABŞ-də neftə olan tələbatı artıracağı gözlənilir.

Cari həftənin gözləntiləri: (WTI)

- Artım hədəfləri: 74.33, 76.99, 79.57

- Eniş hədəfləri: 65.09, 62.51, 57.85

Cari həftənin gözləntiləri: (Brent)

- Artım hədəfləri: 76.49, 80.12, 82.61

- Eniş hədəfləri: 68.57, 66.08, 61.55

Qızıl

Qızıl bütün vaxtların ən yüksək qiymətini gördü,

buna səbəb kimi FED-in uçot faiz dərəcəsini endirməsini və Yaxın Şərqdəki geosiyasi riskləri göstərmək olar.

İnvestorların güvənli liman hesab edilən qızıla olan marağı artmaqdadır.

Belə olan halda bu həftə yeni rekord səviyyələri görməyimiz mümkündür.

Digər yandan, treyderlər bazar ertəsi açıqlanacaq olan ABŞ-də biznes aktivliyinin indeksi (PMI) xəbərini böyük diqqətlə gözləyirlər.

Əgər nəticə gözləniləndən yuxarı olarsa, bu USD-nin bir qədər qızıl qarşısında dəyər qazanmasına səbəb ola bilər.

Cari həftənin gözləntiləri: -

- Artım hədəfləri: 2632.44, 2640.12, 2651.13

- Eniş hədəfləri: 2529.08, 2522.36, 2501.55

Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün “Telegram” kanalımızı izləyin!

https://t.me/uforex_az

For consultation please leave a request

Your request has been sent successfully.

Foreks bazarının həftəlik təqvimi və analitikası 23.09.2024 - 29.09.2024

Thank You!

Your form has been succesufully send

Foreks bazarının həftəlik təqvimi və analitikası 23.09.2024 - 29.09.2024

Thank You!

Your form has been succesufully send

Müasir investisiya dünyasını bizimlə kəşf edin.

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 23.09.2024 - 29.09.2024

Thank You!

Your form has been succesufully send