Foreks bazarının həftəlik təqvimi və analitikası 24.07.23 - 30.07.23
Ötən həftə maliyyə bazarlarında dolların qismən güclənməsinin şahidi olduq.
Lakin dolların bu mövqeyini cari həftə qoruya biləcəyi sual altındadır.
Belə ki, cari həftə FES faiz dərəcəsi ilə bağlı qərarını açıqlayacaq.
Əlavə olaraq, cari həftə AMB və Yaponiya Bankı da faiz dərəcəsi ilə bağlı qərarlarını açıqlayacaq.
UForex cari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:
24 iyul
11:30 – Almaniya - İstehsal sektorunda Biznes Aktivliyi İndeksi (iyul).
27 iyul
16:15 – AMB-nin Uçot faiz dərəcəsi ilə bağlı qərarı(iyul);
16:45 – AMB-nın mətbuat konfransı.
28 iyul
16:00 – Almaniya – İstehlakçı Qiymət İndeksi (iyul).
Avro cari ildə özünü müsbət istiqamətdə təsdiq edib.
Belə ki, 2023-cü il ərzində təqribən 4% dəyər qazanıb.
Növbəti aylarda da qiymət artımının davam edəcəyi ehtimal olunur.
Avropada baza inflyasiya göstəricisinin stabilləşməsi AMB-nı
depozit faiz dərəcəsini 4%-ə qədər qaldıracağı ehtimalını gücləndirir.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri 1.1280, 1.1420
- Eniş hədəfləri 1.1050, 1.0950
24 iyul
12:30 – İstehsal sektorunda Biznes Aktivliyi İndeksi.
Ötən həftə Britaniyada açıqlanan Pərakəndə Satış göstəricisi
iyun ayında 0.7%-ə qədər artım olduğunu sərgiləyir.
Bu göstəricilərdən sonra İngiltərə maliyyə naziri bildirib ki, əgər inflyasiyanın
enməsi istiqamətində hazırlanmış plana uyğun olaraq addımlasaq, tezliklə nəticəni görəcəyik.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri 1.3080, 1.3300
- Eniş hədəfləri 1.2680, 1.2480
24 iyul
17:45 – Xidmət sektorunda Biznes Aktivliyi İndeksi (iyul).
26 iyul
18:30 – Xam neft ehtiyatları;
22:00 – FOMS-un açıqlaması;
22:00 – FES-in faiz dərəcəsi ilə bağlı açıqlaması;
22:30 – FOMS-un mətbuat konfransı.
27 iyul
16:30 – ÜDM göstəricisi (2-ci rüb);
16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı.
Dollar indeksi ardıcıl bir neçə həftəlik enişdən sonra
ötən həftəni artım istiqamətində tamamlayaraq 101 sərhədinə yaxınlaşa bilib.
Cari həftə dollar üçün önəmli həftə sayılır. Belə ki, FOMS-un toplantısı nəticəsində
FES-in uçot faiz dərəcəsi ilə bağlı verəcəyi qərar doların yaxın gələcəkdə istiqamətini də bəlli edəcək.
Artım davam edərsə və dollar indeksi 102.50 sərhədini keçə bilərsə, hədəf 104 səviyyəsi hesab olunur.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri 102.50, 104.00
- Eniş hədəfləri 100.00, 99.00
28 iyul
07:00 – Yaponiya Bankının Uçot faiz dərəcəsi ilə bağlı açıqlaması;
10:00 – Yaponiya Bankının mətbuat konfransı.
Ötən həftə Yaponiya Bankının rəsmilərinin açıqlamasına görə,
bank növbəti toplantısında hər hansı dəyişikliyə getməyəcək və
cari faiz dərəcəsini olduğu kimi saxlayacaq.
Açıqlamalardan sonra USD/JPY cütlüyü gerilədiyi 137 səviyyələrindən yenidən 141 sərhədi üzərində qərarlaşıb.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri 145.00, 149.00
- Eniş hədəfləri 138.80, 135.80
Qızıl iqtisadiyyatın qeyri-stabil dövründə,
adətən kapitalın qorunması istiqamətində sığorta edici aktiv hesab olunur.
Qeyd edək ki, cari il ərzində qızıl 9% dəyər qazanıb və bu artım tempi qızıla olan marağın çoxalması fonunda davam etməkdədir.
Proqnozlara görə, cari ilin 4-cü rübü ərzində qızılın qiyməti 2100$ sərhədi üzərində qərarlaşa bilər.
Qeyd edək ki, Türkiyə 3 aylıq ardıcıl satışlardan sonra yenidən qızıl ehtiyatlarını artırmaq niyyəti ilə alışları bərpa edib və
iyun ayında 11 ton qızıl alıb.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri 1990.00, 2035.00
- Eniş hədəfləri 1930.00, 1890.00
Yaxın şərq ölkələri – Səudiyyə Ərəbistan, BƏƏ, İran, İraq və Küveytdə neft hasilatının maya dəyəri 20$-26$ başa gəlir.
Bu dünyada ən aşağı göstərici hesab olunur və
dünya üzrə qara qızılın ümumi həcminin yarısı məhz qeyd olunan ölkələrin payına düşür.
Digər tərəfdən, Rusiya neftinin hasilat maya dəyəri 2022-ci il üçün 50$ təşkil edir.
Qeyd edək ki, 2023-cü ilin ilk yarısında Çin Rusiyadan günlük 11.4 mln. barel neft idxal edib.
Cari həftənin gözləntiləri: (Brent)
- Artım hədəfləri 83.00, 88.00
- Eniş hədəfləri 78.00, 75.00
Cari həftənin gözləntiləri: (WTI)
- Artım hədəfləri 79.00, 82.00
- Eniş hədəfləri 74.00, 71.00
Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital Investment Company OJSC.
Bütün hüquqlar qorunur.