Foreks bazarının həftəlik təqvimi və analitikası 25.09.2023 - 01.10.2023
Ötən həftə maliyyə bazarlarında qeyri-stabil hərəkətlilik müşahidə olundu.
FES, İngiltərə və İsveçrə Mərkəzi Bankları faiz dərəcələrini dəyişməz olaraq saxladılar.
Cari həftə bazarda yüksək dinamikaya səbəb olacaq bir sıra iqtisadi göstəricilər açıqlanacaq.
UForexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:
28 sentyabr
16:00 – Almaniya – İstehlakçı Qiymət İndeksi (sentyabr).
29 sentyabr
13:00 – İstehlakçı Qiymət İndeksi (sentyabr).
Avro ötən həftə 6 aylıq minimuma qədər eniş edib.
Bir sıra bazar iştirakçıları cari ayda AMB-nin faiz dərəcəsini 25 baza vahidi qədər qaldırmasını sonuncu həmlə hesab edirlər.
Ehtimal olunur ki, fərqli sektorlarda inflyasiya göstəricilərinin geriləməsi mərkəzi bankı növbəti faiz artımından çəkindirə bilər.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.0760, 1.0900
- Eniş hədəfləri: 1.0500, 1.0380
29 sentyabr
10:00 – ÜDM Göstəricisi (2-ci rüb).
İngiltərə Bankının ötən həftə faiz dərəcəsini olduğu kimi saxlamaq qərarı
funtun mart ayından indiyədək minimum səviyyəyə qədər enməsinə təsir etdi.
Belə ki, 14 ardıcıl faiz artımından sonra cari ayda bank fasilə verdi.
Bankın bu addımı atmasına səbəb olan əsas göstərici
inflyasiyanın gözlənilən səviyyənin altında olmasıdır - yəni geriləməsidir (7% əvəzinə 6.7%).
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.2400, 1.2630
- Eniş hədəfləri: 1.2130, 1.1930
26 sentyabr
18:00 – İstehlakçı Güvən İndeksi.
27 sentyabr
18:30 – Xam neft ehtiyatları.
28 sentyabr
16:30 – ÜDM Göstəricisi (2-ci rüb);
16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı.
29 sentyabr
00:00 – FES rəhbəri Pauellin çıxışı.
Dollar indeksi cari ay artım istiqamətində hərəkətini davam etdirib.
Artımı dəstəkləyən səbəblər arasında faiz dərəcəsi ilə bağlı qərarlar və iqtisadi göstəricilər olub.
Belə ki, İstehlakçı Qiymət İndeksi iyul ayında 3.2%-dən 3.7%-dək yüksəlib.
Bu səbəbdən FES faiz dərəcəsini cari ay dəyişməz saxlasa da,
cari ilin sonunadək daha 25 baza vahidi qədər yüksəlişə gedə biləcəyini qeyd edib.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 105.75, 106.20
- Eniş hədəfləri: 104.60, 104.00
İsveçrə gömrük idarəsinin açıqlamasına görə, avqust ayı ərzində ölkəyə ABŞ-dan 30.5,
Argentinadan 14.4, Çilidən 13.5 ton qızıl idxal olunur.
Eyni zamanda, ölkədən Hindistana 26.3, Çinə 25.2, BƏƏ-nə 20.3 ton qızıl ixrac olunub.
Çin Mərkəzi Bankı yuanın kursunun dəstəklənməsi məqsədilə tətbiq olunan qızıl idxalı məhdudiyyətini aradan qaldırıb.
Bu isə öz növbəsində ölkədə qiymətli metalın dəyərinin bahalaşmasına səbəb olub.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1945.00, 1970.00
- Eniş hədəfləri: 1900.00, 1880.00
Bazar iştirakçıları neftin qiymətinin cari ilin 4-cü rübündə 100$ çatacağını,
əks halda 75$-dan aşağı enməyəcəyini proqnozlaşdırırlar.
Buna əsas səbəb kimi OPEK+ hasilat həcminin azaldılması qərarının ilin sonuna qədər uzatması,
həmçinin Ukraynada davam edən münaqişə qeyd olunur.
Eyni zamanda, Baker Hughes şirkətinin açıqladığı məlumata görə,
ABŞ-da aktiv neft buruqlarının sayı 507-dək azalıb ki,
bu da 2022-ci ilin fevralından ən aşağı göstərici hesab olunur.
Cari həftənin gözləntiləri: (Brent)
- Artım hədəfləri: 97.00, 103.00
- Eniş hədəfləri: 91.00, 87.00
Cari həftənin gözləntiləri: (WTI)
- Artım hədəfləri: 94.00, 98.00
- Eniş hədəfləri: 86.00, 83.00
Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital Investment Company OJSC.
Bütün hüquqlar qorunur.