Foreks bazarının həftəlik təqvimi və analitikası 27.11.2023 - 03.12.2023
UForexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:
29 noyabr
17:00 – Almaniya – İstehlakçı Qiymət İndeksi (noyabr).
30 noyabr
14:00 - İstehlakçı Qiymət İndeksi (noyabr).
Ötən həftə AMB rəsmisinin açıqlamasına görə,
Avropa iqtisadiyyatı üzrə risk perspektivləri enişə doğru meyil edib.
Yaxın bir neçə ay ərzində inflyasiya qismən yüksələ bilər,
lakin uzunmüddətli proqnozlarda hazırki yüksək faiz dərəcəsi
inflyasiyanın əsaslı artımının qarşısını almağa qadirdir.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.1070, 1.1150
- Eniş hədəfləri: 1.0910, 1.0850
28 noyabr
19:00 – İstehlakçı Güvən İndeksi (noyabr).
29 noyabr
17:30 – ÜDM göstəricisi (3-cü rüb);
19:30 – Xam neft ehtiyatları.
30 noyabr
17:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı.
1 dekabr
19:00 – İstehsal sektorunda Biznes Aktivliyi İndeksi (noyabr);
20:00 – FES sədri Pauelin çıxışı.
Cari ildə investorlar sürətli dollar satışına üz tutublar.
Belə ki, bazarda FES-in faiz artımına fasilə verdiyi və
növbəti ildə bir neçə dəfə azalma istiqamətində addımlar atılacağı ehtimalı güclənir.
Cari ilin iyul ayından oktyabrınadək dollar indeksi təqribən 7% bahalaşıb.
Qeyd edək ki, oktyabr ayında inflyasiya gözləniləndən daha çox enərək 3.2%-ə çatıb.
Bu da növbəti faiz artımı gözləntilərini minimuma endirib.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 104.00, 105.00
- Eniş hədəfləri: 102.90, 102.30
29 noyabr
05:00 – YZEB-nın faiz dərəcəsi ilə bağlı açıqlaması.
Yeni Zelandiya Dolları ötən həftə dollara nisbətdə dəyər qazanaraq 0.15% bahalaşıb.
Pərakəndə Satış Həcmində 2-ci rüb ilə müqayisədə 3-rü rübdə qismən artım müşahidə olunub.
Nəqliyyat vasitələri, daşınma və yanacaq xərclərinin
yüksək olması satış həcminin əsaslı artımına maneə yaradıb.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 0.6120, 0.6200
- Eniş hədəfləri: 0.6000, 0.5920
Son 2 həftə ərzində qızılın qiyməti 3% bahalaşıb.
İsveçrə Federal Gömrük idarəsinin ötən həftə oktyabr ayı üçün açıqladığı hesabata görə,
Ötən il fevral ayından indiyədək ən yüksək göstərici kimi 165 t qızıl satışı icra olunub.
Satış həcminin əsas hissəsi Hindistan, Çin və BƏƏ-nin payına düşür.
Cari ilin əvvəlindən ümumilikdə Çinə 380 t, Hindistana 209 t, Türkiyəyə 134 t qızıl satılıb.
Digər tərəfdən, İsveçrəyə daxil olan qızılın həcmi 232 t təşkil edib.
Ümumi həcmin 65 t-u keçmiş Sovet Birliyi ölkələrinin,
xüsusilə də Rusiya, Özbəkistan, Qazaxıstan və Tacikistanın payına düşür.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 2020.00, 2045.00
- Eniş hədəfləri: 1985.00, 1965.00
Ötən həftə neftin qiyməti eniş istiqamətində stabilliyini qoruyub saxlaya bilib.
Belə ki, həftə ərzində Brent markalı neft təqribən 4%, WTI markalı neft isə 5% dəyər itirib.
Çinin uzunmüddətli perspektivdə iqtisadi artımının zəifləməsi
2024-cü ilin ilk rübündə neftə olan tələbat həcminin təqribən 4% azalacağı ehtimal olunur.
Cari həftə 30 noyabr tarixində OPEK+ üzv ölkələrin onlayn formatda toplantısı keçiriləcək.
2024-cü ilin əvvəlində təklif həcminin yüksələcəyi gözlənilir.
Bu, tələb həcminin azalması və ABŞ-ın hasilat həcmini yüksəldəcəyi fonunda baş verə bilər.
Cari həftənin gözləntiləri: (Brent)
- Artım hədəfləri: 84.00, 88.00
- Eniş hədəfləri: 77.00, 74.00
Cari həftənin gözləntiləri: (WTI)
- Artım hədəfləri: 78.00, 81.00
- Eniş hədəfləri: 72.00, 69.00
Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital Investment Company OJSC.
Bütün hüquqlar qorunur.