Foreks bazarının həftəlik təqvimi və analitikası 25.12.2023 - 31.12.2023

Cari həftə bayram həftəsi olduğu üçün bir sıra ölkələrdə qeyri-iş günləri ilə əlaqədar olaraq maliyyə bazarlarında zəif volatillik və erkən bağlanmalar müşahidə olunacaq.

UForexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:

25 dekabr

Almaniya Milad bayramı

Britaniya Milad bayramı

İsveçrə - Milad bayramı

ABŞ – Milad bayramı

Kanada – Milad bayramı

Avstraliya Milad bayramı

Yeni Zelandiya Milad bayramı

26 dekabr

Almaniya Hədiyyə günü (bayram)

Britaniya Hədiyyə günü (bayram)

İsveçrə - Müqəddəs Stefan günü

Kanada – Hədiyyə günü (bayram)

Avstraliya Hədiyyə günü (bayram)

Yeni Zelandiya Hədiyyə günü (bayram)

ABŞ

28 dekabr

17:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı;

20:00 – Xam neft ehtiyatları.

Dollar indeksi ötən həftəni eniş istiqamətində tamamlayıb.

Ümumilikdə, dollar FES-in faiz artımında geriyə doğru addım atacağı ehtimalı ilə son bir neçə aydır ki,

təzyiq altındadır. Bundan əlavə, son 6 ildə dekabr aylarında dollar indeksi eniş istiqamətində mövqe tutub.

Yanvar ayında indeks artım istiqamətinə keçid edə bilər.

Belə ki, son 20 ildə yanvar ayında indeks orta göstərici olaraq 0.7% bahalaşıb.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 102.50, 103.80

- Eniş hədəfləri: 100.50, 99.20

Qızıl

2023-cü il ümumilikdə qızıl üçün qeyri-stabil və gərgin bir il oldu.

İnflyasiya, qlobal münaqişələr,

Mərkəzi Bankların faiz qərarları fonunda qızıl tarixi maksimum səviyyələrinə qədər yüksələ bilmişdir.

Digər tərəfdən, Mərkəzi Banklar tərəfindən qızıl ehtiyatlarının artırılması məqsədilə artan tələb qızılın qiymətini dəstəkləyib.

Cari ildə qızıl alışında lider mövqedə Türkiyə və Çin Mərkəzi Bankları durur ki,

ümumilikdə onların alış həcmi 1000 ton üzərində qərarlaşıb.

Növbəti ildə qızılın qiymətinin artım istiqamətində hərəkətini davam etdirəcəyi ehtimal olunur.

Belə ki, Mərkəzi Bankların faiz artımı istiqamətində siyasətlərini sonlandırmaları qızıla sığorta aləti olaraq marağı yüksəldəcək.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 2070.00, 2095.00

- Eniş hədəfləri: 2030.00, 2010.00

Neft

Neftin qiyməti artıq 2-ci həftədir ki, artım mövqeyini qoruyub saxlayır.

Ötən həftə Rusiya rəsmilərinin açıqlamasında qeyd olunmuşdur ki,

ölkə günlük hasilat həcmini daha 50000 barel azaltmaq niyyətindədir.

Digər tərəfdən, Rusiyada kəskin pisləşən hava şəraiti ilə əlaqədar olaraq limanlardan yükləmə həcminin

3-də 2 hissəsini dayandırıb. İri yükdaşıma şirkətləri Süveyş kanalında kommersiya məqsədli gəmilərə edilən

hücumların sayının artması səbəbilə bu istiqamətdə daşınmanı dayandırıb.

Bütün bu faktorlar neftin qiymətini artım istiqamətində dəstəkləyir.

Cari həftənin gözləntiləri: (Brent)

- Artım hədəfləri: 84.00, 88.00

- Eniş hədəfləri: 75.00, 72.00

Cari həftənin gözləntiləri: (WTI)

- Artım hədəfləri: 79.00, 83.00

- Eniş hədəfləri: 70.00, 67.00

Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!

https://t.me/uforex_az

For consultation please leave a request

Your request has been sent successfully.

Foreks bazarının həftəlik təqvimi və analitikası 25.12.2023 - 31.12.2023

Thank You!

Your form has been succesufully send

Foreks bazarının həftəlik təqvimi və analitikası 25.12.2023 - 31.12.2023

Thank You!

Your form has been succesufully send

Müasir investisiya dünyasını bizimlə kəşf edin.

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 25.12.2023 - 31.12.2023

Thank You!

Your form has been succesufully send